Peyğəmbərimiz (səv) kitab əhlinə şəfqət və mərhəmət ilə yaxınlaşmışdır
ucgen

Peyğəmbərimiz (səv) kitab əhlinə şəfqət və mərhəmət ilə yaxınlaşmışdır

2413

Peyğəmbərimiz (səv) Kitab əhlini Allaha şirk qoşmadan iman gətirməyə və Quran əxlaqını yaşamağa dəvət etmiş, ancaq onlardan özünə itaət etməyənlərə qarşı da çox yumşaq və ədalətli davranmışdır. Kitab əhlini ibadətlərində sərbəst buraxmış, hər cür adətlərinin tətbiqlərinə icazə vermiş, öz əhlinə də onlara ədalətlə davranmalarını buyurmuşdur. Bu mövzuda Peyğəmbərimizin (səv) hədislərindən biri belədir:

"Kim bir qeyri-müsəlmanlara əziyyət etsə, mən ondan şikayətçiyəm. Mən kimdən (bu dünyada) şikayətçi olsam, qiyamət günündə də şikayətçi olaram."

Hz. Peyğəmbərin (səv) və onu izləyənlərin, müxtəlif xristian, yəhudi və digər dini qruplarla əldə etdiyi razılaşma mətnləri bu gün bir sənəd olaraq qorunur. Məsələn, Peyğəmbərimiz (səv) xristian olan İbn Harris b. Kab və dindaşları üçün hazırlatdığı razılaşma mətnində: "Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nəsraniyyət dini üzrə yaşayanlardan heç kim məcburən İslama gətirilməz. Xristianlardan biri, hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" maddələrini yazdırdıqdan sonra: "Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin" (Ənkəbut surəsi, 46) ayəsini oxumuşdur.

Quranda Peyğəmbərimizə (səv) Əhli-Kitaba qarşı necə davranılması gərəkdiyi belə bildirilmişdir :

De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!” (Bəqərə surəsi, 139)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr