Kipr Ada TV, 1 avqust 2008
Adnan Oktar: Məsələn, Azərbaycan, Gürcüstan və Ermənistanın Türkiyəyə son zamanlardakı yanaşması çox dəqiqdir. İsrail deyir ki, 10 əsgər və 1 çavuşla bölgəni idarə edirdiniz, biz bu qədər əsgərlə buranı idarə edə bilmirik, deyirlər. Osmanlı dövrünün həsrətindədirlər. Suriya açıq şəkildə Türkiyə ilə birləşməyi istəyir. Yəni bu gün rəsmi təklif edilsin, bir həftənin içində qərar verər. İraq onsuz da qan gölü kimidir, bilirsiniz. Türkiyənin böyük qardaşlıq etməsi ilə İraq anında sülh liman olar və mövzu tamamilə kökündən həll edilmiş olar. Bunu hamısı görür. Fələstinlilərdən gələn heyətlər, Türkiyəyə gələn heyətlər həmişə bunu təklif edirlər və həmişə bunu tələb edirlər. Türkiyənin böyük qardaşlığı bu bölgədə çox vacib hala gəldi. Çünki Amerika bu işi edə bilmir, Avropa da edə bilmir, Rusiya da edə bilmir, bir boşluq var. Bu boşluğu ancaq Türkiyə doldura biləcək mövqedədir. Bu da onsuz da insani, əxlaqi və imani bir vəzifədir. Türkiyə də bu vəzifəyə onsuz da sahibdir. Osmanlıdan gələn bir mirasın davamı olaraq bunu edəcək, bunu hər kəs görəcək, inşAllah. |