Yaşadığımız dövr hədislərdə bildirilən və müxtəlif əlamətlərindən tanıdığımız “axır zaman”dır. Peyğəmbərimizin (səv) hədislərinə baxdıqda axır zamanın hazırda yaşandığı görülür, həmçinin hz.İsanın yenidən yer üzünə gəlişinin də Allah’ın diləməsi ilə bu dövrdə olacağı gözlənilir. Hədislərdə bildirildiyi kimi, hazırda yaşadığımız axır zamanda Dəccalın fitnəsi hiss edilir, üsyankarlıq, pislik, ayrılıq və təxribatçılıq dünyanın hər tərəfinə yayılır. İnsanların böyük bir qismi Dəccalın fitnəsinə tuş gəlmiş, gözəl əxlaqdan uzaqlaşmış, yer üzündə inkara dayanan şeytani sistemi qəbul etmişlər.
Dəccalın axır zamanda ideoloji yöndən ən böyük fitnəsi isə darvinizm olmuşdur. 19-cu əsrin ən böyük xurafatı olan darvinist ideologiya ilk dövrlərdə təzyiqlə qarşılaşsa da, Dəccalın təsiri ilə 20-ci əsrdə hər yerə yayılmış, kütlələri öz arxasınca aparmış, bir çox tərəfdar yığmış, məktəb kitablarına, elmi ədəbiyyatlara girmişdir. Böyük bir yalan olmasına, elmilik iddiası ilə ortaya çıxıb heç bir elmi dəlillə dəstəklənməməsinə baxmayaraq, Dəccalın təsiri ilə bütün dünyanı aldatmağı bacarmışdır. Dəccalın təsiri ilə insanlar olmayan bir şeyi var kimi qəbul etmiş, elmlə heç bir əlaqəsi olmayan bir nəzəriyyəni "həyatın mənşəyinin izahı" olaraq mənimsəmişlər. Uşaqlar ibtidai məktəb dövründən etibarən məktəblərdə Darvinin təkamül nəzəriyyəsini oxumağa başlamış, ən çox izlənilən darvinizm tərəfdarı olan televiziya kanalları təkamülə dair saxta materialları "elmi fəaliyyət" olaraq ön plana çıxarmış, universitet professorları bu saxtakarlığı canla-başla müdafiə etmişdirlər. Darvinizm özlüyündə batil bir inanc sistemidir. Darvinizm batil bir din olaraq ortaya çıxmış, insanlar isə bu batil dinə kor-koranə inanmağa başlamış, inanmayanlar isə susdurulmuşdur. Bir əsr yarımdır ki, nəzəriyyənin lehinə heç bir elmi dəlil yoxdur, olmağı da qeyri-mümkündür. Darvinizm saxta bir inanc sistemi olduğundan nəzəriyyənin doğru olduğunu insanlara çatdırmaq üçün mütəmadi saxta dəlillər ortaya atılır, təkamülü yıxan həqiqi elmi dəlillər isə ört-basdır edilir. Bu saxtakarlığın ölçüləri çox böyükdür. Bu, Allah’ın inkarına əsaslanan, azğın və saxta bir inanc sistemi olması ilə Dəccalın və hədislərə görə axır zamanda gözlənilən bir oyunudur.
Canlıların təsadüfən meydana gəldiyini iddia edən, insanın əcdadının meymun olduğunu müdafiə edən, insanı yer üzündə məsuliyyətsiz bir heyvan olduğuna inandırmağa çalışan, “güclü zəifi əzməlidir” kimi azğın bir fikri mənimsəyərək insan kütlələrini qətl edən, müharibələrə səbəb olan, insanlara dəyərsiz bir məxluq kimi baxan bu saxta inanc sistemi Dəccalın ən böyük oyunlarından biridir. Lakin 150 il boyunca davam edən bu oyun 21-ci əsrin əvvəlindən etibarən artıq məhv olmuş bir vəziyyətdədir. Dəccalın oyunu bitmişdir, Dəccal artıq ölmüşdür. Kütlələrə tətbiq olunan hipnoz da sona çatmışdır. Batil olan bu din Allah’ın haqq dini qarşısında yerlə yeksan olmuşdur. Allah, şübhəsiz , Öz dinini üstün edəndir. Uca Rəbbimiz bir ayəsində belə buyurur:
Günahkarlar istəməsələr də, Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.!”(Yunus surəsi, 82)