Haqq dinlər tarixin hər dövründə mövcud olmuşdur
ucgen

Haqq dinlər tarixin hər dövründə mövcud olmuşdur

1884

 Tövratdan 1500 il əvvələ aid olan Ebla lövhələrində adı çəkilən peyğəmbərlər

E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək üçün çox faydalı olan məlumatlarla zəngindir. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə ilahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir.

Ebla lövhələrinin min illər sonra tapılması Quranda adı çəkilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.

Ebla e.ə. 2500-cü illərdə indiki Suriyanın paytaxtı olan Şam və Türkiyənin cənub-şərq ərazilərini əhatə edən krallıq idi. Bu krallıq mədəni və iqtisadi baxımdan inkişaf etmiş, amma bir müddət sonra (bir çox sivilizasiyada olduğu kimi) tarix səhnəsindən silinmişdi. Lövhələrdən aydın olur ki, Ebla krallığı dövrünün tanınmış mədəniyyət və ticarət mərkəzi olub. Eblalılar dövlət arxivi formalaşdıran, kitabxana quran və yazılı şəkildə ticarət müqavilələri bağlayan mədəniyyətə sahib idilər. Hətta eblait adlanan öz dilləri var idi. (Ebla, funk & wagnalls new encyclopaedia, (c) 1995 funk & wagnalls corporation, infopedia 2.0, softKey multimedia inc.)

      Yer altında gizli qalan dinlər tarixi

1975-ci ildə aparılan qazıntılar zamanı aşkar edilən Ebla mədəniyyəti əsl əhəmiyyətini mixi yazılarla yazılmış təxminən 20.000 lövhə və hissələrdən ibarət arxivin tapılması ilə qazanmışdır. Bu arxiv eyni zamanda digər arxeoloqlara üç min ildən bəri məlum olan bütün mixi yazılı mətnlərdən dörd dəfə çox idi.

Lövhələrdəki dil Roma Universitetində arxeoloji yazılar eksperti olan Ciovanni Pettitano tərəfindən açıqlananda mövzunun nə qədər vacib olduğu daha da yaxşı aydın oldu. Bunun sayəsində, Ebla krallığının və bu böyük dövlət arxivinin tapılması artıq təkcə arxeoloji deyil, dini dairələri də maraqlandıran bir mövzuya çevrilmişdi. Çünki lövhələrdə Qurani-kərimdə adı çəkilən mələk Mikayılın (Doubleday, 1981, s. 271-321) və üç ilahi kitabda bəhs edilən peyğəmbərlərin adı çəkilirdi. Hz. İbrahim (Ab-ra-mu) və hz. İsmayılın (İş-ma-il) adları…(Howard La Fay, “Ebla: Bilinməyən böyük bir imperiya”, National geographic magazine, dekabr 1978, səh. 736)

     Ebla lövhələrindəki adların əhəmiyyəti

Ebla lövhələrində aşkar olunan peyğəmbər adlarının çox böyük əhəmiyyəti var. Çünki həmin adlara ilk dəfə bu qədər qədim tarixi mənbədə rast gəlinmişdi. Tövratdan 1500 il əvvələ aid olan bu məlumatlar olduqca maraqlıdır. Hz. İbrahimin adının lövhələrdə qeyd olunması hz. İbrahim və onun gətirdiyi dinin Tövratdan əvvəl mövcud olduğunu təsdiq edir.

Tarixçilər Eblada tapılan lövhələri bu cəhətdən dəyərləndirdilər, hz. İbrahim və onun peyğəmbərliyi haqqındakı bu əhəmiyyətli kəşf dinlər tarixi üçün mühüm tədqiqat mövzusuna çevrildi. Amerikalı arxeoloq və dinlərin tarixini tədqiq edən David Milad Freydmanın da apardığı tədqiqatlara əsasən, lövhələrdəki İbrahim və İsmayıl kimi adların peyğəmbər adları olduğu bildirildi. (İlim ve teknik dergisi, say 118, sentyabr 1977, oktyabr 1978)

     Lövhələrədə adı çəkilən digər adlar

Yuxarıda da qeyd etdiyimiz kimi, lövhələrdə yazılan adlar üç ilahi kitabda bəhs edilən peyğəmbər adları idi və lövhələr Tövratdan daha qədim idi. Bundan başqa, bu adların yanında daş lövhələrdə əks olunan başqa mövzular və yer adları da var idi. Bu məlumatların və yer adlarının öyrənilməsi nəticəsində məlum oldu ki, eblalılar ticarət sektorunda böyük uğur qazanmışdılar. Yazılarda Eblanın yaxınlığındakı Sina, Qəzza və Qüds adları da çəkilirdi. Bu da eblalıların bu yerlərlə olan ticarət və mədəni əlaqələrini göstərirdi. (Harun Yəhya, Quran möcüzələri)

Lövhələrdə nəzərə çarpan digər əhəmiyyətli bir xüsusiyyət isə Lut qövmünün yaşadığı Sodom və Qomorra bölgələrinin adları idi. Məlum olduğu kimi, Sodom və Qomorra Ölü dənizin sahilində Lut qövmünün yaşadığı, hz. Lutun təbliğ edib insanları din əxlaqına çağırdığı ərazi idi. Bu iki yerdən başqa, Quran ayələrində adı çəkilən İrəm şəhəri də Ebla lövhələrindəki adların arasında idi..

Bu adların daha çox diqqət çəkən tərəfi isə peyğəmbərlərin təbliğ etdiyi kitablardan başqa, indiyə qədər başqa heç bir mətndə işlədilməməsi idi. Bu, o dövrdə haqq dini təbliğ edən peyğəmbərlərin xəbərlərinin bu bölgələrə də çatdığını göstərən əhəmiyyətli bir sənəddir. “Reader’s digest” jurnalındakı bir məqalədə verilən məlumata görə, Kral Əbrumun hakimiyyətdə olduğu dövrdə eblalıların dinlərində dəyişiklik olduğu, insanların Allahın adını ucaltmaq üçün adlarının qarşısına başqa bir ad əlavə etdiklərindən məlum olur.

     Allahın vədi haqdır…

Yaşadıqları dövrdən təxminən 4500 il sonra ortaya çıxan Ebla tarixi və Ebla lövhələri çox əhəmiyyətli bir həqiqətə diqqət çəkir: Allah Eblaya da hər qövmə olduğu kimi, elçilər göndərmiş və onlar da qövmlərinə göndərilən dini təbliğ etmişdilər. Bəzi qövmlər onlara göndərilən dini qəbul edib hidayətə qovuşmuş, bəziləri isə peyğəmbərlərin təbliğ etdiyi dinə qarşı çıxıb batil həyatı daha üstün tutmuşdular. Göylərin, Yerin və bunların arasındakı hər şeyin Rəbbi olan Allah bunu Quranda belə bildirir:

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”, – (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu! (Nəhl surəsi, 36)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr