İslamı ilk qəbul edənlərdən olan hz. Osman (ra) həyatı boyu Peyğəmbərimizə (səv) yaxın olan insanlardan olmuşdur. Xəlifə olmadan əvvəl də İslam əxlaqının yaşanmasında və yayılmasında böyük xidmətləri olmuşdur. Hz. Ömər (ra) şəhid edildikdən sonra şura heyəti tərəfindən xəlifə seçilmiş və bu xidmətlərinə yeniliklər əlavə etmişdir. Bədr döyüşündən başqa Peyğəmbərimiz hz. Muhəmmədin (səv) bütün döyüşlərində iştirak etmişdir. Hz. Osmanın (ra) xəlifə seçilməsinə heç kim etiraz etməmiş, hər kəs ona beyət etmişdir.
Hz. Osmanın (ra) xəlifəlikdən əvvəlki xidmətləri
Hz. Əbu Bəkrin (ra) təbliği vasitəsilə müsəlman olan hz. Osman (ra) üstün əxlaqı və gözəl danışığı ilə bütün möminlərə nümunə olan dəyərli əshabələrdən biri idi. Çox gözəl və təsirli nitqə sahib olmasından əlavə, yaddaşı çox güclü idi və Qurani-kərimi əzbərləmişdi. Bundan əlavə hədis elminə sahib olan hz. Osman (ra) vəhy katibliyi edərək də İslama böyük xidmət etmişdir. Yalnız Allah'ın məmnuniyyətini və Onun sevgisini qazanmağı özünə məqsəd edən hz. Osman (ra) Allah'ın ona nəsib etdiyi maddi gücü tamamilə İslam əxlaqının yayılması və müsəlmanların rifahı üçün sərf etmişdir. Yaşadığı dövr üçün böyük pul olan iyirmi min dirhəm ödəyərək Ruma quyusunu satın almış, Mədinəi-Münəvvərədə şirin su çatışmamazlığı olduğundan bu quyunu müsəlmanların xidmətinə vermişdir. (www.diyanet.gov.tr) Bununla bərabər, İslamın ən güclü ordusunun yaradıldığı Təbük səfərində ordunun üçdə birini hz. Osman (ra) təchiz etmişdir. Onun bu köməyindən sonra ordunun heç bir ehtiyacının qalmadığı rəvayət edilir. ((Muhammed Yusuf Kandehlevi, Hayatü's Saha be, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cild 1, Sentez Nəşriyyat, Temel Eserler Serisi: 2/1, s. 411) Ayrıca Mədinədə qıtlıq olduğu bir dövrdə isə hz. Osmanın (ra) Şamdan gələn yüz dəvə yükü buğda karvanını satın aldığı, daha sonra da bunları Mədinədəki kasıblara, əshabı-kirama pulsuz payladığı, yüz dəvəni də kəsib kasıblara yedirtdiyi rəvayət edilir. (www.esselam.net)
Hz. Osmanın (ra) xəlifəliyi müddətində üstün xidmətləri
Hz. Osmanın (ra) İslam əxlaqının yayılmasındakı ən böyük xidmətlərindən biri, şübhəsiz, xilafəti dövründə Qurani-kərimin çoxaldılıb İslam mərkəzlərinə göndərilməsi olmuşdur. Hz. Osman (ra) dövründə dini bir qurum yaradılaraq Quranın nüsxələri çoxaldılmışdır. Bir nümunəsi Mədinədə buraxılaraq Məkkə, Şam, Kufə, Bəsrə, Misir və digər əyalətlərə göndərilmişdir. Hz. Osmana (ra) bu böyük və şərəfli xidmətinə görə Qurani-kərimi yayan mənasında "Naşirü'l-Qur'an" (www.diyanet.gov.tr) ləqəbi verilmişdir. Hz. Osman (r.a) gördüyü işlər arasında işsiz insanların işlə təmin olunmasına da diqqət göstərmişdir. İslam torpaqlarında yaşayan insanların rifah səviyyəsinin yüksəldilməsi üçün abadlıq işlərinə əhəmiyyət vermiş, bağ və bağçaların çoxaldılmasına çalışmışdır. "Hər hansı bir cinayət etməyən, yaxud küfrü ortaya çıxmadan heç kimə qadağa tətbiq etmərik" (Doğuştan Günümüze Büyük İslam Tarihi, S: 212) sözü onun yüksək ədalət anlayışını ən yaxşı ifadə edir. Onun xəlifəliyi dövründə İslam torpaqlarında yaşayan çox sayda insan İslam dinini qəbul etmişdir. Bu dövrə aid diqqətçəkici bir başqa nailiyyət isə müsəlmanların zənginləşməsi və keçmişlə müqayisədə daha da rifah içində yaşamaları olmuşdur.
