Nur surəsi, 31 (bu ayə mömin qadınların geyim azadlığını açıqlayır)
ucgen

Nur surəsi, 31 (bu ayə mömin qadınların geyim azadlığını açıqlayır)

968

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 may 2012, 23:00)

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nur surəsi, 31. "Mömin qadınlara da belə söylə: "Gözlərini (haramdan) döndərsinlər". Allah: “Harama baxmayın” deyir, "və ismətlərini qorusunlar", yəni qeyri-qanuni cinsi əlaqəyə girməyin deyir. Hökmlər çox açıqdır. "Zinətlərini göstərməsinlər", zinət nədir bilirsənmi? Bir xurafatçıdan soruşsan: "Muncuq" deyər. Muncuqmuş. Muncuq deyil buradakı ifadə, muncuq deyil. Anlamazlıqdan gəlməyin. Baxın: "Zinətlərini göstərməsinlər, lakin özlüyündə görünəni başqa". Təbii ki, görünən üzvləri, bədən orqanları xaricdir. "Örtüklərini", baş sözü keçmir, Allah adından yalan danışmamalıdırlar. "Örtüklərini, yaxalarının üstünə (örtəcək şəkildə) qoysunlar". Vursunlar, sinələrini örtsünlər. Yəni qadınların sinələri açıq olmamalıdır, örtün deyir. "Zinətlərini", muncuq deyil. Muncuq budur. Muncuğun görünməsində heç bir problem yoxdur. Kiloyla satılır. "Zinətlərini, öz ərlərindən", Allah: “Öz ərlərinə göstərsinlər” deyir. Göstərə bilərlər. Bütün zinətlərini, hamısını ərlərinə göstərə bilər, Allah: “Halaldır” deyir. Bir qadın zinətlərini, bütün zinətini ərinə göstərə bilər. Allah: “Atasına da göstərə bilər” deyir. Qayınatasına da. ""Atalarından oğullarından, ərlərinin oğullarından, öz qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz qadınlarından, xidmətçilərindən, qadına ehtiyacı olmayan", baxın, xidmətçidir, lakin bu, "qadına ehtiyacı olmayan (cinsi istəyi və ya cinsi gücü olmayan)", yəni cinsi gücü olmayan, cinsi əlaqədən təsirlənməyən, cinsi əlaqə nədir bilməyən, bu xüsusiyyətini itirmiş "xidmətçilərdən və ya hələ də qadınların məhrəm yerlərini tanımayan", yəni qadınların cinsi orqanlarını tanımayan, qadınların cinsi tərəflərindən təsirlənməyən, anlamayan "uşaqlardan başqasına göstərməsinlər". "Gizlətdikləri zinətləri bilinsin deyə ayaqlarını yerə vurmasınlar". "Birlikdə Allaha tövbə edin ey möminlər, ümid olunur ki, nicat tapasınız". Buradakı hökm çox açıqdır. Məndən soruşdular: "Bir gənc qız atasının yanında yaxud anası oğlunun yanında, ərinin yanında hansı paltarla gəzə bilər?" Nur surəsi bildirir. "Yox, orada muncuq bildirilir" deyir. Yalan danışır. Cahilliyindən deyənləri tənzih edirəm. Anlamazlıqdan gəlirlər, onlara sərf etmir. Çünki buradakı izahat, onların namus anlayışlarına tərsdir. Haşa, bu axmaqlar, Allaha namus öyrətməyə cəhd edirlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr