İmam Rəbbani hz. Mehdi (ə.s)-ın, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 (min) il keçəndən sonra, "min illə ikinci min il arasında" gələcəyini bildirmişdir:
“Ancaq gözlənilən budur ki, aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilsin (yenilənsin). Ona bir üstünlük verilib suyu tapması, artırıla... Beləcə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtsün və uca bağlılığa dəyər verən hz. Mehdi gəlsin. Allah ondan razı olsun.” (Məktubat - i Rəbbani, 1/569)
“Şəriətin xüsusiyyətlərinin qəbul edilməsi, milləti təcdidi (yenilənməsi) bu ikinci min ildədir. Bu iddianın doğruluğuna ədalətli şahid, hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın bu min ildə olmaqlarıdır.” (Məktubatı Rəbbani, 1/ 611)
Rəsulullah (s.ə.v)-in ümmətinin arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullah (s.ə.v)-in irtihal üzərindən (vəfatından) min il keçəndən sonra az olsalar da, onların çox kamallı olmaları, şəriətin gücləndirilməsi, yetərli və tam şəkildə ortaya çıxarılması üçündür. Aradan min il keçdikdən sonra, hz. Mehdi (ə.s)-ın gəlişi də buna görədir. Onun mübarək kudumünü (gəlişini), Hatemür-rəsul Rəsulullah (s.ə.v) müjdələmişdir. İsa (ə.s) da aradan min il keçdikdən sonra nüzul edəcək. (Mektubat-i Rabbani, 1/ 440)
Peyğəmbərimiz (s.ə.v.)-in vəfatından min il keçəndən sonra ikinci min ilinə girilər. İmam Rəbbani həzrətlərinin yuxarıdakı şərhinə görə, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) bu min il ilə ikinci min il arasında gələcəklər.
Böyük İslam alimi İmam Suyuti isə, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, ümmətin ömrünün 1500 ili keçməyəcəyini bildirdiyini xəbər vermişdir:
“Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək.” (Kıyamet Alametleri, s. 299)
Buna görə, İslam əxlaqının hakimiyyəti hicri 1500-cü illərə kimi davam edəcək. Bir sözlə,1500-1600-cü illər arasında da, degenerasiyalar baş verəcək və sonra da qiyamət gözləniləcəkdir. (Doğrusunu Allah bilir).
Bəddiüzzaman Səid Nursi həzrətləri də eyni şəkildə, ümmətin qalibanə ömrünün 1506-cı ilə qədər olacağını bildirir:
"... Birinci cümlə, min beş yüz (1500)-cü il, Axırzamanda bir tayfa-i mücahidin (din uğrunda cihad edənlərin) son dövrlərinə, ikinci cümlə isə, min beş yüz altı (1506)-cı il, qalibanə (qalib olan) bir mübarizə tarixinə.... işarə edir. (…) bu tarixə qədər (1506-cı ilə kimi) zahir və aşkaranə (açıq-aşkar), bəlkə qalibanə (zəfər çalaraq) davam edəcəyinə rəmzə yaxın (işarə edərək) eyham (ifadə) edir." (Sikke-i Tasdik-i Gaybi, s. 46)
Bədiüzzaman da İmam Suyuti kimi, İslam əxlaqının hakimiyyətinin hicri 1500-cü illərinə qədər davam edəcəyinə, sonra da pozulmağa başlayacağına işarə edir.
İmam Rəbbani isə bu mövzunu açıqladığı digər bir sözündə də, hz. Mehdi (ə.s)-ın ortaya çıxışının əsrin əvvəlində olacağını ifadə etmişdir:
“Çünki onun (hz. Mehdi (ə.s)-ın) zühuru, əsrin əvvəllərində olacaq.” (Mektubat-ı Rabbani, 3/158-159))
Məhəmməd ümmətinin ömrü 1500 (min beş yüz) ili keçməsə, hicri 1500-cü ilə çatmağa bir əsrin əvvəli qədər (müddət) qalmışdır. O da, hicri 1400-cü ilin əvvəlləridir. Bir sözlə, hz. Mehdi (ə.s)-ın çıxış tarixi, hicri 1400 ilin əvvələrində olacaq.
Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirildiyinə görə, İslam əxlaqının hakim olacağı bir əsr keçəndən sonra, təxminən bir əsrdə zülm və imansızlıq hakim olacaq, və bunun ardından da qiyamət gözlənilir (Ən doğrusunu Allah bilir):
Rəsulullah (s.ə.v) buyurdu: “Qiyamət, yer üzündə Allaha ibadət edilməyən yüz il (əsr) keçmədikcə qopmaz. (Kitab -ül Burhan Fi Əlamət-el Hz. Mehdiiyy -il Axır Zaman, 92)
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və İslam alimlərinin sözlərinə əsasən xəbər verilən bu məlumatlara görə, İslam ümmətin ömrü hicri 1500 ildən artıq olmamalıdır. Buna görə hz. Mehdi (ə.s)-ın hicri 1400–cü illərin əvvəllərində gəlməyi gözlənilir.