Adnan Oktarın Kahramanmaraş Aksu və Gaziantep Olay telekanallarında verdiyi canlı müsahibəsi (4 dekabr 2010)
Kəhf surəsi, 65-ci ayə. Xızır hekayəsi.
"Tam o əsnada, dərgahımızdan özünə rəhmət bəxş etdiyimiz", rəhmət tamam ayrı şeydir. Allahın rəhmət, Rəhman və Rəhim adı. Rəhmət də hər şeyi əhatə edəndir. Yəni yəhudiyə də, xristiana da, hamısına Allah rəhmət gözüylə yaxınlaşar. Rəhmət hamısını qurtarmağı qarşıya məqsəd qoyandır, hamısının yaxşı olmasını istəyəndir inşaAllah. "Rəhmət bəxş etdiyimiz və tərəfimizdən özünə elm öyrətdiyimiz", deməli, bütün elmləri Allah öyrədir, hamısını. "Qullarımızdan birinə rast gəldilər". Bunu daha əvvəl də söyləmişdim, tam 2010-cu ili verir. "Musa ona dedi: "Doğru yol olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün, sənə tabe ola bilərəmmi?" Amma bax, "doğru yol", doğru yol nədir? Qurandır. Deməli, onun doğru yolda olduğunu bilir. Haqqı müdafiə edəcəyini bilir. Qurana uyğun, o zamanki haqq kitaba uyğun hərəkət edəcəyini bilir. "Sənə öyrədiləndən", öyrədən kimdir? Allahdır. Allahın öyrətdiyini də bilir. "Öyrədiləndən mənə öyrətməyin üçün, sənə tabe ola bilərəmmi?" Sənin tələbən ola bilərəmmi? Xızır (ə.s) belə dedi: "O dedi: "Həqiqətən"", bax, "həqiqətən" deyir. "Sən, mənimlə birlikdə olma səbrini göstərməyə güc yetirə bilməzsən". O zaman bunu əsrimizə baxsaq, sən Mehdi (ə.s)-ın tələbəsi olmağa güc yetirə bilməzsən. Yəni belə qabiliyyət göstərməyin çox çətindir. Çünki Mehdi (ə.s)-ın zahirdəki görünüşü, batindəki görünüşü insanlara müxtəlif təsirlər göstərəcək inşaAllah. "(Belə olan halda) "Mahiyyətini qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?" Deməli, mahiyyəti mühüm olan şeyin, mahiyyəti üstündə dayanmaq lazımdır. Zahirdə olanla maraqlanıb da insanların diqqətini zahirin üstündə cəmləşdirsən, mahiyyəti əldə edə bilməzsən. Allah mahiyyətin tətbiq olunmasını əsas götürdüyünü burada göstərir. "Mahiyyətini qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?" Yəni "zahir gözüylə baxacaqsan" deyir, dərinliyini görə bilməyəcəksən, mahiyyətini görə bilməyəcəksən, bunun üçün rədd edərsən, inkar edərsən, qəbul etməzsən, qarşı çıxarsan" deyir. Bu Mehdi (ə.s)-ın da xüsusiyyətidir.
Altuğ Berker: Ustad, "əcib şəxs" deyir. Həmişə söyləyirsiniz.
Adnan Oktar: Əlbəttə. Bədiüzzaman: "O Axırzamanın əcib şəxsi kimi heç bir cəhətdə ola bilmərəm" deyir. Bəli, "əcib şəxs" deyir. "O (Musa) dedi: "inşaAllah"", bax bu inşaAllah bütün peyğəmbərlərin bildiyi bir xüsusdur Allahın icazəsi ilə inşaAllah. Yəni ilk dəfə müsəlmanlar demir inşaAllah; hz. Musa (ə.s) da söyləyir, hz. İbrahim (ə.s) da söyləyib. "İnşaAllah məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı çıxmayacağam" dedi". Cahillər Mehdi (ə.s)-a atdığı hər addımda qarşı çıxacaqlar, anlaya bilməyəcəkləri üçün. "O dedi: "Əgər mənə tabe olsan, heç nə barəsində mənə sual vermə", istisnasız, " heç nə barəsində mənə sual vermə, mən sənə nəsihətlə izah edənə qədər". "Mən sənə izah edərkən, nəsihətlə izah edəcəyəm" deyir, hər hansı izah da verməyəcəyəm" deyir, "izah edənə qədər səbir et" deyir. "Beləliklə, ikisi yola düşdü". Ən təsirli üsul, ikili izahatdır. Üçüncü bir insan olduqda insanın fikri dağılar. Ən təsirli söhbət, ən təsirli izahat üsulu budur, yəni ikili, birə-bir. İnşaAllah. "İkisi yola düşdü. Necə ki, bir gəmiyə mindikdə", dəniz kənarında bir yerə gəliblər. İlk gəldiyi yer haradır? Dəniz kənarı. Mehdi (ə.s) hara gəlir? İstanbula. Hara gəlir? Dəniz kənarına. İki dənizin birləşdiyi yer. Bax ayədə ilk hara diqqət çəkilib? Gəmilərə, dənizə diqqət çəkilmişdir.
