“O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar”. (Qariə surəsi, 4) |
“O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar”. (Qariə surəsi, 4)
Yəvmə + yekunun +nasu+ kəlfəraşi+ əlməbsus
56 + 86 + 142 + 632 + 1079 = 1995-ci il
Əbcəd dəyəri= 1995 (şəddəsiz) 2045 (şəddəli)
1995 ili; Bosniya Hersek döyüşünün ən çox qan tökülən ili idi. “Srebrenica Qırğını” 11 iyul 1995-ci ildə reallaşdı. 8300 müsəlman şəhid edildi.
Qariə surəsi, 4-cü ayədə keçən “ƏTRAFA SƏPƏLƏNMİŞ PƏRVANƏLƏR” ifadəsindəki “FƏRAŞİ” sözü KƏPƏNƏKLƏR VƏ PƏRVANƏLƏR mənasını verir. BOSNİYA DÖYÜŞÜNÜN SİMVOLU isə ayədə diqqət çəkildiyi kimi MAVİ KƏPƏNƏKLƏRDİR. Mavi kəpənəklər, məzarlarda açan çiçəklər ilə bəslənən, qanadları mavi rəngli kəpənək növüdür.
Serblər 1992 və 1995-ci illəri arasında Bosniya döyüşü əsnasında kütləvi qırğınlar təşkil etmiş və cəsədlərinin tapılmaması üçün dərin məzarlar qazmışlar. Amma sonra Beynəlxalq Ədalət Divanı Serbiyanın bir soyqırımı etdiyinə dair bir dəlil olmadığına hökm etmişdir. Bu qərardan Bosniya dövləti kütləvi məzarların tapılması üçün bir komissiya qurmuşdur. Bir il sonra bəzi bölgələrin geoloji strukturlarının dəyişmiş və mavi kəpənəklərin müəyyən bölgələrdə yayılmış olması komissiyanın marağını çəkmişdir. Mavi kəpənəklərin olduğu bölgələrdə qazıntı işləri görülmüş və Bosniya döyüşünə aid 300 ədəd kütləvi məzar tapılmışdır.
Ayədə keçən “hər yana dağılmış kəpənəklər kimi” ifadəsi də qırğınlarda şəhid edilmiş müsəlmanların kütləvi məzarlarının tapıldığı yerlərə işarə etmiş ola bilər. Doğrusunu Allah bilir.