Taha surəsinin 10-cu ayəsi hz. Mehdi (ə.s)-ın zühuruna işarə edən bir ayədir
ucgen

Taha surəsinin 10-cu ayəsi hz. Mehdi (ə.s)-ın zühuruna işarə edən bir ayədir

719
O ZAMAN O, BİR OD GÖRÜB AİLƏSİNƏ DEMİŞDİ: “DAYANIN! MƏN BİR OD GÖRDÜM. BƏLKƏ, ONDAN SİZƏ BİR KÖZ GƏTİRDİM, YA DA ODUN YANINDA BİR BƏLƏDÇİ TAPDIM!” (TA HA SURƏSİ, 10)

Allah ayəsində hz. Musa (ə.s)-ın ailəsini arxasında buraxaraq tək başına, alov yanan bir yerə doğru səfərə çıxdığını xəbər verir. Musa (ə.s) ailəsinə alovun olduğu yerdə bir yol göstərici, bir mürşid tapacağına işarə etmişdir. Mehdi sözü hidayətə yönəldən, yol göstərici mənasında olduğu üçün bu istiqamətiylə ayə hz. Mehdi (ə.s)-a işarə edir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri də, səmada bir alovun görünməsidir:

Hüseyn ibn Əli (r.ə)-dən belə rəvayət olunmuşdur:

"GÖY ÜZÜNDƏ GECƏNİ İŞIQLANDIRAN BÖYÜK BİR ALOV GÖRDÜYÜNÜZ  VAXT, O AN HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞ
İ VAXTIDIR." (Meriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif el-Makdisi "Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)
“ŞƏRQDƏN BİR ALOVU GÖRDÜYÜNÜZ ZAMAN, Ali-Məhəmmədin (hz. Mehdi (ə.s)-ın) çıxmasını gözləyin.” (Kitab-ül Burhan Fi Əlaməti əl Mehdiyyil Axır Zaman, səh. 32)

15 Noyabr 1979-cu ildə İstanbulda meydana gələn “İndependenta” adlı 150 min qrostonluk neft yüklü tankerin partlayışı hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən olan böyük bir partlayış, böyük bir alov və ardından gələn böyük bir dumana tam işarə edir. Həmçinin hədisdə "... GECƏNİ İŞIQLANDIRAN BÖYÜK BİR ALOV GÖRDÜYÜNÜZ VAXT, O AN ..." ifadəsiylə də açıq bir şəkildə bu partlayışın olduğu günə diqqət çəkilərək hz. Mehdi (ə.s)-ın bu böyük hadisənin əksini tapacağı günlərdə çıxacağı ifadə edilmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo