ADNAN OKTARIN KOCAELİ TV VƏ ABA TV-DƏKİ CANLI REPORTAJI (8 YANVAR 2011)
ADNAN OKTAR: Taha surəsi, 90-cı ayə, şeytandan Allah sığınıram; "And olsun, Harun bundan əvvəl onlara: "Ey qövmüm, həqiqətən siz bununla fitnəyə salındınız (sınandınız)" Harun (ə.s) deyir. "Sizin əsil Rəbbiniz Rəhman (olan Allah)dır; bu halda mənə uyun və əmrimə itaət edin" demişdi. Demişlərdi ki: "Musa bizə geri gələnə qədər ona (buzov) qarşı əyilməkdən qəti olaraq ayrılmayacağıq."" Yəni belə qlobal inanclar, qlobal xurafatçı inanclar, insanların meydana gətirdiyi inanclar, "biz bunlara bağlı olacağıq" deyirlər. Bax, hz. Musa (ə.s) qardaşına deyir ki ; ""Niyə mənə itaət etmədin, əmrimə qarşı gəldin?" "Dedi ki: "Ey anamın oğlu, saqqalımı və saçımı tutub-yolma."" Buradan anlayırıq ki, Harun (ə.s)-ın saqqalı və saçı uzun idi. Saqqallı və uzun saçlı olduğu aydın olur. "Mən, sənin: "İsrailoğulları arasında ayrılıq çıxardın" bax; "İsrailoğulları arasında ayrılıq çıxardın," İsrailoğulları nədir? O zamanın müsəlmanlarıdır. Bax, ayrılıq çıxarmasına qarşı nə qədər diqqətlidir, görürsənmi? ""Sözümə əhəmiyyət vermədin" deməyindən qorxdum." Dedi ki: "Sənin məqsədin nədir, ey Samiri?" "Dedi ki: "Mən onların görmədiklərini gördüm."" Bax, təkəbbürlük edir. müsəlmanların görmədiklərini gördüm deyir. "Beləcə, elçinin izindən bir ovuc götürüb atdım; beləliklə, mənə bunu nəfsim xoş (bir şey) göstərdi." Yəni Allahın hökmünü dəyişdirir. "Dedi ki: "Çıx get, artıq sənin həyatda (layiq olduğun cəza: "Mənə toxunulmasın") deməyindir." Və şübhəsiz, sənin üçün özündən əsla qaça bilməyəcəyin (əzab dolu) bir görüş zamanı vardır. Qarşısında əyildiyin ilahına bir bax;" büt, yəni indinin darvinizmi, materializmi. "Biz onu mütləq yandıracağıq, sonra dağıdıb edib dənizə sovuracağıq." Bu qızılın da toz halına gətirilməsi ayrı bir elmdir. O, xüsusi bir elmdir, inşaAllah.