Allah'ın razılığını hər şeyin üstündə görən, gözəl əxlaqa sahib olan hz. Xədicə (ra) başda olmaqla mömin qadınlar bütün möminlər üçün gözəl nümunədir. Bu səbəbdən möminlər Peyğəmbərimizin (səv) və hz. Xədicənin (ra) əxlaqını nümunə götürürlər. Allah Qatında üstünlüyün təqva, ixlas, təvazökarlıq və imanda olduğunu bilirlər. Unudulmamalıdır ki, uca Rəbbimiz Quranda,
“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)
ayəsi ilə qadın və ya kişi, heç bir fərq qoyulmadan saleh əməllər edən hər insanın Allahın razılığı, rəhməti, neməti və cənnəti ilə qarşılıq görəcəyini vəd etmişdir. Şübhəsiz həyatları boyunca Allah’ın razılığını qazanmaq üçün səmimi səy göstərən bütün möminlərin duası da budur.
“Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah'ın dərgahındadır”.(Ali İmran surəsi, 195)