"Necə ki, bir gəmiyə mindikdə, o bunu (gəmini) dəldi". Gəmini qüsurlu göstərir. "O (Musa) dedi: "İçindəkiləri batırmaq üçünmü onu dəldin? And olsun, sən təəccüblü bir iş tutdun". Bir də and içir baxın: "And olsun, sən təəccüblü bir iş tutdun". Bax, harama girdin demir, "təəccüblü bir iş tutdun" deyir, diqqətli danışır. Normalda Tövrata görə harama girdin deyərdi, lakin demir. "Təkcə etdiyin hərəkətə təəccübləndim" deyir. Yəni doğru yolda olduğunu bildiyi üçün. Bu batini elmin bir tələbidir. Bir şeyi lazım gəldikdə zəif göstərmək və ya zəifi güclü göstərmək, ikisi də batini elmin bir tələbidir. "O dedi: "Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərməyə əsla güc yetirə bilməyəcəyini sənə söyləmədimmi? "Çünkü taleyi elədir. Hələ o doğulmadan, hz. Musa (ə.s) doğulmadan, buna səbir edə bilməyəcəyi bəlli idi. Quran, Xızır (ə.s)-dan əvvəl vardı. Quranda hz. Musa (ə.s)-ın nə edəcəyi onsuz da bəllidir. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilir. Onsuz da bax oxuyuruq, səbir edə bilməyəcəyi bilinir. Xızır (ə.s) zamanda gəzən bir insandır. Məsələn, hz. İbrahim (ə.s) zamanına da gedir, keçmiş zamanlara da gedər. İstənilən zamana gedə bilən insandır. Hz. Musa (ə.s)-ın Quranda bildirilən bu xüsusiyyətini bilir. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilir, bunun üçün, bax "əsla" deyir. Çünki Allahın hökmü var. Allah: "Əsla səbir edə bilməyəcək" deyir. O da bunu bildiyi üçün: "Əsla səbir edə bilməyəcəksən" deyir. Yəni istisna gətirmir, bəlkə demir. Baxın, ifadələrdə bunu görərsiniz ayədə; "əsla bunu edə bilməyəcəksən" deyir ayədə, "əsla" deyir. Taleyini bildiyi üçün, hz. Musa (ə.s)-ın taleyini və nə cavablar verəcəyini bilir. "Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərməyə əsla güc yetirə bilməyəcəyini sənə söyləmədimmi?" deyir, "daha öncə xatırlatdım" deyir.
"O (Musa) dedi: "Məni, unutduğuma görə sorğu-sual etmə", kim unutdurur? Allah unutdurur. "...Sorğu-sual etmə və bu işimdən ötrü mənə çətinlik yaratma", yəni hz. Musa (ə.s) elm mövzusunda xeyli qətiyyətlidir, batini elmi öyrənmək mövzusunda qətiyyətlidir, bax imtina etmir o da. Başqası olsa kifayətdir deyər, o zaman olmursa imtina edək deyər. Deməli, tələbəlik mövzusunda israr və qətiyyət möminin bir xüsusiyyətidir. Hər nə bahasına olursa olsun, elmi tərk etməməlidir. ""Bu işimdən ötrü, mənə çətinlik yaratma" dedi" deyir. "Beləliklə, ikisi", bax həmişə iki, iki, iki gəlir. "İkisi (yenə) yola düşdülər. Necə ki, bir uşaqla qarşılaşdılar, o dərhal", gözləmədən, "tutub o uşağı öldürdü" deyir. "O (Musa) dedi: "Bir cana qarşılıq olmadan, tərtəmiz bir canımı öldürdün? And olsun, sən pis bir iş tutdun". Bu dəfə açıq söyləyir, "pis bir iş tutdun", yəni "sən cinayət işlədin" deyir, "pis bir iş tutdun", şəriəti də yaxşı bildiyi üçün, Tövrat şəriətini, şəriətə görə olsa, Tövrata görə olsa halal olmuş olacaq. "Bir qarşılığı yoxdur" deyir, yəni bu bir cinayət törətməmişdir, "olmadığı halda öldürdün" deyir, "səbəbsiz yerə öldürdün" deyir. Lakin bir də and içir, "sən pis bir iş tutdun" deyir. Halbuki, daha əvvəl söz verir etiraz etməyəcəyinə dair.
"O dedi: "Həqiqətdə mənimlə birlikdə olma səbrini göstərməyə əsla" deyir, bax, "güc yetirə bilməyəcəyini sənə söyləmədimmi?" Çünki vəhy aldığı üçün, imkansızdır, ikinci bir şey edə bilməyəcək. Lakin hz. Musa (ə.s) bunu bilmir, lakin hz. Xızır (ə.s) bilir, bildiyinə görə də təəccüblənmir, lakin o təəccüblənir. O: "Təəccüblü bir iş tutdun" deyir. Lakin hz. Xızır (ə.s)-ın təəccübləndiyinə dair bir ifadə yoxdur. O özündən çox əmindir və nə vaxt ayrılacağını da bilir. Hansı mərhələdə ayrılacağını da bilir. "O (Musa) dedi: "Bundan sonra səndən bir şey soruşsam, artıq mənimlə yoldaşlıq etmə", yəni "artıq bu mövzu barədə sənə sual verməyəcəyəm", "artıq mənimlə yoldaşlıq etmə. Mənim üçün üzr istəməyə nail olarsan". "Mən artıq bundan sonra qəbul edəcəyəm" deyir. Lakin, təbii ki, o da əzm göstərir, yəni etiraz etməməyə əzm göstərir, hər dəfə əzm göstərir. "(Yenə) beləliklə, ikisi yola düşdü". Əlbəttə, bu ikilər çox mənalıdır. İki-iki Quran bunu xüsusilə vurğulayır, bu ikiləri. Yəni Allah Quranda xüsusilə vurğulayır inşaAllah. "Nəhayət, bir qəsəbəyə çatıb yemək istədilər", yəni kənd kimi bir yer, qəsəbə. Bax şəhər də deyil, qəsəbə. "Lakin (qəsəbə camaatı) onları qonaq qəbul etməkdən çəkindi". İnsanlar Mehdi (ə.s)-ı da qonaq qəbul etməkdən çəkinəcəklər. Mehdi (ə.s) da bir kənddən çıxır, bir kənd, kənddən çıxar. Həmçinin xalq da onu qonaq qəbul etməkdən çəkinəcək. Yəni istəməyəcəklər Mehdi (ə.s)-ı.
"Orada (qəsəbədə) dağılmağa üz tutan bir divar gördülər", hazırkı Süleyman Məscidinin olduğu yer, dağılmağa üz tutan bir divardır. Yəni dağılmışdır. Yəni artıq tamamilə dağılmışdır. Hətta: "Məscidül-Əqsa da hər an dağıla bilər" deyirlər, elə deyil? Bünövrəsinin oynaqlığına görə, yəni bünövənin davamlı oyulduğu üçün alt hissəsi, dağılır deyirlər. Ayədə nə deyir; "dağılmağa üz tutan", Məscidül-Əqsa da hazırda təkcə ora üçün xüsusilə bu deyilir, "dağılmağa üz tutub" deyirlər, hər kəs bunu söyləyir. Məscidül-Əqsa, belə ki, o, müsəlmanlar üçün çox mühüm nöqtədədir. "Bir divar gördülər" və orada bir divar var, ağlama divarı var. "Dərhal onu inşa etdi". Mehdi (ə.s)-ın edəcəyi budur. O Süleyman Məscidini inşa etməsi. "O (Musa) dedi: "Əgər istəsəydin, həqiqətən, bunun müqabilində zəhmət haqqı ala bilərdin". Yenə təəccüblənir. Yəni bu taleyindədir, bunu edəcək, mütləq edəcək. "Əgər istəsəydin, həqiqətən, bunun müqabilində zəhmət haqqı ala bilərdin". Halbuki, müsəlman, Allah rizası üçün iş görər, o da Allah rizası üçün gördüyünə görə zəhmət haqqı almır, elə deyil? İnşaAllah. Hz. Musa (ə.s), özü, o qoyunları suladığı zaman gedir, qoyunları sulayır, qadınlardan zəhmət haqqı istəyirmi? İstəmir. Ondan hər hansı biri niyə zəhmət haqqı istəmədin deyə soruşurmu? Soruşmur. Niyə? Çünki Allah sevgisiylə etdi. Anası onu kiçik sandığa qoyduğu vaxt, suya buraxdı, onu öldürmək üçünmü buraxdı? Normalda ölər uşaq. Yəni bir uşağı çaya, məsələn, Yaşılirmağa, Qızılirmağa bir uşağı buraxsan, kiçik bir qutunun içində, sandığın içində bir ana buraxsa, uşaq öldürməyə təşəbbüsdən mühakimə olunar. Uşaq da böyük ehtimalla ölər, çox böyük ehtimalla. Uşağın qalxdığını düşünək, yəni ayağa qalxdığını düşünək; suya düşər o zaman ikinci bir ehtimal yoxdur. Qalxmağa çalışsa, bitdi, suyun içinə düşər. Anası onu öldürmək üçünmü qoydu oraya? Yox, xilas olması üçün qoydu. O zaman o gəmini niyə dəldi? Oradakıları xilas etmək üçün etdi, elə deyil? Eynilə Ledüni elm. Eyni elm, onu edən Allah, eynisini edir. O bir insan öldürmüşdü, təvafukən öldürdü, vurdu öldü. Bir cana qarşılıqmı etdi? Yox, taleyində idi. Hz. Xızır (ə.s) niyə öldürdü? Taleyi belədir, Allah əmr etdiyi üçün öldürür. Elə deyil? Onu, hz. Musa (ə.s)-ı sorğu-sual etdilərmi? Etmədilər. Niyə öldürdün demədilər. Orada da o sorğu-sual edilməli idi. Onsuz da, eyni şeylərlə özü də qarşılaşmışdır. Paralel hadisələri Allah meydana gətirmişdir. Heç birində sorğu-sual edilməmişdir, lakin o hamısında hz. Xızır (ə.s)-ı sorğulayır, inşaAllah.
"O dedi: "Bu, mənimlə sənin aranda ayrılma (zamanı)mızdır". Hz. Xızır, Mehdi (ə.s)-dan sonra, hz. İsa (ə.s)-dan sonra Qiyamət gəlir onsuz da, ondan sonra çəkilir. Ayrılma vaxtıdır. Yəni hz. Xızır (ə.s)-ın dünyadan ayrılma vaxtına da işarə edir, ayrılma vaxtıdır. Yəni Axırzamanın xüsusiyyətidir. "Sənə, üzərində səbir göstərməyə güc yetirə bilməyəcəyin bir şərhi xəbər verəcəyəm". Xızır (ə.s): “İndi sənə hamısının hikmətlərini açıqlayacağam" deyir. "Gəmi, dənizdə çalışan yoxsulların idi, onu qüsurlu etmək istədim, (çünki) önlərində, hər gəmini zorla ələ keçirən bir kral vardı". Bir kərə 1979-a işarə edir 79-cu ayə. 79-dakı gəminin yanıb İstanbulu gündüz kimi işıqlandırmasına da işarə edir. Gəminin yandığı dövrdə; "hər gəmini zorla ələ keçərən bir kral vardı" deyir. Anarxiyanın, azğınlığın və zorbalığın ən yüksək olduğu dövrdür 79. Elə deyil? Zorbalığın ən kəskin olduğu dövrdü, Quran buna da işarə etmiş olur. "Uşağa gəldikdə isə, onun ata-anası mömin idi. Buna görə də, onun özlərini azğınlıq və inkara məcbur etməsindən qorxduq". Bunu söyləyim ki, Xızır (ə.s), Mehdi (ə.s)-a zərər verəcəyini anladığı bir insan olduqda, gedib gizlicə onu öldürər. Yəni İslam Birliyinə maneə törədəcək, Mehdi (ə.s)-a zərər verəcəyinə inandığı bir insan olsa, baxın bir sirr olaraq söyləyirəm, Xızır (ə.s) o şəxsi öldürər və heç kim də tapa bilməz. Tapılması qeyri-mümkündür, çünki metafizik bir varlıqdır, tapa bilməz.
"Beləliklə, onların Rəbbinin özlərinə ondan təmiz olmaq baxımından daha xeyirlisini, mərhəmət baxımından da daha yaxın olanını verməsini istədik", yəni Dəccalın öldürülməsinə işarə edir, o uşağın öldürülməsi, yəni dəccaliyyət hələ uşaqlıq mərhələsindəykən öldürüləcək. Yəni dünyanı tamamilə tutub zəbt etmədən, dünyanı məhv etmədən öldürüləcək. Onun yerinə 81-də, 1981-də, belə ki, Mehdi (ə.s)-ın çıxış tarixidir. "Onların Rəbbinin özlərinə, ondan təmiz olmaq baxımından daha xeyirlisini, mərhəmət baxımından da daha yaxın olanını", Mehdi (ə.s)-ın iki xüsusiyyətidir; təmiz və mərhəmətli olması. "Yaxın olanını verməsini istədik". Tərtəmiz bir uşaq gəlir onun yerinə. Yəni 81-də "dəccaliyyətin bitməsi, münafiq sistemin bitməsidir" deyir Bədiüzzaman, onsuz da belə deyil? Mehdi (ə.s)-ın çıxışı.
"Divar isə, şəhərdəki iki yetim uşağın idi", iki yetim uşaq, ikisinin də, hz. İsa (ə.s) onsuz da ata-atası olmayacaq gəldiyi zaman, Mehdi (ə.s)-ın da atası yoxdur, o da yetimdir. "İki yetim uşağın" biri Mehdi (ə.s), biri də İsa (ə.s)-dır. Divar onlarındır, yəni ikisi də Süleyman Məscidində, Məscidül-Əqsada namaz qılacaqlar. Hədislərdə bu açıqca keçir, ona işarə edir. "Altında onlara məxsus bir xəzinə vardı". İndi bunu söyləməyim deyirəm amma, mütləq söyləyəcəyik, məcbur olduq. Süleyman Məscidinin, Məscidül-Əqsanın altında bir yerdə, hz. Süleyman (ə.s)-ın bəlkə də bəzi əmanətləri var. İsrail gecə-gündüz axtarır. Gecə-gündüz altını belə tunellərlə oydular. Bilirlər orada olduğunu. Qurandan anladılar, yəni Quranı araşdırdılar, Quranın verdiyi işarəni anladılar, orada olduğunu bilirlər. O qədər çox tunel var ki, altında, ona görə çökmə təhlükəsi var. Məscidül-Əqsanın çökmə təhlükəsinin səbəbi budur. Girilməyən yer buraxmadılar. Tapa bilmirlər. Halbuki, Allah bir təfərrüat verir: "Onu mələklər daşıyar" deyir. Bunu düşünə bilmirlər. Mələyin daşıdığını sən necə tapacaqsan? Tapa bilməzsən. Oradan alar, ora aparar, oradan alar, ora aparar. Tapa bilməz. Sən tapacağam dediyin yerə girərsən, girdiyin yerdən alar başqa yerə aparar. Ona görə tapa bilmirlər və tapa bilməyəcəklər. Tapacaq kimsə Mehdi (ə.s)-dır. Yerini söyləyim oradadır yəni inşaAllah. Mütləq söyləmək lazımdırsa inşaAllah, Allahualəm oradadır. "Ataları saleh biri idi". Hz. İbrahim (ə.s)-a işarə edir inşaAllah. Hz. İbrahim (ə.s)-ın saleh və təmiz olduğunu Quranda söyləyir. Hər ikisi də hz. İbrahim (ə.s)-ın nəslindəndir, Mehdi (ə.s) da, hz. İsa (ə.s) da. "Rəbbin istədi ki, onlar yetkinlik dövrünə çatsınlar", yəni əlaqədar tarix çatsın, əlaqədar vaxt çatsın, o dövr çatsın. "Yetkinlik dövrü" bu dövrdür, yəni Axırzamandır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə ifadə etdiyi, Bədiüzzamanın ifadə etdiyi bu dövr, "məndən yüz il sonra" dediyi bu dövrdür. "Və öz xəzinələrini