Hz. Mehdi (ə.s) Tövratı və İncili dəyişildirilmiş qisimlərindən təmizləyərək, Qurana uyğun olan qisimlərini ortaya çıxaracaq və yəhudilərə Tövratla, xristianlara da İncillə hökm edəcək
ucgen

Hz. Mehdi (ə.s) Tövratı və İncili dəyişildirilmiş qisimlərindən təmizləyərək, Qurana uyğun olan qisimlərini ortaya çıxaracaq və yəhudilərə Tövratla, xristianlara da İncillə hökm edəcək

2019

Cabir ibn Yezid əl-Cofi, İmam Məhəmməd Baqirdən rəvayət edir:"...Hz. Mehdi (ə.s)-ın hz. Mehdi (ə.s) deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq və YƏHUDİLƏR ARASINDA TÖVRATLA, XRİSTİANLAR ARASINDA İNCİLLƏ HÖKM EDƏCƏK." (əl-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 254-255)  

 

"Ona hz. Mehdi (ə.s) deyilməsinin səbəbi - Şamda olan dağlardan birinə yönəlməsidir. Oradan (HƏQİQİ) TÖVRAT KİTABLARINI ÇIXARACAQ, YƏHUDİLƏRƏ QARŞI DƏLİL GƏTİRƏCƏK."  (Suyuti, əl-Havi li'l Feteva, II. 81)      

Harun ibn Maruf; Zamra ibn Rabiyədən, Abdullah ibn Şevzəbdən rəvayət edir: "Şübhəsiz ki, hz. Mehdi (ə.s), "Mehdi (ə.s.)" deyə adlandırılmışdır. Çünki O, Şam dağlarından bir dağa doğru hidayət olunar (istiqamətləndirilər), "TÖVRAT" KİTABLARINI (DƏRİLƏRİNİ) ORADAN ÇIXARDAR VƏ ONLARA ƏSASLANARAQ YƏHUDİLƏRLƏ MÜZAKİRƏ EDƏR VƏ (NƏTİCƏDƏ) BİR DƏSTƏ YƏHUDİ ONUN ƏLİYLƏ MÜSƏLMAN OLAR.

http://www.ahirzaman.net/mehdi_ahirzaman07.html#81 

 Ona "Mehdi (ə.s)" deyilməsinin səbəbi budur; o, yəhudilərin həcc etdiyi Şam dağlarından bir dağın içindəki TÖVRATA DAİR KİTABLARI ÇIXARAR VƏ YƏHUDİLƏRDƏN BİR CAMAAT ONUN ƏLİYLƏ MÜSƏLMAN OLAR.   (Celaleddin SuyutininTasnifinden Hadisler, AhirZaman Mehdisinin Alametleri, Müellif Ali bin Hüsammeddin elMuttaki, Kahraman Neşriyat Kitabevi, səh. 77)

 

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) Axırzamanda gələcək hz. Mehdi (ə.s)-ın Tövratı açıqlayacağını bildirir. Allahın izniylə Tövratın dəyişdirilmiş qisimlərindən təmizlənilməsi və Qurana uyğun qisimlərinin ortaya çıxarılması, hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.

 

Hz. Mehdi (ə.s) zühur edəndən sonra insanlara, Allah qatından göndərildikdən sonra bəzi pis niyyətli insanlar tərəfindən bəzi hissələri dəyişdirilmiş Tövratın Qurana uyğun olan əslini izah edəcək. Hətta beləcə, bir qisim yəhudi də müsəlman olacaq.

Arabir, hədisdə bildirilən ifadələrin həqiqi mənası düşünülərək, insanların mağaralarda Tövrat axtardıqlarına da rast gəlinir. Ancaq rəvayətlərdən, Tövrat və İncilin Allah qatından vəhy edilmiş haqq olan mətnlərinin ancaq hz. Mehdi (ə.s) dövründə tapılacağı aydın olur.

Ancaq bununla yanaşı, "Həqiqi Tövrat" əsl olaraq günümüzdəki Tövratın içində gizlidir. Hz. Mehdi (ə.s) da insanların gözündən qaçmış, gizlənmiş həqiqi Tövratı, dəyişdirilmiş Tövratın içindəki sonradan əlavə olunmuş azğın və səhv izahları çıxararaq ortaya qoyacaq. (Doğrusunu Allah bilir.)

Hz. Mehdi (ə.s) eyni şəkildə xristianları da İncildəki Qurana uyğun olan hökmlərə çağıracaq.

Yəhudilərə Tövratın əsliylə, xristianlara da İncilin əsliylə hökm edilməli olduğunu Uca Rəbbimiz Allah bizlərə Quranda açıq-aydın bildirir:

Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə surəsi, 44)    

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr