Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Biz bu Quranı sənə vəhy etməklə, ən gözəl hekayələri sənə, həqiqi bir xəbər kimi çatdırırıq". Hər hansı hekayə deyil, bax, Allah: "Ən gözəl hekayələri" deyir, "həqiqi bir xəbər kimi çatdırırıq". Məsələn, bir çox yerdə nəsə çatdırırlar, lakin çoxu xurafatdır, doğru deyil. Lakin Allah nə deyir? "Həqiqi bir xəbər olaraq". Məsələn, biz qəzetlərdə bir xəbər oxuyuruq, həqiqi olub-olmadığından şübhə edə bilirik. Lakin Allah Quran barədə nə deyir? "Həqiqi bir xəbər" deyir. Mükəmməl doğrudur, mütləq doğrudur o xəbər. Verilən xəbərdə ən kiçik bir səhv yoxdur, tam doğrudur.
"Sənə çatdırırıq, halbuki, əvvəllər, bundan xəbərin yoxdu" (Yusif surəsi, 3). Yəni: “Bu, qeyb məlumatıdır. Bilmirdin sən” deyir. Bilinən bir mövzu da deyil, yəni “xüsusi bir məlumatdır” deyir Allah.