Hörmətli Adnan Oktarın yeni şərhləri (12 fevral 2014; 10:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (12 fevral 2014; 10:00)

996

HÖRMƏTLİ ADNAN OKTARIN QAF SURƏSİ VƏ FƏTH SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Qaf surəsi, 30-cu ayə

“O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir”.

Bu əlbəttə ki, Allahın bir təhdididir. Deyirlər: “İnsan şəfqətli, mərhəmətlidir. Allah da şəfqətli, mərhəmətlidir. Amma Allah sonsuz şəfqət sahibidir. Qullarını cəhənnəmə soxmaz”. Allah Allah. Allah qövmləri yerlə bir edirmi? Edir. Suriyanı, İraqı, Əfqanıstanı yerlə bir edir. Dünyanı cəhənnəm əzabı kimi bir əzab bürümüş vəziyyətdədir. Demək ki, Allah dediyi edilmədikdə belə bir cavab verir. Anlamamazlıqdan gəlməyin mənası yoxdur. Allahı düz, ağıllı bir məntiqlə qiymətləndirmək lazımdır.

Qaf surəsi, 31-ci ayə

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır”.

 Yəni cənnət yaxınınızdadır mənasını verir, inşaAllah.

Fəth surəsi, 4-cü ayə

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir”.

... qəlbinə rahatlıq göndərən Odur”. Demək ki, insanın ürəyində bir güvən hissi olduqda rahatlayır. Bəzən də Allah güvən hissini alar. İnsan dəliyə dönər. Özünü heç cür idarə edə bilməz. Allah verməsin, güvən hissi olmadıqda insan xəstə olur. Həkimə gedirlər, nə edəcəyini bilmir. ... qəlbinə rahatlıq göndərən Odur”. Məsələn, Allah rahatlığı, hüzuru aldıqda adam: “İçimdə bir narahatlıq var” -deyir. Heç cür sakitləşə bilmir. Allah qəlbindən hüzur və rahatlığı alır. Allah: “Hüzur və rahatlığı Mən endirərəm” -deyir. Onun üçün hüzur və rahatlıq böyük bir nemətdir. Adam deyir: “Onsuz da rahatam, nə var bunda?” Halbuki hüzur və rahatlıq xüsusi endirilmiş bir nemətdir. Qəlbindən hüzur və güvən hissi bir qaldırsa pərişan olar. Onu səbəbsiz bir qorxu bürüyər. Bu çox təhlükəlidir, bir bəladır. Allah hüzur, güvən, rahatlığı nemət olaraq verir. Hər kəs bu neməti çox yaxşı bilməlidirlər.

Fəth surəsi, 7-ci ayə

Göylərin və yerin orduları Allahındır. Allah Qüdrətlidir, Müdrikdir”.

“Göylərin və yerin orduları Allahındır”. Məsələn, yerdə Çin, Rus ordusu, Türk ordusu Allahın ordusudur. Allah orduları istədiyi kimi istifadə edir. Məsələn, Suriya ordusu da Allahın əmrindədir. Hamısı Allahın əmrindədir. Allah istədiyi kimi istifadə edir. İstədiyi vaxt zalıma müsəllət edir və ya məzlumu qorumaq üçün istifadə edir. İnsanlar bunun hikmətini bilə bilməz. Allah bilər. Amma insanlar axirətdə anlayarlar. Allah istəsə izah edər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo