Nə demişdiNə oldu
 

Asiya RFA radiosu, 14 iyun 2008

 

Asiya RFA:Sizin Türk-İslam Birliyi dediyiniz haraları əhatə edir?

 

Adnan Oktar:Adriatikdən Çinə qədər hər yer. Yəni Qafqaz bunun içinə daxildir. Türküstan belə buna daxildir. Şərqi Türküstan, Qazaxıstan, Azərbaycan, Cəzair, Fas, Tunis, Misir, Pakistan, İran hamısı içinə daxildir.

 

Asiya RFA:Burada xristian və buddist türkləri hara yerləşdirirsiniz?

 

Adnan Oktar:Onlar o birlik içərisində son dərəcə rahatlayacaqlar. Onların haqqı ən gözəl şəkildə müdafiə olunacaq. Hətta ateist olanlara da lazım olan hörmət göstəriləcək.

 

Asiya RFA:Bəli, Harun bəy, indi əlbəttə, Şərqi Türküstanı bilirsiniz. İndi əlbəttə, Ənvər Paşa tacikistanlı bu günki Türk-İslam coğrafiyası içində vəfat etmişdir. Amma Türkiyədə bir çox insan Ənvər Paşanı xəyalpərəst kimi adlandırırlar. Amma əgər Türküstan, Turan Birliyi o vaxt reallaşmış olsaydı, bəlkə belə deməzdilər. Amma bu gün Nursultan Nazarbayevin ortaya atdığı təbii ki,  keçmişdən bəri var. Türküstan Birliyi qurulması, belə ifadələr var. Buna siz necə baxırsınız?

 

Adnan Oktar:  Bir dənə birlik vardır. Türk-İslam Birliyidir. Ən mükəmməl, ən möhtəşəm, ən güclü, ən inandırıcı, təməli qoyulmuşdur. Hər kəsin qəbul edəcəyi və hər yeri, hamını əhatə edən, ədalətli olan birlik budur. Türk-İslam Birliyi erməniləri də müdafiə edəcək. İsrailli yəhudiləri də müdafiə edəcək. Buddistləri də müdafiə edəcək. Ateistləri də müdafiə edəcək. Hamısını qoruyacaq. Amma o biri düşüncə-elə türklər, belə türklər, bunlar fitnədir. Elə şey olmaz. Türkün növü olmaz. Türk türkdür. Dünyanın harasında olursa-olsun bunlar qardaşdır. Müsəlmanın da növü olmaz. İstər Azərbaycanda olduğu kimi şiələrdən meydana gəlsin, sünnilərdən meydana gəlsin. Vəhabi olsun, Şiə olsun. Hər nə olursa-olsun. Bunlar hamısı bizim qardaşımızdır. Bölücü izahların heç birini qəbul etməmək lazımdır. Hamısını birləşdirəcəyik, inşAllah.

 

Star qəzeti, 15 avqust 2008


 

MOSKVA-TBİLİSİ XƏTTİNDƏ TARİXİ ƏMƏKDAŞLIQ ÜÇÜN İLK ADDIM ATILDI

BTC, BTQ VƏ BTƏ ittifaqa ən yaxşı nümunədir.