Peyğəmbərimiz (səv) o dövrdəki inkarçıların çoxluq və güc olaraq daha üstün kimi görünmələrinə baxmayaraq, onların rəftarlarına və təhdidlərinə əhəmiyyət verməmiş, Quranı böyük bir qətiyyətlə insanlara izah etmiş və doğru yoldan əsla dönməyəcəyini açıqca və qəti olaraq ifadə etmişdir. Dözümlülük və səbir möminlərə aid əhəmiyyətli bir xüsusiyyətdir və hər müsəlman Peyğəmbərimizin (səv) dözümlülüyünü və əzmini nümunə götürməlidir. Bu mövzu ilə əlaqədar bəzi ayələr belədir:
De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda, mən, (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”. De: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə, onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız (əzab) mənlik deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”. (Ənam surəsi, 56-57)
De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)
De: “Ey qövmüm! Əlinizdən gələni edin mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki…” (Zumər surəsi, 39)