Bu, yəmənlilərin iradəsidir, yoxsa qlobal güclərin?
ucgen

Bu, yəmənlilərin iradəsidir, yoxsa qlobal güclərin?

1272

Yəmən prezidenti Abdurabbu Mənsur Hadinin çağırışına cavab verən Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı 10 ölkənin iştirak etdiyi koalisiya qüvvələri ölkədəki Ənsarullah Husi hərəkatına qarşı gözlənilən əməliyyatı başlatdı. "Qətiyyətlilik fırtınası" adlı hava əməliyyatı ilə gözlər yenidən Yəmənə çevrildi.

Əməliyyat 26 mart gecəsi Husilərin nəzarəti altında olan Yəmənin paytaxtı Sananın havadan bombalanması ilə başladıldı. Səudiyyə Ərəbistanının 100 təyyarə ilə qoşulduğu əməliyyata Küveyt, İordaniya, BƏƏ, Qətər, Bəhreyn, Sudan və Mərakeş hava qüvvələrinin də qatıldığı, Misir və Pakistanın isə bu əməliyyatı dəstəklədiyi bildirildi.

ABŞ-ın da maddi-texniki və kəşfiyyat dəstəyi ilə təmin olunan hava əməliyyatında onlarla vətəndaşın bombardmanlar zamanı həyatını itirdiyi bildirilir. Bölgədə ölən, yaralanan və felakətə uğrayan digər insanların şəkilləri mətbuatda tez-tez yayımlanır.

Yəməndə Husi hərəkatının başlaması və böyüməsi

Qəbilə sisteminin olduqca güclü olduğu Yəmən, ərəb cəmiyyətləri içərisində tayfalararası əlaqələrin ən güclü olduğu ölkələrdən biridir. Mərkəzi hökumətdə idarəçilik zəif olduğuna görə tayfalar əksər bölgələrdə nəzarəti öz əllərində saxlayırlar. Əməliyyatın hədəfi olan Husilər də bu tayfalardan biridir.

Husilər Yəmənin təxminən 30%-ni təşkil edən bir bölgədə məskunlaşan 400-ə yaxın Zeyd qəbiləsinin 1980-ci illərdən bəri şiə təriqətli missionerlər tərəfindən təlim almış bir qoludur. Husi hərəkatı 1992-ci ildə İranın dəstəklədiyi Zeydi Şiə Universitetinin tələbələrinin "Gənc möminlər" adı altında birləşməsi ilə başladı. ABŞ 2003-cü ildə İraqı işğal etdikdən sonra Yəmənin paytaxtı Sanada ABŞ və İsrailin qarşı çıxmasına baxmayaraq, yüksələn hərəkat geniş kütlələrin dəstəyini qazandı.

2004-cü ildə silahlı üsyan qaldıran hərəkatın lideri Hüseyn Bədrəddin əl Husi 2004-cü ilin 10 sentyabrında 20 davamçısı ilə birlikdə öldürüldü və yerinə İranda hərbi və dini təlim almış oğlu Əbdülməlik əl Husi keçdi.

Bu vaxt Yəmənin prezidenti 1990-cı ildən bəri hakimiyyətdə olan Əli Abdullah Salih idi. Abdullah Salih uzun müddət ABŞ-ın müttəfiqi kimi qəbul edildi. Ölkə xalqının ciddi narahatçılıqlarına baxmayaraq, korrupsiya, təzyiq və siyasi fitnələrlə hakimiyyətdə qalmağa davam edən Salihə ABŞ ciddi dəstək göstərirdi.

Əməliyyata sərf olunan zaman

2011-ci ildə "Ərəb baharı"nın Yəmənə təsir etməsi ilə baş verən üsyanlar nəticəsində Əli  Abdullah Salih toxunulmazlıq verilərək vəzifəsindən azad olundu. Yerinə isə vitse-prezident, eyni zamanda Obama hökumətinin də dəstəklədiyi Mənsur Hadi gəldi. Beləliklə, Yəməndə ABŞ rejimi saxlanıldı.

2014-cü ilin sentyabr ayında başlayan, İranın dəstəklədiyi Husi hərəkatı 2015-ci ilin yanvar ayında şiə milislərin paytaxt Sananı ələ keçirməsi ilə gücləndi. Bundan sonra barəsində ev dustaqlığı tətbiq edilən prezident Mənsur Hadi 21 fevralda ölkənin cənubundakı Ədən şəhərinə qaçaraq vəzifəsinə davam etdiyini elan etdi. BMT Təhlükəsizlik Şurası Husi hökumətini tanımadığını, ölkənin rəsmi hökumətinin Mənsur Hadi hökuməti olduğunu bildirdi.

Husilər əməliyyatdan dərhal sonra ölkənin cənubundakı ən böyük hərbi hava bazası olan Ənədi və Ədən şəhərindən 60 km uzaqlıqda olan Lahıc şəhərini ələ keçirərək Ədəni mühasirəyə aldılar. Bu isə səbir kasasını daşıran son məqam oldu.

Husilər hərəkatı geniş kütlə tərəfindən dəstəklənmir. Amma təxminən 100-120 minlik yaxşı təşkil olunmuş hərbi bazası, 20-30 minə yaxın isə silahlı qüvvəsi var.

Yəmən əməliyyatı İran-Səudiyyə Ərəbistanı qarşıdurmasınımı əks etdirir?

Əməliyyatın başladılmasının əsas səbəbi Səudiyyə Ərəbistanının müttəfiqləri ilə birlikdə üsyançı Husilərə qarşı qanuni Yəmən hökumətinə yardım etməsi, eyni zamanda da cənub bölgəsini təhdid edən üsyançı Husi hərəkatının qarşısını almasıdır. Amma məsələni bu vəziyyətə gətirən bir çox səbəblər var.

Bunlardan ən önəmlisi isə həmişəki kimi Yəmənin İran-Səudiyyə Ərəbistanı qarşıdurmasının mərkəzi olmasıdır. Son zamanlar ölkəsindəki şiə təriqətli quruluşlara və Əsəd rejiminə dəstəyini gücləndirən və Yaxın Şərqə tez-tez müdaxilə edən İran digər tərəfdən on illər boyu gizlicə təşkil edib təchiz etdiyi Husilər vasitəsi ilə Yəməndə hakimiyyətini gücləndirməyi planlayır.

Belə ki, İranın baş qərargah rəisi bir müsahibəsində Sana şəhərini "İranın təsiri altında olan 4-cü paytaxt" olaraq qələmə vermişdi. Bildiyimiz kimi, Yəmən Qırmızı dəniz və Ədən körfəzinə birbaşa çıxışı olan və çox böyük strateji əhəmiyyətə sahib olan bir ölkədir. Tehran bu yolla əsas rəqibi olan Səudiyyə Ərəbistanını mühasirəyə alaraq üstünlük əldə etməyi planlayır.

Əlbəttə, bu hadisəni ölkəsi və rejimi üçün böyük bir təhdid olaraq görən Səudiyyə Ərəbistanı və onun müttəfiqi olan digər körfəz və ərəb ölkələri də bu vəziyyətə tamaşaçı qalmadılar.

Göründüyü kimi, Yəməndə etnik-məzhəb-tayfa zəminində davam edən qarşıdurmaların arxa cəbhəsində Səudiyyə Ərəbistanı və İran kimi daha böyük aktyorlar dayanır. Bu aktyorların isə arxasında şübhəsiz ki, mənafelərinə uyğun olaraq bölgədəki vəziyyətlərlə çox yaxından maraqlanan ABŞ, Rusiya, Çin kimi qlobal qüvvələr var. Səudiyyə Ərəbistanının müttəfiqi ABŞ əməliyyatını şiddətlə dəstəklədiyi halda, İranın müttəfiqi Rusiya və Çin isə əməliyyatın dərhal dayandırılmasını istəyir.

Daha çox müsəlman qətliamı üçün açılan yeni bir cəbhə

Yuxarıda bəhs etdiyimiz mürəkkəb dinamika və proseslər istər şiə olsun, istərsə sünni -bütün müsəlmanları yalnız yeni fəlakətlərə doğru aparır.

Əməliyyat başladığı andan etibarən onlarla, bəlkə də yüzlərlə günahsız sivil müsəlman canını və malını itirdi. Məlumdur ki, ölən vətəndaşların sayı hər zaman rəsmi açıqlamalarda söyləndiyindən daha artıq olur.

Mərkəzində etnik, məzhəb, ya da tayfa məsələləri olan bu qarşıdurmaların İslam aləmini ikiqat acı və fəlakətə sürükləməkdən, zəiflətməkdən və bu ayrılıqları qızışdıran dərin güclərin işini rahatlatmaqdan başqa bir nəticəsi yoxdur.

Müsəlmanların qanını axıtmaqdan başqa heç bir məqsədi olmayan bu əməliyyat tezliklə dayandırılmalı, ölkədə razılıq, dialoq, birlik və sülhün hakim olacağı demokratik həll yolu tapılmalıdır. Sünni və şiələrin ədalətlə təmsil edildiyi demokratik bir məclis və milli konsensus hökuməti ölkədə barış, sülh və sabitliyin təmin edilməsində mühüm bir mərhələ olacaq.

Adnan Oktarın National Yemen'də yayımlanan məqaləsi

http://nationalyemen.com/2015/03/29/is-this-the-will-of-yemenis-or-the-global-powers/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr