(Kayseri TV, 10 Noyabr 2010-cu il)
Hz. Mehdi (ə.s) şəhiddir. Çox nümunəvi bir imamdır. Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. Elm qalxanıdır, fitnələri ortadan qaldıracaq, çox iti, çox təsirli bir qılıncdır. Bütün kədər və zülmətləri, eyni zamanda insanlarda qəmi, stresi, gərginliyi, ağrıları, bütün psixoloji pozğunluqları ortadan qaldıracaq. Hər cür zülmü, işgəncəni, təhdidləri, insanların əziyyət çəkdiyi hər cür hadisələri aradan qaldıracaq bir Günəşdir. Atatürk nə deyir? “Günəşdir” deyir. Bədiüzzaman nə deyir? O da “Günəşdir” deyir. Rəsulullah (s.ə.v) də hədisində “Günəşdir” deyir. Yağış kimi lütfkarlıq yağdırar.
Yəni üç əsr dalbadal, biri də tək, cəmi dörd edir. Min də əlavə etsək hicri 1400 edir. Çünki, İmam Rəbbani, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından min il sonra gələcəyini bildirmişdir. Bunu da nəzərə alıb düşünsək, hicri 1400-cü il çıxır.
Möhtac olduğu gücü insanlardan deyil, Allahdan alacaq. Çünki onun, Allah tərəfindən təsdiq edilmiş hədislə doğru olduğu, quş və bütün heyvanların dillərini bilən, yəni bütün heyvanlara qarşı sevgi bəsləyən bir xəlifə olacağı bildirilmişdir. Nə qədər heyvan varsa hamısına qarşı sevgi göstərər. Deyir ki, ədaləti cinlərə də aid olacaq, deməli, cinlərlə də əlaqəsi olacaq. Onlar arasında da ədaləti təmin edəcək. Cinlərin də bir-birlərinə əziyyət etməsinə mane olacaq.
Vəzirlərinin köməyi ilə bütün işləri bacaracaq. Deməli, tələbələri var. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın tək olmayacağını demişdir.
Hz. Mehdi (ə.s)-ın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də bəsirət sahibi olmasıdır. Peyğəmbərimiz: "Mən, mənə tabe olanları tam bir bəsirətlə Allaha dəvət edərəm"- deyə buyurur . Yəni "Mən tələbələrimlə insanları Allaha dəvət edərəm." Ayənin hz. Mehdi (ə.s)-a aid cəhətlərini açıqlayır.
Baş verən hər şeyin gizli tərəflərini bilməsi:
Ən incə təfərrüatlarına qədər hadisələri bilər. Analiz edər. Bir adamın bir şeyi nə üçün etdiyini, səbəbinin nə olduğunu bilir, çox dəqiq analiz etmə gücü var.
Çünki bunlardan xəbəri olan bir lider, verəcəyi hökmlərdə səhvə yol verməz, hz. Mehdi (ə.s) də əsla yanılmaz.
Mehdi müqayisə etmə elmini onunla hökm etmək üçün deyil, ondan uzaq olmaq üçün bilər. Yəni hz. Mehdi (ə.s) müqayisə ilə hərəkət etməyəcək. Hz. Mehdi (ə.s) şəriətdəki müqayisə elmindən istifadə etməyəcək, bundan uzaq olar.
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın səhvə yol verməyəcəyini vəhyi ilə bildirir. Hz. Mehdi (ə.s) düzgün hökmlər verər. Səhv etdiyini fikirləşdiyi halda belə, mütləq yenə doğru etmiş olar. Allah onun səhv etməsinə icazə vermir. Günahsız imamdır, bu xüsusiyyət yalnız hz. Mehdi (ə.s)-a məxsusdur. Allahın xüsusi qoruması altında olar. Günahsız imamdır. Hökm etməkdə qəbahətsiz olar. Amma, həqiqi mənada günahsızlıq ancaq peyğəmbərlərdə olar. Çünki Allah, peyğəmbərləri hərtərəfli qoruyar.
Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti belədir: Bütün dünya onun ailəsi olar. Uqanda da (Uqanda - Şərqi Afrikada bir respublikadır) belə bir uşağın ayağı qırılsa, hz. Mehdi (ə.s)-ın övladının ayağı qırılmış kimi mərhəmət görər. Londondakı müsəlmanla Uqandadakı müsəlman eyni rəftarı görəcək. O da keyfiyyətli qidalanacaq, digərləri də, ikisi də baxımlı olacaq, ikisi də gözəl evlərdə yaşayacaq. İkinci sinif vətəndaş, üçüncü sinif vətəndaş olmayacaq. Bütün dünya hz. Mehdi (ə.s)-ın övladı kimi olacaq. Məsələn, bəzi cəmiyyətlərdə birinə bir şey olsa heç kimin xəbəri olmaz, amma hz. Mehdi (ə.s) elə olmayacaq. Yaponiyada bir uşağa əməliyyat edilsə, ona hz. Mehdi (ə.s)-ın özünə əməliyyat olunmuş kimi ciddi yanaşılacaq. Onun üçün hz. Mehdi (ə.s) imamlığı qəbul etməkdə müqavimət göstərəcək. İmamlığı qəbul etməyəcək, zorla imamlıq veriləcək. Onun mənəvi məsuliyyəti çox olduğu üçün, bütün dünyadan məsul olduğu üçün, ölüm təhdidiylə ona imamlıq vəzifəsi verilər. Öz nəfsi üçün deyil, xalqın mənfəətini üstün tutar. Xəstəxanada hər kəs birinci sinif insan olacaq. Hər kəs ən yaxşı yeməyi yeyəcək. Hz. Mehdi (ə.s) öz yediyini bütün dünyanın yeməsini, öz geydiyini hər kəsin geyinməsini, öz evinin rahatlığını bütün dünyaya təmin olunmasını həyata keçirəcək. Bu, hz. Mehdi (ə.s)-ın xüsusiyyətidir. Çünki onunla digər insanlar arasında bir fərq qalmaz, yəni eynidir, eyni hökmdə, hər kəsə öz övladı kimi diqqətli davranar.
Məhz bu doqquz xüsusiyyətin Mehdidə cəmlənməsi lazımdır.
Xüsusilə dövründə ehtiyac hiss edilən qeyb elmini bilməsi: Yəni gələcəkdə baş verəcək olan şeyləri, qarşıda nələr olacağını hədisdən, Quranın ayələrindən çox yaxşı bilir. Allahın diləməsiylə gələcəkdə nə olacağını bildiyi üçün ona görə tədbir görür.
Hz. Mehdi (ə.s)-da müqayisə etmək yoxdur. O dövrdə bir çox qarışıq hökmlər, insanların içindən çıxa bilməyəcəyi bir din anlayışı inkişaf edər. Hz. Mehdi (ə.s) bunu qəbul etmir. Çünki bu qulları çətin vəziyyətə salır. Bizim dinimiz asanlıq dinidir. Dinin asanlaşdırılması Allahın əmridir. Çətinləşdirilməsi də şeytanın vəsvəsəsi olar. İslamda əsas olan asanlaşdırmadır - yəni ibadətləri, dini, həyatı asan hala gətirməkdir.
Çox hökm və təklifin yaranmaması: İndiki vəziyyət necədir? Çox hökm və təklif meydana gəlib. Ona görə bir çox xurafatlar, uydurma izahlar meydana gəlib, din tamamilə fərqli bir şəklə düşüb və islam aləminin çəkdiyi ağrıların mənşəyində bu vardır.
Təbliğlə kifayətlənərdi: Mühüm və həyati mövzuları Allah ona söyləyir, onun xaricində müsəlmanları sərbəst və rahat buraxmaq lazımdır. Necə ki, Mehdi Rəsulullahın izində olacaq və səhvə yol verməyəcək, elə isə eynilə Allah elçisi kimi varlıqlara qarşı son dərəcə mərhəmətli olması lazımdır. Bütün varlıqlara qarşı, pişiklərə, itlərə, balıqlara, insanlara, uşaqlara hamısına. Peyğəmbərimiz sağlığında yalnız Mehdinin yanılmayacağını bəyan etmiş və digərləri haqqında sükut buyurmuşdur. Yəni digər heç bir imam hz. Əbu Bəkir, hz. Ömər, hz. Osman, hz. Əli və digər çıxacaq olan vəlilər haqqında onların günahsız olacaqlarını deməmiş, yalnız hz. Mehdi (ə.s)-ın səhv etməyəcəyini sabit hədislə bəyan etmişdir.
Bunu da bir qisim şəxslər səhv anlayacaq. Şam çox geniş bir sahədir. Bu geniş sahə İstanbul da, Anadolu da daxil olmaqla Şam adlanır. Deməli yüksək bir ev, yüksək bir yer, bir binaya gələcəyini deyir. Çünki minarə deyəndə ilk olaraq ağla uca bir tikilmiş abidə gəlir. Hər yerə səsin çatdığı, yüksək bir yer.
Hz. Mehdi (ə.s)-ı önə çıxarıb hz. İsa (ə.s)-ın onun imamlığında namaz qılmağının səhv olmadığını deyir. Yəni hz. İsa (ə.s), hz. Mehdi (ə.s)-ı imamlıq etmək üçün önə keçirir, sonra hz. Mehdi (ə.s) hz. İsa (ə.s)-ı vəzir təyin edir. Yəni hz. Mehdi (ə.s)-ın imamlığı sabitdir, dünyanın lideri olacağı qəbul edilir, hz. İsa (ə.s) onun imamlığını təsdiq edir. Hz. Mehdi (ə.s) da müxtəlif insanlara imamlıq verir, hz. İsa (ə.s) da onun baş vəziridir, ona da imamlıq verir.
Peyğəmbərimiz (s.ə.v)-in axır zamanda ağ minarələrin inşa ediləcəyini bilməsi bir möcüzədir. Peyğəmbərimiz (s.ə.v)-in dövründə minarələr yox idi. Amma bunu xəbər verir. Heyrət verici bir şeydir, bir möcüzədir. Deməli hz. İsa (ə.s) ya İstanbulda, ya da Qüdsdə Şam deyilən bölgə içində orada ağ minarəsi olan bir məsciddə namaz qıldıracaq, inşaAllah.