Allah Quranda möminlərə birlikdə olmalarını, bir-birlərini qardaşları kimi sevmələrini və qorumalarını, bir-birlərinə qarşı mərhəmətli və bağışlayıcı olmalarını, ayrılmaqdan və parçalanmaqdan çəkinmələrini əmr etmişdir. Qurana görə möminlərin birlikdə olmaları fərzdir. Ayələrdə belə buyurulur:
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. (Ənfal surəsi, 46)Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. (Şura surəsi, 39)Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Səff surəsi, 4)
Burada müsəlmanların birlikdə olmasına aid yalnız bir neçə ayəyə yer verilmişdir. Bu ayələrdən və Qurandan aydın olduğu kimi:
• Müsəlmanların birlikdə olmaları,
• Qardaş kimi sevgi və şəfqətlə bir-birlərinə bağlanmaları,
• Çəkişib mübahisə etməmələri,
• Bir-birlərinin vəliləri və dostları olmaları,
• Bir-birlərini hər şəraitdə qorumaları,
• Bir-birləri ilə məsləhətləşmələri,
• Bir-birinə birləşmiş möhkəm bir divar kimi səf-səf düzülüb inkara qarşı elmi mübarizə aparmaları fərzdir.
Bunun əksinə davranmaq, yəni:
• Birləşmək yox, ayrılmaq,
• Müsəlman qardaşlarına sevgi və şəfqətlə yaxınlaşmamaq,
• Müsəlman qardaşlarını əfv etməmək və qorumamaq,
• İnkara qarşı aparılan elmi mübarizədə müsəlmanlarla möhkəm bir divar kimi səf-səf düzülməmək haramdır.
Dünya müsəlmanlarının güclü və aktiv İslam Birliyi qura bilməmələri hal-hazırda baş verən müxtəlif problemlərin əsasında duran böyük çatışmamazlıqdır. Güclü birlik təmin edildiyində bu günkü problemlərin bənzəri ilə ya heç qarşılaşmayacaq ya da qarşılaşdığımız bütün problemlər təxmin ediləndən daha qısa müddət ərzində həll olunacaq.
İslam dünyasında müxtəlif sivilizasiyalar, ənənələr və anlayışların olması təbiidir. Əhəmiyyətli olan bu müxtəlif inanc birliyi altında həmrəyliyin təmin edilməsidir. Dünyagörüş və düşüncə müxtəlifliyi hər cəmiyyətin qarşılaşdığı adi haldır. İslam əxlaqının tələbi isə bu müxtəlifliklərə baxmayaraq, müsəlmanların bir-birlərinin qardaşları olduqlarını unutmamalarıdır. İrqi, dili, vətəni, məzhəbi nə olursa-olsun, bütün müsəlmanlar qardaşdırlar. Bu səbəbdən, İslam dünyasının daxilindəki müxtəlifliklər zənginlik kimi qiymətləndirilməli, bunlar müsəlmanların bir-biri ilə çəkişməsinə səbəb olan, onları əsas mövzulardan uzaqlaşdırıb təcili və əhəmiyyətli problemlərin həlli üçün tədbir görülməsinə mane olan qarşıdurma və ayrılıq səbəblərinə çevrilməməlidir.
Müsəlmanların bir-birləri ilə olan əlaqələrində əsas meyar qarşılarındakı insanın irqi, etnik mənşəyi, dili, sahib olduğu imkanları, mövqeyi deyil, imanı və gözəl əxlaqıdır.
Səmimi iman gətirən şəxslər arasında sevgi insanın Allahdan qorxub-çəkinməsinə, Rəbbimizə bəslədiyi dərin sevgiyə, gördüyü saleh əməllərə, göstərdiyi gözəl əxlaqa əsaslanır. Əgər bir insan həyatını Allaha həsr etdiyini bütün davranışları ilə isbat edirsə, hər anında Allahın razılığını və rəhmətini güdərək gözəl davranırsa, möminlər həmin insana sevgi bəsləyər və hörmət edərlər. Bu insanın dərisinin rəngini, milliyyətini, maddi imkanlarını meyar olaraq qiymətləndirməz, bunlar sevgilərinə müsbət, ya da mənfi təsir etməz. Eyni meyarlar müsəlman cəmiyyətlər arasındakı əlaqələrə də tətbiq edilməlidir. İki müsəlman cəmiyyəti arasındakı əlaqə Quranda bildirildiyi kimi olmalıdır.
Müsəlmanlar birlikdə hərəkət etmələrinin qarşısını alan vəziyyətlərlə qarşılaşanda bu suallar üzərində düşünməlidirlər:
-Bu mövzu İslam ittifaqını zədələyəcək qədər əhəmiyyətlidirmi?
-Üzərində uzlaşması mümkün olmayan bir mövzudurmu?
-İnkarçı ideologiyalara qarşı fikri mübarizə aparmaq əvəzinə, başqa bir müsəlman toplumla çəkişməlidirmi?(Dırnaqlar çıxarılsın)
Bu suallara vicdanına müraciət edərək cavab verən hər kəs sonu olmayan çəkişmələrdən uzaqlaşmağın və müsəlmanlar arasındakı Quran əxlaqına əsaslanan bu ittifaqı qorumağın üstün olduğunu görəcək.
İslam dünyası ayrılıqları bir kənara qoyub, bütün müsəlmanların qardaş olduğunu xatırlamalı və bu mənəvi qardaşlığın nəsib etdiyi gözəl əxlaqla bütün dünyaya nümunə olmalıdır. İman gətirənlərin bir-biri ilə qardaşlığı Allahın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükr etməli və Allahın “paçalanmayın” əmrini unutmamalıdırlar.