20-ci əsr bəşəriyyət tarixinin ən qanlı dövrüdür. Misli görülməyən dünya müharibələri, soyqırımlar, ölümcül əmək düşərgələri, kimyəvi silahlar, atom bombaları, partizan döyüşləri, terror əməliyyatları kimi qəddarlıqlar bu əsrdə baş vermişdir. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarladır.
20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, texnologiyanın inkişaf etməsilə köhnə silahlarla müqayisədə daha çox məhvetmə gücü olan silahların istehsalına başlanılmasıdır. Daha əhəmiyyətli olan ikinci səbəb isə bu silahlardan azğınlıqla istifadə edilməsinə şərait yaradan ideologiyalardır. Əsasları 19-cu əsrdə qoyulan müxtəlif “izm”lərin qanlı nəticələri xüsusilə 20-ci əsrdə müşahidə edilmişdir.
Kommunizm bu “izm”lərin ən qanlısı, ən qəddarı və ən genişmiqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insanların sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiyalara görə edam edilmiş, əmək düşərgələrində ölənədək işlədilib qətlə yetirilmiş, sürgünedilərək Sibir çöllərində məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla aclığa məhkum edilmiş, ən acınacaqlı həbsxanalarda qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş, kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir. 1917-ci ildə Rusiyada baş verən qanlı Bolşevik İnqilabı (Oktyabr İnqilabı) ilə başlayan vəhşilik, ilk əvvəl, yeni qurulan Sovet İttifaqına, daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikasına, Kubaya və Afrikaya yayılmışdır.
İndi isə bu vəhşiliyin tarixini araşdıraq…
Leninin Qanlı İnqilabı
Karl Marks hər hansı siyasi partiyanın və ya hərakatın lideri deyildi, sadəcə nəzəriyyə banisi idi. O, bəşəriyyətin tarixini dialektik materializmə əsasən izah etməyə çalışmış, məhz buna görə tarixə izahlar gətirmiş və gələcək haqqında ehtimallar uydurmuşdur. Marksın ən böyük ehtimalı isə (gələcək haqqında verdiyi xəbər) inqilab idi. Kapitalizmin inqilabçı fəhlələr tərəfindən yıxılacağını və bu inqilab nəticəsində “sinifsiz cəmiyyətin” meydana gələcəyini vəd etmişdi.
Marks 1883-cü ildə öldü. Ölümündən illər keçməsinə baxmayaraq, Marksın xəbər verdiyi inqilab heç cür reallaşmadı. Avropanın kapitalist ölkələrində nəinki inqilab reallaşdı, hətta işçilərin iş və həyat şəraitlərində qismən də olsa, yaxşılaşma oldu və burjuaziya-fəhlə gərginliyi azaldı. İnqilab reallaşmırdı və heç ümid də yox idi.
Marksın ölümündən təxminən 20 il sonra Rusiyada başqa mühüm şəxs peyda oldu. Marksistlərin qurduğu Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) daxilində getdikcə nüfuzu artan Vladimir İliç Lenin marksizmə yeni bir fikir gətirdi. Leninə görə inqilabın öz-özünə yaranması mümkün deyildi, çünki Avropa fəhlə sinfinin(marksist ədəbiyyata görə “proletariat”) hər şeyi burjuaziya tərəfindən təmin edilirdi və digər ölkələrdə isə onsuz da sözügedən ideologiyanı mənimsəyən fəhlə sinfi yox idi. Lenin işin hərbi variantını təklif etdi: İnqilab Marksın düşündüyü kimi işçilər tərəfindən deyil, işçilər (yəni marksist ədəbiyyata görə “proleteriat”) adına fəaliyyət göstərən professional inqilabçılardan ibarət olan hərbi intizamlı“Kommunist partiyası” tərəfindən reallaşdırılacaqdı. Kommunist partiyası silahlı mübarizə və təbliğat üsullarından istifadə edərək inqilabı reallaşdıracaq, iqtidarı ələ keçirdiyi andan etibarən Leninin “proleteriat diktatorluğu”adlandırdığı avtoritar rejim qurulacaq, həmin rejim müxalifləri “təmizləyəcək”, xüsusi mülkiyyəti ortadan qaldıracaq və cəmiyyətin kommunist nizama doğru irəliləməsini təmin edəcəkdi.
Kommunizm Leninin irəli sürdüyü bu nəzəriyyəilə silahlı terror qruplaşmalarının ideologiyasına çevrilirdi . Lenindən sonra dünyanın hər yerinə özlərini qanlı inqilaba həsr etmiş yüzlərlə “kommunist partiyası” və ya “fəhlə partiyası” ortaya çıxdı.
Bəs kommunist partiyası inqilab üçün hansı üsullardan faydalanmalı idi? Lenin bu sualı həm yazılarında, həm də davranışları ilə cavablandırdı: Kommunist partiya bacardığı qədər qan tökməliydi...
Lenin hələ 1906-cı ildə, yəni Bolşevik İnqilabından 11 il əvvəl“Proletari” jurnalında belə yazırdı:
“Bizi silahlı mübarizə maraqlandırır. Bu mübarizəşəxslər və kiçik qruplar tərəfindən həyata keçirilir. Bir qismi inqilabçı təşkilatlara aid, digər qismi isə (əksəriyyəti Rusiyanın müəyyən hissələrində) hər hansı inqilabçı təşkilat ilə əlaqəli deyildir. Silahlı mübarizə tamamilə fərqli iki məqsədə yönəlib. Birincisi, bu mübarizə insanlara, liderlərə, ordu və mühafizə orqanlarının vəzifəli şəxslərinə sui-qəsd etməyi, ikincisi, həm hökumətə aid, həm də xüsusi fərdlərə aid pul mənbələrinə yiyələnməyi qarşısına məqsəd qoyur. Əldə edilən pullar qismən partiya kassasına, xüsusi silahlanma məqsədinə və qiyam hazırlığına, qismən də bu mübarizəyə qatılan insanların dolanışığına gedir. Böyük qənimətlər (Qafqazdakı 200000 rubl, Moskvadakı 875000 rubl kimi olanlar), həqiqətən də, əvvəlcə, inqilabçı partiyalara getmişdir, kiçik qənimətlər isə əsasən “əldə edənlərin” dolanışığına gedir.(Vladimir I. Lenin, 30 Eylül 1906, Proletari, Nr. 5, erisyay@kurtuluscephesi.com)
Leninin də rəhbərlik etdiyi Rusiya SosialDemokrat Fəhlə Partiyasında 1900-cü illərin əvvəllərində mühüm fikir ayrılığı yarandı. Leninin rəhbərlik etdiyi qrup zor gücünə inqilab etməyi dəstəklədiyi halda, digər qrup isə demokratik üsullarla marksizmi Rusiyaya gətirməyi dəstəkləyirdi. Leninistlərin sayı az olsa da, müxtəlif təzyiq üsulları ilə “çoxluq” halına gəldilər və rusca “çoxluq” mənasını ifadə edən “bolşevik” adı ilə adlanmağa başladılar. Digər qrup isə “azlıq” mənasında olan“menşevik”olaraq adlandırıldı.
Bolşevikler Leninin yuxarıda qeyd olunan sitatında təsvir edilən şəkildə təşkilatlanmağa başladılar. Yəni sui-qəsdlər, dövlət mülkiyyətinin qarət olunması, rəsmi təşkilatların qarət edilməsi və s. Bolşeviklerin planlaşdırdıqları inqilab sürgündə keçən illərə görə 1917-ci ildə reallaşdı. Həmin il iki fərqli inqilab baş verdi. Fevral ayında reallaşan ilk inqilabda rus çarı II Nikolay taxtdan endirildi, ailəsi ilə birlikdə həbs edildi, sonra isə demokratik dövlət quruldu. Ancaq bolşevikler demokratiya deyil, “proletar diktatorluğu” qurmaqda qərarlı idilər. 1917-ci ilin oktyabrında uzun zamanərzində gözlədikləri inqilab reallaşdı və Leninlə onun ən böyük köməkçisi Lev Trotskinin rəhbərliyində olan kommunist hərbiçilər ilk əvvəl hökumət mərkəzinin yerləşdiyi Petroqradı, daha sonra Moskvanı ələ keçirdilər. Hər iki şəhərdə olan münaqişə nəticəsində dünyanın ilk kommunist rejimi quruldu.
Oktyabr İnqilabından sonra Rusiyada böyük vətəndaş müharibəsi baş verdi. Çarı dəstəkləyən generalların topladığı “Ağ Ordu” ilə Trotskinin rəhbərlik etdiyi “Qırmızı Ordu” arasındakı mübarizə 3 il çəkdi. 1918-ci ilin iyul ayında Leninin əmri ilə bolşevik hərbiçilər tərəfindən çar II Nikolay və bütün ailəsi (üç uşağı ilə birlikdə) güllələndi. Vətəndaş müharibəsində bolşevikler rejimə qarşı çıxanlara ən qanlı cinayət, qırğın və işgəncələr tətbiq etməkdən çəkinmirdilər.
İstər Qırmızı Ordu, istərsə də Leninin sifarişi ilə qurulan "Çeka" (ЧК - чeрезвычайная комиссия - fövqəladə komisiya) adlı gizli polis təşkilatı inqilaba qarşı çıxdığını hesab etdikləri bütün qruplaşmaları məhv edirdilər. Dünya səviyyəsində kommunist terrorunu izah edən “Kommunizmin qara kitabı”adlı əsərdə bolşevik terror belə izah edilir:
“Bolşeviklər mütləqiyyətə yönələn hər cür müxalifəti və ya müqaviməti ləğv etməyə qərar vermişdi. Bu siyahıya yalnız müxalifət qrupları deyil, ziyalılar, burjuaziya nümayəndələri, din xadimləri, zabitlər, jandarmalar kimi peşə qrupları da daxil idi. Bolşeviklər onları istər hüquqi, istərsə də fiziki yöndənsıradan çıxarmağı qərarlaşdırmışdı və vəziyyət soyqırıma qədər gəlib çıxmışdı. Hələ 1920-ci ildə həyata keçirilən “Kazaklardan təmizləmə” kampaniyası soyqırım xarakteri daşıyırdı. Bütün kişilərin güllələnməsi, qadın, uşaq və yaşlıların sürgün edilməsi, kəndlərin yerlə-yeksan edilməsi və ya başqalarına verilməsi nəticəsində kazaklar topluca məhv edildi.Lenin kazakları Fransa inqilabı dövründəki vandeyalılara bənzədir və onlara müasir kommunizmin “yaradıcısı” Gracchus Bubeufun 1795-ci ildə populicide adlandırdığı soyqırım üsulunu tətbiq etmək istəyirdi. (N. Werth, "Le Pouvoir soviétique et l'Eglise ortnodoxe de la collectivisation à la Constitution de 1936", Revue d'études comparatives Est-Quest, 1993, no.3-4, s.41-49 (Stephane Courtois, Nicolas Werth, Jean-Louis Panne, Andrzej Paczkowski, Karel Bartosek, Jean-Louis Margolin, Komünizmin Kara Kitabı, Doğan Kitapçılık A.Ş., s. 22)
Bolşeviklər daxil olduqları hər şəhərdə öz ideologiyalarına tabe olmayanları qətlə yetirir, xalqı qorxutmaq məqsədi ilə hər cür vəhşiliklər törədirdilər. Adı çəkilən qaynaqda Krımda törədilən bolşevik vəhşiliklərindən belə bəhs edilir:
“Bənzər şiddət üsulları bolşeviklər tərəfindən işğal edilən Sevastopol, Yalta, Aluşta, Simferopol kimi Krım əyalətlərində də həyata keçirildi. Orada 1918-ci ilin aprel-may aylarından etibarən üsyan komissiyasının hazırladığı sənədlərdə “əlləri qopmuş, çiyni parçalanmış, başı dağılmış, çənəsi qırılmış, cinsi orqanları qoparılmış cəsədlər” də var idi... (Stephane Courtois, Nicolas Werth, Jean-Louis Panné, Andrzej Paczkowski, Karel Bartosek, Jean-Louis Margolin, Komünizmin Kara Kitabı, Doğan Kitapçılık A.Ş., s. 84)
S. P. Melqunov da “La Terreur rouge en Russie, 1918-1924” (“Rusiyada Qırmızı Terror, 1918-1924”) adlı əsərində hadisəyə şahid olan heç kimin sağ qalmaması barədə hərəkatın Sevastapolu "asılanlar şəhəri"nə çevirdiyini belə təsvir edirdi:
“Nahimovski prospekti həbs olunan zabitlərin, vətəndaşların asılmış cəsədləri ilə dolu idi. Şəhər ölü idi, xalq zirzəmi və anbarlarda gizlənirdi. Bütün divarlar, teleqraf dirəkləri, mağaza vitrinləri “Xainlərə Ölüm" yazılan afişalarla dolu idi. İnsanları ibrət olsun deyə küçədə asırdılar.”
