- Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır.
- Enerjisi bitən ulduzların işıqları da yox olur.
- Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.
- Ulduzlar bir an içində qara dəliyə çevrilə bilər.
- Qara dəliklər “qara”dırlar. Gözlə görmək mümkün deyil.
- Cəzbetmə qüvvələri böyük olduğundan işığı həbs etdikləri üçün onları ən müasir teleskoplarla belə görmək mümkün deyil.
- Günəşin təxminən 3 misli olan qara dəliklərin diametri bir neçə kilometrdir.
- Ətraflarına təsir etmələri sayəsində varlıqları aydın olur.
- İşığı, səsi, zamanı, hətta özlərinə yaxın olan ulduzları da uda bilirlər.
- Udduqları obyektlərin artması ilə cəzbetmə qüvvələri də artır.
- Bu udma xüsusiyyətləri onların “qara bataqlıq” adlandırılmalarına səbəb olmuşdur.
- Böyük ulduzlar kosmosda bükülmələrə səbəb olarkən, qara dəliklər yalnız bükülməyə səbəb olmur, eyni zamanda kosmosu dəlib keçirlər.
- Kosmosu dəldikləri üçün də “qara dəlik” adlandırılırlar.
- Qara dəliyə yaxınlaşan heç bir maddə onun cəzbetmə sahəsindən qurtula bilməz.
- Qara dəliklərin isti və ya soyuq olduqları barədə heç bir məlumat yoxdur.
- Qara dəliyin içinə girən maddələrin itdikləri, başqa yerə düşdükləri və ya orada qaldıqları hələ də məlum deyil.
- Varlıqları yalnız yaydıqları radiasiyadan bəlli olur.