“Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.” (Nisa surəsi,159)
Təfsir alimlərinin böyük əksəriyyəti “qablə məthivi”, yəni “ölümündən əvvəl” ifadəsindəki “o” əvəzliyinin hz.İsaya (ə.s) şamil olunduğunu təsdiqləyirlər. Eyni zamanda ərəb qrammatikasına görə ayədəki “o” əvəzliyi hz.İsaya işarədir.
Quranın kitab əhlindən bəhs edən bütün ayələrində çoxluq bildirən “hum” hissəciyiistifadə olunmuşdur (Beyyinə surəsi, 1-6, Hədid surəsi, 29, Həşr surəsi, 2). Bu ayədə isə təklik bildirən “hu” hissəciyindən istifadə olunmuşdur. Yəni ayədə hz.İsanın dünyaya ikinci dəfə gəldikdən sonra bioloji ölümündən əvvəl kitab əhlinin hamısının ona iman gətirəcəyi xəbər verilmişdir.
Ayədəki “o, qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir” ifadəsi də hz.İsaya (ə.s) işarə edir. Beləliklə, ayə “Hz. İsa nüzul etdiyi zaman kitab əhlindən ona iman gətirməyən qalmayacaq” kimi təfsir olunur. Bu da hz.İsanın yenidən dünyaya qayıdacağını və onun rəhbərliyi altında din əxlaqının dünyaya hakim olacağını göstərir.
Hz. İsanın ölmədiyi ilə əlaqədar ayələrin ərəb dilində qarşılıqları və İslam alimlərinin şərhləri
Adnan Oktarın 20 avqust 2010-cu il, Kocaeli TV müsahibəsindən
Allah Quranda bütün peyğəmbər və elçilərin haqq-hesab günü göndərildikləri cəmiyyətlərə şahidlik edəcəklərini bildirir. Ancaq İsa peyğəmbərdən başqa heç bir peyğəmbər üçün "ölməzdən əvvəl ona iman gətirməyən qalmayacaq" demir. Bundan başqa, Quranda hz. İsadan (ə.s) əvvəl yaşamış və kitab əhlinin də iman gətirdiyi heç bir peyğəmbər üçün belə ifadə istifadə edilməmişdir. Məsələn, hz. İbrahim (ə.s), hz. Süleyman (ə.s.), hz. Davud (ə.s), hz. Musa (ə.s), hz. Yusif (ə.s), hz. Yaqub (ə.s.) üçün buna bənzər ifadələr yoxdur.
Əgər ayədə hər bir kitab əhlinin öz ölümündən əvvəl hz. İsaya (ə.s) iman gətirəcəyi (qeyd edək ki, belə ifadə yoxdur) bildirilsəydi, kitab əhlinə göndərilmiş digər bütün peyğəmbərlər üçün də bu cür ifadələrə Quranda yer verilərdi. Lakin bu ifadə yalnız İsa peyğəmbərə şamil edilir. Bu da hz. İsanın fərqli mövqeyə sahib olduğunun əhəmiyyətli dəlillərindəndir.
Bəzi insanların ayəni "Kitab əhlindən olan hər insanın öz ölümündən əvvəl hz. İsaya (ə.s) iman gətirəcək" kimi təfsir etməsi düzgün deyil. Hz. İsanın (ə.s.) dövründə kitab əhlindən olan yəhudilər iman gətirməmişdilər. Hətta onlardan bir dəstə hz. İsanı öldürməyə cəhd etmişdi. Daha sonra onu öldürdüklərini düşünüb küfrlərinə davam etmişdilər.
"Həzrəti İsa ölmədi"
Adnan Oktarın 18 yanvar 2009-cu il tarixli Kanal 35 (İzmir) müsahibəsindən
İslam alimləri də bu qənaətdədirlər. Səhabələrdən Əbu Hüreyrə və İbn Abbas ayənin hz. İsanın (ə.s) yenidən yer üzünə qayıdacağına işarə etdiyini bildirmişlər. Qurtubi ayəni bu cür izah edir:
"Qiyamət əlamətləri ortaya çıxmağa başladıqda hz. İsa (ə.s) göydən yerə diri olaraq enəcək və kitab əhlindən sağ olan hər kəs ona iman gətirəcək. Yalnız İslam milləti olacaq."
Təbəri isə ayəni belə təfsir edir:
"Hz. İsa (ə.s) dəccalı məhv etmək nüzul etdikdə (yer üzünə endiyində) kitab əhlindən hər kəs onun ölümündən əvvəl ona iman gətirəcək. Bütün xalqlar İslam yolunda tək millət kimi birləşəcəklər."
Xəlil Hərras Təbərinin təfsirini səhih (düzgün) hesab etmiş, Nisa surəsinin 159-cu ayəsinin hz. İsanın (ə.s) yenidən dünyaya gələcəyinədəlil olduğunu belə açıqlamışdır:
"Ayədə ifadə edilən "o" əvəzliyi hz. İsaya (ə.s) işarədir. Nüzulundan sonra yer üzündəki kitab əhlinin hamısı hz. İsaya (ə.s) iman gətirəcək, onu qəbul edəcək və İslam dini tək və hakim din olacaqdır... Hz. İsa (ə.s.) yer üzünə endiyi vaxt kitab əhli ona iman gətirəcək..."