ERMƏNİSTANLA GİZLİ GÖRÜŞ
ucgen

ERMƏNİSTANLA GİZLİ GÖRÜŞ

1456
Nə demişdiNə oldu

Azərbaycan TV, 11 İyun 2008

 

Aparıcı:Bəssizin fikriniz  nədir Azərbaycanla əlaqədar? Azərbaycanın indi bilirsiniz ki, digər dövlətlərdə olduğu kimi, bəzi torpaqları işğal altındadır. Qarabağ torpağı vardır. Bir az əvvəl, reportajın əvvəlində siz Laçın koridorundan bəhs etdiniz. Adını belə xatırlamağınız bizim üçün həqiqətən çox təəccüblüdür. Çünki bir çoxları bunu bilmir. Nə düşünürsünüz bu mövzuda? Ermənistanın işğalı, torpaqlarımızı alması. Bundan başqa Qarabağla əlaqədar problemlər, həmçinin Xocalı soyqırımı oldu.

 

Adnan Oktar:Bu Laçın koridoru illərdir ki, məni xüsusilə çox narahat edən bir mövzudur. O, mütləq qısa zamanda açılmalıdır. İki dövlət tək millətdir. İki tərəf də türk, iki tərəf də müsəlmandır. Tamamilə süni bir ayırım var. Yəni Ankara ilə Konyanı ayırmış kimi bir şeydir. Bu nə qədər məntiqlidirsə, iki ölkənin ayrı olması da o qədər məntiqlidir indi. O Qarabağ problemiErmənistanla  ağıllı dialoqlarla mütləq qısa vaxtda həll edilməlidir. Çünki bu onların da lehinədir. Yəni Türkiyə və Azərbaycana qarşı düşmənlik etmək Ermənistan üçün ən son düşünülməsi lazım olan bir şeydir. Ən səhv hərəkətdir. Türkiyəni də, Azərbaycanı da özünə dost bilib, yaxın bilib onların dəstəyini axtarmalıdır. Ona görə bu Qarabağ problemi tez bir vaxtda həll olmalı, o yol açılmalıdır. Koridorun açılması da çox vacibdir. Türkiyə ilə əlaqəni təmin edən yoldur. Çox həyatidir. Bu mümkün olmayan şey deyil. Çox asandır. Yəni diplomatik bir tənzimləmə ilə çox asan edilər. Amma iradə göstərmək lazımdır.

 

Aparıcı:On ildən artıqdır ki, bunu edə bilmirlər. Diplomatik danışıqlar davam etdirilir.

 

Adnan Oktar:Böyük ictimai təzyiq lazımdır. Türkiyəni, Azərbaycanı və hətta Ermənistanı ayağa qaldırmaq lazımdır. Demək lazımdır ki, bu yol açılsın. Ermənistana biz dəstək olaq, iqtisadiyyatını canlandıraq. Gəlin bizdə işləyin. Biz də sizdə işləyək. Gəlin Azərbaycanda istədiyiniz kimi inkişaf edin, iş görün. Azərilər də sizin torpaqlarınızda işləsin. Amma bunu həll edək. Yəni bu haqsız işğalı aradan götürək, yolu da açaq. İki dövlət bir millət meydana gəlsin.

 

Aparıcı:Yəni belə Türk-İslam Birliyinə atılan ilk addım olmuş olur.

 

Adnan Oktar:Çox həyatidir. Birinci meyvə budur. 

 

 


Hürriyyət qəzeti, 18 iyul 2008

Ermənistanla gizli görüş

Son mərhələdə Ermənistandan gələn müsbət xəbərlərin səbəbi ortaya çıxdı.

PAYLAŞIN
logo
logo
logo
logo
logo