Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (19 oktyabr 2012, 22:00)
Kəhf surəsi, 2 (Allah, insanlar doğru yoldan azmasın deyə ayələrdə Quranın doğruluğuna diqqət çəkmişdir)
Adnan Oktar: "Dosdoğru bir Kitabdır ki". Allah, Qurandan azacaqlarını, Qurandan kənar hökmlər çıxardacaqlarını bildiyi üçün, insanlar azmasınlar deyə həmişə Qurana diqqət çəkir. Çünki azsan parça-parça olarsan. Məzhəblərə, hissələrə, qütblərə, şəkillərə ayrılarsan, Allah adından hökmlər çıxardarsan. Yeni-yeni hökmlər çıxardarsan. Haramlar və halallar çıxardarsan. Allah qorusun, həyatı cəhənnəmə döndərəcək hökmlər də çıxarda bilərsən. "Dosdoğru bir Kitabdır ki, Öz Qatından şiddətli bir əzabla xəbərdar edib qorxutmaq və saleh əməllər", yəni səmimi əməllər, "görən möminlərə müjdə vermək üçün (onu endirdi), şübhəsiz ki, onlar üçün gözəl mükafat var". Endirilən nədir? Qurandır.