çıxartsınlar". Məhz bu müqəddəs əmanətlərdir. Allah: "Onda sükunət, rahatlıq vardır" deyir. Onu görəndə müsəlmanların bütün əsəbləri sakitləşəcək, tam qənaətləri gələcək, çünki çox açıq dəlildir. Çünki içində bütün müqəddəs əmanətlər var. Hz. Süleyman (ə.s)-ın müqəddəs sandığı tapılacaq. Yəni Tövratın orijinal lövhələri daşdan oyulmadır, daşdan oyulmuş, Allah tərəfindən oyulmuş daş lövhələrin hamısı var inşaAllah. Hamısı deyərkən bir və ya bir neçəsi. "Bu Rəbbindən bir rəhmətdir". Bax, gör ayənin əvvəlində nə deyir; "tam o əsnada dərgahımızdan özünə rəhmət bəxş etdiyimiz" deyir, elə deyil, 65-ci ayədə. Allah 82-də nə deyir; "Bu Rəbbindən bir rəhmətdir". Allahın qoruyuculuğundan, Allahın sizə olan sevgisindən etdiyi yaxşılıqdır. Bu çox böyük möcüzədir. Axtarılıb tapılmamasından söhbət gedə bilməz. Baxın, İsrail dövlət olaraq axtarır müqəddəs sandığı, dövlət olaraq. Təbəriyyə gölünün dibi yoxlanıldı. Yəni maqnetik şəkildə yoxlanıldı. Xəzinə axtaranların işlətdikləri cihazlar var ha, heç bir işarə ala bilmədilər. Halbuki metaldır. Metal olduğu üçün bilinməsi, qızıldan sandıq. Yəni xeyli səs verər qızıl olsa. Tapa bilmədilər. Antakyanı da axtardılar, orada da tapa bilmədilər, tapa bilməzlər inşaAllah. Bax: "Öz xəzinələrini çıxartsınlar; (bu,) Rəbbindən bir rəhmətdir". Allah: "Bu xəzinələri onlara tapdıracağam" deyir; hz. İsa Məsih və Mehdi (ə.s). "Öz xəzinələrini çıxartsınlar; (bu,) Rəbbindən bir rəhmətdir. Bunları mən, öz işim (öz fikrim) olaraq etmədim" deyir, "vəhylə etdim". "Budur, sənin səbir göstərməyə güc yetirə bilmədiyin şeylərin şərhi". Bu hadisədən dərhal sonra: "(Ey Məhəmməd,) Səndən Zülqərneyn barəsində soruşarlar". Dünyanın şərqinə və qərbinə hakim olan Zülqərneyn "iki tərəfli" deməkdir, iki tərəf, dünyanın şərqi və qərbi və iki zamanlı. Yəni zamanları da yaşayan insandır inşaAllah. "Zülqərneyn barəsində soruşarlar. De: "Sizə, ondan "öyüd və xatırlatma olaraq" (bəzi məlumatlar) verəcəyəm"". Allah sonra dünya hakimiyyətindən bəhs etməyə başlayır. Əvvəlcə kiçik bir tələbə qrupu, ailələrindən qaçmış, ailələrinin yanından hicrət etmiş, bir yerdə yaşayan kiçik bir tələbə qrupu, sonra Xızır (ə.s)-ın batin elmi və insanlar tərəfindən hz. Xızır (ə.s)-ın təcrid edilməsini və ondan uzaq dayanmalarını görürük, ardınca dünya hakimiyyəti. Kəhf surəsi başdan-sona mehdiyyəti izah edir. Bunu Fəthullah xoca da söyləmişdi vaxtında 1979-cu illərdə, kasetlərindən, lentlərindən eşidə bilərsiniz. Yəni "Kəhf surəsinin mehdiyyətə işarə etdiyini" açıqca söyləyir. Alimlərin böyük əksəriyyəti söyləyir. Onsuz da Peyğəmbərimiz (s.ə.v): "Dəccal çıxdıqda Kəhf surəsini oxuyun" deyir. Bu nə deməkdir? Həll oradadır. Nə deməkdir? Mehdiyyət Kəhf surəsində izah edilir deməkdir. Bir çox hədis var "Kəhf surəsini oxuyun" deyir Peyğəmbərimiz (s.ə.v).