"Genetik məlumat onu izah edən mexanizmlərlə (ribasomlar və RNT molekulları ilə) birlikdə necə ortaya çıxıb? Bu sual qarşısında özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə təmin etməliyik." Duqlas R. Hofştadter
70-ci illərdə primitiv yer atmosferində mövcud olan qazların amin turşusu sintezində əlverişli olmadığının bilinməsi molekulyar təkamül nəzəriyyəsinə böyük zərbə vurdu. Miller, Fox, Ponnamperuma kimi təkamülçülərin "primitiv atmosfer təcrübələri"nin hamısının etibarsız olduğu aydın oldu. Buna görə də 80-ci illərdə başqa təkamül axtarışlarına başlanıldı. Nəticədə isə zülalların deyil, zülalların məlumatını daşıyan RNT molekulunun meydana gəldiyini qarşıya qoyan "RNT dünyası" ssenarisi ortaya atıldı.1986-cı ildə Harvardlı kimyaçı Valter Gilbert tərəfindən ortaya atılan bu ssenariyə görə, bundan milyardlarla il əvvəl necəsə öz-özünütörədən bir RNT molekulu təsadüfən özbaşına meydana gəlmişdi. Sonra bu RNT molekulu ətraf şərtlərin təsiri ilə birdən-birə zülal sintez etməyə başlamışdı. Sonra məlumatları ikinci molekulda saxlamaq ehtiyacı doğulmuş və necəsə DNT molekulu ortaya çıxmışdı.
Hər mərhələsi ayrı-ayrılıqda qeyri-mümkün olan bu ssenari həyatın başlanğıcını izah etmək əvəzinə, problemi daha da böyütmüş, xeyli cavabsız sualın ortaya çıxmasına səbəb olmuşdu:
1- RNT-ni meydana gətirən nükleotidlərin sadəcə birinin belə meydana gəlməsi qətiyyən təsadüflərlə açıqlana bilməzkən, görəsən xəyali nükleotidlər necə uyğun şəkildə düzülərək RNT-ni meydana gətirmişdilər? Təkamülçü bioloq Con Horqan RNT-nin təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu belə qəbul edir: Tədqiqatçılar RNT dünyası anlayışını ətraflı şəkildə araşdırdıqca daha çox problem ortaya çıxır. İlk RNT necə meydana gəlib? RNT və onun hissələrinin ən yaxşı laboratoriyalardasintez edilməsi belə son dərəcə çətin ikən, o, prebiyotik (həyatdan əvvəl) mühitdə necə reallaşmışdır? (John Horgan, "In the Beginning", Scientific American, Cild 264, Fevral 1991, s. 119)
Prof. Lesli Orgel: "Həyatın kimyəvi yollarla meydana gəlməsi qeyri-mümkündür."
2- Təsadüfən meydana gəldiyini fərz etsək belə, yalnız bir nükleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünütörətməyə qərar vermiş və bunu hansı mexanizmlə bacarmışdı? Özünü törədərkən istifadə edəcəyi nükleotidleri haradan tapmışdı? Təkamülçü mikrobioloqlar Gerald Coys və Lesli Orgel ümidsiz vəziyyətlərini belə dilə gətirirlər: Mübahisə içindən çıxılmaz bir nöqtəyə gəlmişdir: Qarmaqarışıq bir polinükleotid şorbasından çıxıb birdən-birə özünü törədən o xəyali RNT-nin əfsanəsi... Bu anlayış yalnız bugünkü prebiotik kimya anlayışımıza görə absurd olmaqla qalmır, eyni zamanda RNT-nin özünütörədən bir molekul olduğu haqqında optimist düşüncəni də yıxır. ( G. F. Joyce, L. E. Orgel, "Prospects for Understanding the Origin of the RNT World", In the RNT World, New York: Cold Spring Harbor Laboratory Press, 1993, s. 13.)
3- Əgər primitiv dünyada özünü törədən bir RNT-nin meydana gəldiyini, ətraf mühitdə RNT-nin istifadə edəcəyi hər cür amin turşusudan saysız miqdarlarda olduğunu və bu mümkünsüzlüklərin necəsə reallaşdığını düşünsək belə, bu vəziyyət yenə də sadəcə bir zülal molekulunun meydana gəlməsi üçün kafi deyil. Çünki RNT yalnız zülalın quruluşu ilə əlaqədar məlumatdır. Amin turşuları isə xam maddədir. Ortada zülal sintez edən "mexanizm" yoxdur. RNT-nin varlığını zülal istehsalı üçün kafi saymaq, kağız üzərində çəkilmiş bir avtomobilin rəsmini o avtomobili meydana gətirəcək minlərlə parçanın üzərinə atıb, sonra avtomobilin öz-özünə düzəlib ortaya çıxmasını gözləməklə eyni dərəcədə absurddur. Ortalıqda fabrik və işçilər yoxdur ki, istehsal reallaşsın. Zülal hüceyrənin içindəki kompleks əməliyyatlar nəticəsində bir çox fermentin köməyi ilə ribosom adlanan fabrikdə sintez edilir. Ribosom isə yenə zülallardan meydana gəlmiş kompleks hüceyrə orqanoididir. Bu vəziyyət ribosomun da eyni anda təsadüfən meydana gəlməsi kimi məntiqsiz fərziyyəni özü ilə gətirəcək. Təkamülün ən fanatik müdafiəçilərindən biri Nobel mükafatı alan Jak Mono belə zülal sintezinin yalnız nükleik turşulardakı məlumata sadələşdirilməsinin mümkün olmadığını bu şəkildə açıqlayır: Şifrə (DNT, ya da RNT-dəki məlumat) köçürülmədikcə mənasızdır. Müasir hüceyrədəki şifrə köçürmə mexanizmi ən az 50 makromolekulyar hissədən meydana gəlir ki, bunların özləri də DNT-də kodlanır. Şifrə bu vahidlər olmadan transkripsiya olunabilməz. Bu dövrün bağlanması nə vaxt və necə reallaşıb? Bunu xəyal etmək belə mümkün deyil. ( Jacques Monod, Chance and Necessity, New York: 1971, s. 143)
Primitiv dünyadakı RNT zənciri hansı iradə ilə bu cür qərar vermiş və hansı üsullardan istifadə edərək 50 xüsusi vəzifəli hissəciyin işini öz-özünə görərək zülal istehsal etmişdir? Təkamülçülər bu suallara heç bir cavab verə bilmirlər.
