Saniyədə 500 dəfə çırpınan qanadlar
ucgen

Saniyədə 500 dəfə çırpınan qanadlar

2074

Ağcaqanad saniyədə təxminən 500 dəfə qanad çırpır. İnsan 1 saniyədə çox məhdud hərəkət icra edə bilər. Hətta bu gün texnologiya yüksək inkişaf etsə də saniyədə 500 dəfə fasiləsiz hərəkət edən uzunömürlü mexanizm düzəldilməmişdir. Çünki  müxtəlif vasitələrdən hazırlanan belə mexanizmlər sürtünmənin şiddətindən qısa müddət sonra yararsız vəziyyətə düşür. Ancaq ağcaqanad həyatı boyu uçduğu hər saniyə qanadlarını bu tezliklə çırpır və heç bir xəsarət almır.  Bu üstün xüsusiyyətə malik qanadlar ağcaqanada yüksək sürətlə istədiyi istiqamətə, istədiyi məsafəyə uçma imkanı verir. Eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə həyata keçirməsini təmin edir. Qanadlarını sürətlə çırpmaq üçün ağcaqanadın yüksək miqdarda oksigenə ehtiyac duyur. Buna görə də hər hüceyrəsini əhatə edən xüsusi tənəffüs sisteminə malikdir. Tənəffüs borusu birbaşa hava ilə təmasda olduğu üçün hüceyrələr oksigen mübadiləsini vasitəçi maddə olmadan həyata keçirirlər. Bu xüsusi sistem sayəsində dəqiqədə minlərlə qanad çırpan ağcaqanad heç vaxt yorulmur. Böyüklüyü 1 sm belə olmayan canlıda saniyədə yüzlərlə dəfə çırpınan qanad və buna imkan yaradan tənəffüs sistemi Allah`ın sonsuz elmini bir təzahürüdür. Heç bir təsadüf belə kompleks və qüsursuz canlı yaradıb, saniyədə 500 dəfə çırğınma qabiliyyəti bəxş edə bilməz. Bu qüsursuz canlının da, onun sahib olduğu heyranedici qanadlarının da, Darvinin iddia etdiyi kimi, təsadüfü mərhələlərlə meydana gəlməsi qeyri-mümkündür. Bu əsər Sani (Sənətçi) olan Allah`a aiddir.
 
"Xəbəriniz olsun; şübhəsiz göylərdə və yerdə olanların bütünü Allahındır. Allahdan başqasına inananlar belə, şirk qoşduqları varlıqlara və güclərə (gerçəkdə) inanmazlar. Onlar yalnız bir zənnə uyarlar və onlar ancaq 'zənn və təxminlə yalan danışarlar." (Yunus surəsi, 66)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr