HÖRMƏTLİ ADNAN OKTARIN TÖVBƏ SURƏSİNDƏN AYƏ İZAHI
Tövbə surəsi, 23-cü ayə
Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.
“Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa,” Hər hansı bir nöqtədə inkarı müdafiə edirlərsə; məsələn, Quranın hər hansı bir hökmünü qəbul etmirsə, İslama aid hər hansı bir hökmü qəbul etmirsə, “onları dost tutmayın.” Sən, məsələn, atan dinin bir çox hökmünə qarşı olur, dost tutursan. Məsələn, qardaşını bağrına basırsan; İslamın bir çox hökmünü etmir. “Sizlərdən onları dost tutanlar zalımlardır.” Nədir burada? Onun yoluna gedən. Yəni ayədə onun dediyini yerinə yetirən. Onun idarəsi altına girən mənasındadır. Yəni onun səhv hökmlərini tətbiq edən, doğru olmayan hökmlərini tətbiq edən mənasındadır. Yoxsa, onlarla mühasib olmayın, danışmayın, salam verməyin, adam yerinə qoymayın, düşmən olun mənasında deyil. Bax, əgər səmimi düşünsəniz eyni ifadə.
“Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın.” Allah eyni şeyi xristianlar və yəhudilər üçün də söyləyir. “dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.” Eyni ayə, orada da eyni ifadə var. O biri ayədə də eyni ifadə var. O zaman burada nəzərdə tutulan onlara düşmən olmaq, qarşı çıxmaq, onlarla mübarizə aparmaq deyil; onların vəliliyini, idarəçiliyi qəbul etməməkdir. Yəni bir mövzuda onun inancına tabe olmamaq, onun istiqamətləndirməsinə tabe olmamaq. Mövzu budur.