Hərbi və siyasi rəhbərlik anlayışı
Hz. Osman (ra) İslamiyyət və möminlər mövzusunda heç bir fədakarlıqdan çəkinməmişdir. Bunu hərbi və siyasi rəhbərlik anlayışında da göstərmiş və xəlifəliyi dövründə böyük müvəffəqiyyətlər əldə etmişdir. Hz. Osmanın (ra) xəlifəliyi zamanında Suriyanınbaşçısı Müaviyənin də istəyi nəticəsində Suriya sahillərində ilk İslam donanması yaradılmışdır. O dövrdə yeni genişlənməyə başlayan və zaman keçdikcə sərhədlərinin böyük hissəsi sahillərdən ibarət İslam dövlətinin qorunması üçün belə bir donanmaya sahib olmaq böyük əhəmiyyət daşıyırdı. Bu düşüncənin həyata keçirilməsi ilə İslam dövləti dənizdə də böyük bir gücə sahib oldu. Yaradılan ilk donanma sayəsində Aralıq dənizində strateji əhəmiyyəti böyük olan Kipr adası alınmışdır. Bu ilk dəniz zəfərindən sonrakı illərdə digər Aralıq dənizi adalarına da səfərlər təşkil edilmişdir. Ancaq istər bu dəniz səfərlərində, istərsə də quru döyüşlərində hz. Osman (ra) İslam əxlaqının tələbi olaraq daim ədalət və mərhəmət nümayiş etdirmiş, bunu rəhbərliyi altında olanlara və fəth etdiyi ölkələrdə yaşayan xalqa da ən yaxşı şəkildə hiss etdirmişdir. Hz. Osman (ra) dövründə erməni şəhəri olan Debilin fəthi əsnasında şəhərdə yaşayan xristianlar, yəhudilər və atəşpərəstlərə verilən əmənnamədə məbədlərin qorunacağına zəmanət verilmişdir (Levent Öztürk, Asr-ı Saadetten Haçlı Seferlerine Kadar İslam Toplumunda Hıristiyanlar, İz Nəşriyyat, İstanbul, 1998, s. 114-115). Həmçinin dağılan kilsələrin təmir edilməsinə, yeni sinaqoqların və monastırların tikilməsinə də icazə verilmişdir. Məsələn, Mədain xaricində olan və patriarx Mar Amme tərəfindən əvvəl yandırılmış St. Sergius Monastırı hz. Osman (ra) dövründə yenidən tikilmişdir. Hz. Osman (ra) dövründə İran, Qafqaz və Afrikada da fəthlər davam etmişdir. Bizans imperiyası üzərində böyük zəfərlər qazanılmış, ələ keçərilən torpaqlarda nizam və ədalət təsis edilmişdir. Ermənistan, Qafqaz, Xorasan, Mərakeş, Kirman, Afrika və daha bir çox ərazilər İslam dövlətinin xəritəsinə daxil edilmişdir.
