Rusiyada 7-12 Sentyabr 2011-ci il tarixləri arasında reallaşan 24-cü Moskva Kitab Sərgisində Harun Yəhya əsərləri, təkamül nəzəriyyəsini məhv edən fosil və afişa sərgiləri böyük maraq doğurdu.
Sərgidə Harun Yəhya stendini ziyarət edən Rusiyanın Liberal Demokrat Partiyasının sədri, Rusiya Parlament Dumasının sədr müavini və Harun Yəhya əsərlərini yaxından tanıyan Cənab Vladimir Jirinovskiyə Harun Yəhya kitablarından hədiyyə edildi. Harun Yəhya stendini ziyarət edənlər arasında İsrailin Rusiyadakı Səfirinin 1-ci katibi, İsrailin Rusiyada Mədəniyyət və İnformasiya məsələləri üzrə baş nümayəndəsi Xanım Mirit Vaks da var idi. Bundan başqa, stendi İsrail Dövlətini təmsil edən sərgidə də olan Gishrey Tarbut təşkilatının nəşriyyat direktoru Dr. Michael Greenberg də ziyarət etdi.
Sərgidə Rusiyanın ən tanınmış yazıçılarından, jurnalist-yazar Vladimir Solovyovə də Yaradılış Atlası hədiyyə edildi. Təşkil etdiyi siyasi proqramlarla Rusiyada ən çox seyr edilən proqram rejissoru olan Solovyev, ona verilən bir suala cavab olaraq təkamül nəzəriyyəsinin yalan olduğunu söylədi. Sərgi boyunca diqqət mərkəzində olan Harun Yəhya əsərləri, Rusiya Pravoslav Kilsəsinin öndə gələn, səlahiyyətli şəxslərinə də hədiyyə edildi.
Rusiyanın Liberal Demokrat Partiyasının sədri,
Rusiya Parlament Dumasının sədr müavini Cənab Vladimir Jirinovski
Rusiyanın tanınmış televiziya proqramçılarından, jurnalist-yazar Vladimir Solovyov
İsrailin Gishrey Tarbut təşkilatının nəşriyyat direktoru Dr. Michael Greenberg
İsrailin Rusiyada Mədəniyyət və İnformasiya məsələləri üzrə baş nümayəndəsi Xanım Mirit Vaks