Bolşevikler məhv etmək istədikləri hər kəsi müxtəlif ad altında damğalayırdılar. Məsələn, “burjuaziyalılar” və ya bolşeviklərdən fərqli bir sosializm anlayışını müdafiə edən “menşeviklər” yeni rejimin əsas düşmənləri idi. Sayına görə az və ən çox hədəfə düşən kateqoriya isə “kulaklar” (qolçomaqlar) idi. Kulaklar Rusiyada böyük torpaq sahiblərinə deyilirdi.Lenin vətəndaş müharibəsi və inqilab ərzində kulaklara qarşı qəddar terror tətbiq edilməsi barədə yüzlərlə əmr vermişdir. Məsələn,Lenin Penza Sovet İcra Komitəsinə göndərdiyi bir teleqrafda belə yazırdı:
“Yoldaşlar! Beş qəzadabaş verən kulak (qolçomaq) qiyamı qəddarcasına yatırılmalıdır. İnqilabın mənafeyi bunu tələb edir, çünki artıq hər yerdə kulaklarla “ölüm-qalım mübarizəsi” başlamışdır. Belə birinə nümunə yaratmaq lazımdır. Daha az sayda olmamaq şərtilə: 100 kulak, pullu adam, qaniçənin asılması (insanların görə biləcəyi şəkildə asılmasını deyirəm), adlarının açıqlanması, bütün taxıllarının müsadirəsi... Bunu insanların yüzlərlə metr kənardan görüb qorxub-titrəyəcəkləri, anlayacaqları... şəkildə edin. Bu təlimatları aldığınızı və yerinə yetirdiyinizi bildirən teleqraf göndərin. Salamlar. Lenin.(RTHİDNİ (Rossiyskiy Tsentr Hraneniya I İzuçeniya Dokumentov Noveyşey İstorii – Rusya Çağdaş Tarih Belgelerinin Korunması ve İncelenmesi Merkezi), 2/1/6/898; Komünizmin Kara Kitabı, s. 98)
Leninin təlimatları bolşevik hərbiçilər tərəfindən böyük zövqlə yerinə yetirilirdi. Hətta hərbiçilər fərqli qəddarlıq üsullarından da istifadə edirdilər. Məşhur rus yazıçısı Maksim Qorki şahid olduğu bəzi qəddarlıq örnəklərini belə izah edirdi:
“Tambovda kommunistlər məhbusları sol əl və sol ayaqlarını yerdən bir metr yuxarıda, ağaclaramismarlayırdılar və bu insanların əzablarını qəsdən izləyirdilər. Bir əsirin mədəsini açıb kiçik bağırsağını götürür və ağaca mismarlayıb və bağırsağın boşalmasını izləyirdilər. Tutduqları vəzifəliləri qarət edir, çiyinlərindən dərilərini üzürdülər.” (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, Penguin Books Ltd, 1997, USA, s. 775)
Bolşevikler kommunizmə tabe olmaq istəməyən hər kəsi məhv edirdilər. Leninin yuxarıda qeyd olunan əmrinə bənzər bir çox əmrin yerinə yetirilməsininnəticəsində minlərlə insan sorğu-sual olunmadan güllələndi. Bir çox rejim müxalifi də "Qulaq" adlandırılan və məhbusların çox ağır şərtlərdə ölənədək işlədildikləri düşərgələrə göndərildi. Onların çoxu bu düşərgələrdə ölürdü... Nəticədə, 1918-1922-ci illər arasında bolşevik rejiminə qarşı qiyam qaldıran yüz minlərlə işçi və kəndli qətl edildi.
Tarixçi Riçard Payps (Richard Pipes) gizli Sovet arxivlərinə əsaslanaraq yazdığı “The Unknown Lenin” (“Bilinməyən Lenin”) adlı kitabında Leninin bolşeviklərə verdiyi sayı-hesabı olmayan cinayət, qırğın, işgəncə əmrlərini aşkara çıxarır və nəticə olaraq belə yazır:
“Mövcud dəlillərlə Leninin idealist deyil, ancaq həqiqivə ya xəyali olsun, problemləri həll etmənin ən yaxşı yolununbuna səbəb olan insanları öldürmək olduğuna inanan qatil olduğunu rədd etmək qeyri-mümkündür. 20-ci əsrdə on milyonlarla insanın həyatına son verilməsini, siyasi və sosial qırğın siyasətini ilk tətbiq edən onun özüdür.” (Richard Pipes, The Unknown Lenin: From the Secret Archive, Yale University Press, New Haven, London)