http://www.diyanet.gov.tr/DIYANET/2002aylik/nisan/portre.htm
Peyğəmbərimiz (səv) hz. Osmanın (ra) şəhadətini xəbər vermişdir
Əbu Yala möminlərin anası Hafsadan nəql edərək belə demişdir: Peyğəmbərimiz hz. Muhəmmədin (səv) hz. Osman (ra) ilə bağlı bildirdiyi şəhadət xəbərləri Allah qatından bir möcüzə olaraq baş vermiş və İslam dininin yayılmasında çox böyük bir məsuliyyəti boynuna götürən hz. Osman (ra) şəhid edilmişdir. Bu mübarək şəxsin şəhadəti, xüsusilə, Bəsrə, Kufə və Misir kimi şəhər və ölkələrdə çıxan bəzi qarışıqlıqlar nəticəsində meydana gəlmişdir. Bu qarışıqlıqlar nəticəsində hz. Osman (ra) hicrətin 35-ci ilində (miladi 657) bəzi üsyançılar tərəfindən evində şəhid edilərək Allah qatında şərəfli bir mərtəbəyə çatmışdır. Meydana gələn bu qarışıqlıqlarda da mövqeyindən ayrılmaması isə Peyğəmbərimizin (səv) ona söylədiyi bir sözdən irəli gəlmişdir. Peyğəmbərimiz (səv) bir gün: "Ya Osman (ra), Cənab Haqq sənə bir köynək geyindirəcək, münafiqlər onu səndən çıxarmaq istəsələr, sən onu mənə qovuşana qədər əsla çıxarma" deyə buyurmuşdu. Bu təhlükələr qarşısında da hz. Osmanın (ra) Peyğəmbərimizin (səv) bu sözünə itaət etməsi,onun Allah'a və Peyğəmbərimizə (səv) olan bağlılığı və təslimiyyətinin ən açıq göstəricilərindən biridir.
Üstün əxlaq sahibi olan hz. Osman
Peyğəmbərimizin (səv) hədislərində "yüksək əxlaq sahibi" deyə vurğulayaraq üstün əxlaqını təriflədiyi hz. Osman (ra) təxminən on il davam edən xəlifəliyi müddətində təvazökar, ədalətli rəhbərlik nümayis etdirərək Peyğəmbərimizin (səv) yolu ilə getmişdir. İslam torpaqlarını istər qurudan, istərsə də dənizdən edilən uğurlu səfərlərlə böyüdərək, Quran əxlaqının daha geniş əraziyə yayılmasına səbəb olmuşdur. Xəlifəliyindən əvvəl və sonra Allah'ın iznilə İslam əxlaqının yayılmasına xidmət edən hz. Osman (ra) bütün müsəlmanlara Quran əxlaqının yayılması mövzusunda gözəl əxlaqı ilə nümunə olmuşdur. Allah bütün müsəlmanların bu mövzudakı göstərəcəyi səyi bir ayədə belə bildirmişdir:
"Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır."(Ali-İmran surəsi, 104)
"Keçmişdən ibrət götürün ve xeyirə çalışın"
"Allah sizə dünyanı axirəti axtarasınız deyə vermişdir. Ona meyil edəsiniz deyə deyil!"
"Əcəl çatmadan edə biləcəyiniz xeyirli işlər üçün tələsin."
"Ey İnsanlar! Allah'ın əmrlərinə müxalif çıxmaqdan çəkinin. Çünki Allah'ın əmrlərinə müxalif çıxmaqdan çəkinmək bir qənimət"dir…Qul gözləri gördüyü halda, Allah'ın onu kor olaraq həşr etməsindən qorxsun, hikmətdən anlayan üçün bir söz kifayətdir. Mənəvi olaraq kar olanlar onsuz da haqqı eşitməzlər.Bilin ki, Allah kiminlə birlikdədirsə, o, heç bir şeydən qorxmaz".
Hz. Osmanın (ra) dilindən
Hz. Osmanın (ra) xəlifə olan zaman başçılara yazdığı məktubdan…
"… Bunu yaxşı bilin ki, ədalət həm müsəlmanların ehtiyaclarını ödəmək, haqlarını verib, vergilərini almaq, həm də zimmilərin (müsəlman olmayan və İslam ölkəsində öz dini inanc və ibadətlərini edərək sərbəst və rahat şəkildə yaşamaq üçün cizyə deyilən vergini ödəməyi qəbul edənlər) haqlarına riayət edib, haqlarını vermək və cizyələrini almaqdır. Düşmənlərinizlə andlaşmalarınıza da sadiq qalın." (Doğuştan Günümüze Büyük İslam Tarihi, S: 196)
Peyğəmbərimizin (səv) hz. Osman (ra) haqqındakı sözləri
"Mələklərin belə ondan həya etdiyi bir kimsədən necə həya etməyim? Allah'a and içirəm ki, mələklər Allah və Rəsulundan (s.ə.v) həya etdikləri kimi, Osmandan (ra) da həya edərlər." (Hz. Osman (r.a), R. O. Mahmud Sami, Erkam Nəşr. s. 143)
"Osman (ra) ümmətimin ən həyalısı və ən çox kərəm sahibidir."
"Hz. Lutdan sonra ailəsi ilə hicrət edənin ilki Osmandır (ra)".
"Hər Peyğəmbərin Cənnətdə bir rəfiqi var. Orada mənim yoldaşım Osmandır (ra)".
"Ey Allah'ım! Qiyamət günü Osmanın (ra) qəm və kədərini yox eylə. Çünki o, bizim nə qədər kədərlərimizi dəf etdi."
"Osman (ra) məndən, mən də Osmandanam (ra)".
Hz. Osmanın (ra) xəlifə olduğu zaman maliyyə və mülkü vəzifə sahiblərinə yazdığı məktubdan…
"Allah heç bir şeyi boş yerə yaratmamışdır. Hər şeyi haqq olaraq yaratmışdır. O, haqdan başqasını qəbul etməz. Aldığınız şeyləri haqlı olaraq alın; verdiyiniz şeyləri də layiq olana verin. Xüsusilə dürüstlüyə qayğı göstərin. Dürüst davranın və dürüstlüyü pozan siz olmayın. Çünki onu pozan kimsəyə sonradan gələnlərin günahını da yüklənər. Sədaqətə diqqət yetirin, yetimin haqqına təcavüz etməyin, andlaşmalara da sadiq qalın. Yaxşı bilin ki, Allah yetimə zülm edənin düşmənidir".
"Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." (Ali-İmran surəsi, 104)
Hz. Osmanın (ra) xəlifə olduğu zaman sərhədlərdə komandirlərə yazdığı məktubdan…
"Siz müsəlmanların himayəçisisiniz. Hz. Ömərin komandirlərlə olan münasibətlərini bilməyən yoxdur. Onun bütün davranışları, hər kəsin gözləri qarşısında cərəyan edərdi. Bu nizamı pozmağa və ya dəyişdirməyə çalışmayın. Sonra Allah da sizi dəyişdirər və İslamın müdafiə olunması və yayılması vəzifəsini başqa bir ümmətə verər. Davranışlarınıza daim nəzarət edin. Mən də Allah'ın mənə əmanət etdiyi və etməyimi istədiyi tapşırıqlara daim nəzarət edirəm".
Hz. Osmanın (ra) ilk xütbəsi:
Hz. Osman (ra) xəlifəliyinin ilk xütbəsini oxumaq üçün minbərə çıxdığında Allah'a həmd-səna etdikdən sonra bunları söylədi: "Ey müsəlmanlar! Siz İslamiyyətlə gələn rahatlıq və güvən neməti içində yaşayırsınız. Bu nemətlə ömrünüzün sonuna yaxınlaşdınız. Əcəliniz xeyirlə nəticələnsin. Əlinizdən gəldiyi qədər gecə-gündüz işləyib çalışdınız. Lakin bunu yaxşı bilin ki, dünyanın mayası hiylədir. Dünya həyatı sizi aldatmasın, Allah'a qarşı məğrur olmayın, gəlib-keçənlərdən ibrət götürün. Başı boş, eşitməz olmayın, oyanıq olun. Allah qafil deyil. O, dünyanı sevən, ona bağlanıb, hər yerdə xanədanlar, saraylar ucaldan bizdən əvvəlki insanlar indi hardadır? Uzun müddət səltənət sürən, dünya xanədanları hardadırlar indi? Dünya onlara vəfasızlıq etmədimi? Heç olmasa bunlardan dərs alın ki, Allah'ın alçaq gördüyü dünyanı, siz də olduğundan çox böyütməyin. Axirətə, əzəli yurdunuz olan axirətə hazırlıq görün". Hz. Osman (ra) "Bu ayədə buna gözəl bir nümunə var" dedi və ayəni oxuyaraq xütbəsini bitirdi:
Allah'ın elçisi (səv) Osmana (ra) xəbər göndərib çağırtdırdı və belə buyurdu: "Öldürülüb şəhid olacaqsan! Səbir et, Allah sənə səbir versin. Allah'ın sənə on il altı ay geydirəcəyi xilafət köynəyini əsla çıxartma!" Dönüb gedərkən Allah'ın elçisi (səv) onun arxasından belə buyurdu: "Allah sənə səbir versin. Oruclu ikən şəhid edilib öləcəksən. Orucunu mənimlə açacaqsan!"
(İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 729)