San Diyeqo Kaliforniya Universitetinin professorları Stenli Miller və Fransis Krikin iş yoldaşı məşhur təkamülçü Dr. Lesli Orgel "həyatın RNT dünyası ilə başlaması" ehtimalında "ssenari" ifadəsindən istifadə edir. Orgel RNT-nin hansı xüsusiyyətlərə sahib olduğunu və bunun mümkünsüzlüyünü “American Scientist” jurnalının 1994-cü ilin oktyabr ayında nəşr olunan sayında "The Origin of Life on the Earth" başlıqlı məqaləsində belə deyir: Bu ssenarinin meydana gəlməsi üçün primitiv dünyadakı RNT-nin bu gün mövcud olmayan iki xüsusiyyəti olmalı idi: Zülalların köməyi olmadan özünü törətmə xüsusiyyəti və zülal sintezinin hər mərhələsini reallaşdırma xüsusiyyəti. (Leslie E. Orgel, "The Origin of Lifə on the Earth", Scientific American, Oktyabr 1994, Cild 271, s. 78)
Açıq-aşkar göründüyü kimi, bu iki kompleks əməliyyatı RNT molekulundan gözləmək ancaq təkamülçü təxəyyül və dünyagörüşü iləmümkün ola bilər. Konkret elmi gerçəklər isə həyatın təsadüflərlə yarandığı iddiasının yeni versiyası olan "RNT dünyası" tezisinin qətiyyən mümkün olmadığını ortaya qoyur.
Canlılar aləmi molekul yığınlarından fərqli anlayışdır
Bura qədər bəhs etdiyimiz bütün mümkünsüzlükləri və məntiqsizlikləri bir anlıq unudaq və primitiv dünya şərtləri kimi ən əlverişsiz mühitdə zülal molekulunun təsadüfən meydana gəldiyini fərz edək.
Bir zülalın meydana gəlməsi də kifayət etməyəcək, zülal bu idarəsiz mühitdə başına heç nə gəlmədən özü kimi təsadüfən meydana gələcək başqa zülalları gözləməli olacaq.... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla uyğun və lazımlı zülal həmişə "təsadüfən" eyni yerdə yan-yana yaranana qədər. Əvvəldən yarananlar o mühitdə ultrabənövşəyi şüalar, şiddətli mexaniki təsirlərə baxmayaraq, heç bir pozuntuya uğramadan, səbirlə dərhal yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməli idilər. Sonra lazımi sayda və eyni yerdə yaranan bu zülallar mənalı formalarda bir yerə toplanaraq hüceyrənin orqanoidlərini meydana gətirməli idilər. Aralarına heç bir xarici maddə, zərərli molekul, yararsız zülal zənciri qarışmamalı idi.
Sonra bu orqanoidlər son dərəcə planlı, nizamlı, uyğun və əlaqəli şəkildə bir yerə toplanıb bütün lazımlı fermentləri də götürüb bir pərdə ilə örtülsələr, bu pərdənin içi də onlar üçün ideal mühiti təmin edən xüsusi maye ilə dolsa, bu "mümkünsüzlüklərdən sonra" hadisələr reallaşsa belə, bu molekul yığını canlana bilərdimi? Cavab "xeyr"dir! Çünki tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olan maddələrin bir yerə toplanması kifayət deyil. Həyat üçün lazım olan bütün zülalları yığıb təcrübə şüşəsinə qoysaq, yenə də canlı hüceyrə əldə edə bilmərik. Bu mövzuda aparılan bütün təcrübələr müvəffəqiyyətsiz olmuşdur. Bütün təcrübə və müşahidələr isə həyatın ancaq həyatdan gəldiyini göstərmişdir. Həyatın cansız maddələrdən gəldiyi iddiası, əvvəldə də ifadə etdiyimiz kimi, yalnız təkamülçülərin xəyallarında olan, bütün müşahidə və təcrübələrə zidd olan nağıldır.
Bu vəziyyətdə yer üzündəki ilk həyat da ancaq həyatdan gəlməlidir. Bu, "Hayy" (Həyat sahibi) Allahın yaratmasıdır. Həyat ancaq Onun diləməsi ilə başlayır, davam edir və sona çatır. Təkamül isə canlılar aləminin necə başladığını açıqlamaq bir kənara qalsın, canlılara lazım olan vəsaitin necə yarandığını və necə bir yerə gəldiyini belə açıqlaya bilmir.