Banqladeşdə Camaati İslam Partiyasının lideri Abdülkadir Mollanın vəkili Tajülislam Mollanın yalnız İslami partiyanın lideri olduğu üçün öldürüldüyünü bildirdi. Eyni zamanda, o, son sözlərində "Həyatı və ölümü verən Allahdır. Qədəri yazan Allahdır, mən Allahdan gələn hər şeyə razıyam" dedi.

Adnan Oktar: "Yaxın Şərqdəki insanların dünyagörüşü ilə Avropadakı insanların dünyagörüşü çox fərqlidir. Amerikada da çox fərqlidir. Məsələn, Amerikada edam olur. İnsanlarhəm sevgiyə, həm də vəhşiliyəaçıqdırlar. Yəni edamdan heç narahat olmurlar, çox məqbul görürlər. Dərhal "Asaq bu adamı" deyə bilirlər. Məsələn, Bangladeşdə gənc qızlar belə yüksək səslə qışqırırlar: "Asaq"! Heyrət ediləcək bir şeydir bu. Bu qədər azğın vəmühakimə etmədən öldürmək istəyi. Bir gənc qızın bir insanın ölümünü istəməsi inanılmazdır. Tanımırsan, bilmirsən. Necə istəyə bilərsən bunu? Necə bu qədər vəhşi yetişdirdilər özlərini.

Ölüm tələbi çox çətin bir şeydir, çox qorxuncdur, Allah verməsin. Cənab Allah: “Bir insanı öldürən bütün dünyanı, bütün kainatı öldürmüş kimidir” deyir. İnsan bir həşəratı belə öldürməkdən çəkinir. Həşəratı belə tapdalamamaq üçün diqqətli olur, qarışqaya belə qıymaq istəmir. İnsanı öldürmək nə deməkdir? Gənc oğlanlar, gənc qızlar “Asın” deyə qışqırırlar.

Bu, dünyadakı sevgisizlikdən olur, amma sevgisizliyin bu nöqtəyə gətirilməsi heyrətamizdir. Halbuki, hz. Musa səhvən, bilmədən bir adamı öldürür. Allah: “Səni böyük bir əməldən qurtardıq” deyir. “Böyük bir əzab çəkdin” deyir Allah. Yəni müdhiş bir sıxıntı keçirdiyindən hz.Musa bütün illəri əzabla keçirir. O adamı bilmədən öldürdüyü üçün həmişə əzab çəkir. Bu insanlar isə bilərək adam öldürmək istəyirlər. Çox təəccüblüdür. Vəhşət duyğusunun dünyada bu qədər yayılması heyrət doğurucudur. Çox qəddar və çox mərhəmətsiz bir ictimaiyyət meydana gəlmişdir, problem budur.

Anadolu Agentliyinin Baş direktoru Kamal Öztürk yalnız Türkiyənin edama qarşı olduğunu və səy göstərdiyini söylədi. “Banqladeşdəki edam üçün çox sayda Qərb ölkələrinin nümayəndələri ilə əlaqə saxladıq, heç biri reaksiya vermək istəmədi” deyə bir tweet yazdı”.

Adnan Oktar: Türkiyədə də heç kimin xəbəri yox idi. Allah razı olsun,üç saat əvvəl bir agentlik xəbər verdi. Yeri-göyü bir-birinə qatdıq. Ondan sonra adamlar təxirə salmaq məcburiyyətində qaldılar. İttihadi-İslamın əhəmiyyətini buradan anlayın. İlk reaksiyada qorxuya qapıldılar, çünki dünya səviyyəsində güclü idi. Dünya bunu danışır, bir nömrəli mövzuya çevrilmişdi. Təbii ki, bunlarda şeytani bir hiyləgərlik var. Gözlədilər, ictimaiyyət bir az yatıştı. Sakitləşəndə ​​asdılar.

Halbuki, ictimaiyyət yatışmasa,o həyəcan davam etsə, o şövq davam etsə, asa bilməzlər. Yəni bütün dünya, bütün ictimaiyyət qarşı olsa, "edə bilmərik" deyəcəklər. Amma baxdılar ki, ictimaiyyətin müqaviməti düşür, asdılar. Belə mövzularda şövq və həyəcan yüksəlməlidir vəzaman içində yatışmamalıdır.

İttihadi-İslamın əhəmiyyəti burdadır. Orada İttihadi-İslamın kiçik bir tətbiqi oldu, azğınlar dərhal sakitləşdi. Amma İttihadi-İslamın gücü qırılınca, ictimaiyyətə baxdılar. "Bu mövzu yatışdı, asmaq olar" dedilər. Şövqün, həyəcanın heç qırılmaması vacibdir.

Onun üçün İttihadi-İslamın qartşısını almağa çalışanlar, İttihadi-İslamı əhəmiyyətsiz görənlər, "Mehdi gəlibgetmişdir" deyənlər bu sistemə fərqinəvarmadan böyük xidmət edirlər. Əldən düşmüş, gücsüz bir müsəlman kütləsi meydana gətirdilər, bir milyard yarım müsəlmanın həyəcanını, əzmini, şövqünü qırdılar. İslam aləmindəürkək, içinə qapalı, utancaq, eqoist, "Mənə toxunmayan ilan min il yaşasın" düşüncəsi ilə hərəkət edən bir müsəlman qrupu meydana gəldi. Əksəriyyəti belədir. Yaxşı olanlar çoxdur, amma əksəriyyət bu tərzdədir. Elə bundan istifadə edərək də İslam dünyasını parça-parça edirlər.

Və şeytani bir iddia ortaya atdılar. Dedilər ki: "Ümmətin ixtilafı rəhmətdir". Yəni müsəlmanların bir-biri ilə çəkişməsi, bölünməsi, fikir ayrılıqları mərhəmətdir. "Fəlakət" dedi Peyğəmbərimiz (s.ə.v), "fəlakətdir" deyir, onlar "mərhəmətdir"ə çevirdilər və müsəlman aləmini bu şeytani təlqinlə məhv etdilər. Bir çox insan bunun şeytani bir uydurma, şeytani bir yalan olduğunu bilmirlər. Fərqinə varmadan bunu tətbiq edirlər. İslam aləmini içdən parça-parça edirlər, əzməyə davam edirlər. Hal-hazırda İslam aləmi parçalanmış vəziyyətdədir. Birinin halal dediyinə digəri haram deyir, birinin haram dediyinə digəri halal deyir. Qarmaqarışıqdır.

Bax, o mübarək insanın asılacağındanheç kimin xəbəri belə yox idi, adamı elə asıb götürəcəkdilər. Biz gündəm etməsək, səssiz sədasız asacaqdılar. Bütün dünya eşitdi. Amma baxdılar ki, dünyadakı reaksiya güclü deyil. Dedilər ki, he, indi ən uyğun vəziyyətə gəldi, gəlin asaq. Halbuki, hər yerdə belə icazəli nümayişlər edilsə, internetdə, Facebook, Twitter'də bu mövzu işlənsə, mətbuatda, qəzetlərdə bu haqda danışılsa onlar iflic olardılar, belə bir şeyə cəsarət edə bilməzdilər.

Diqqət yetirdim ki, ortaya atdıqları yalanlar da çox çirkindir. Mən tanımıram onları, Banqladeşdən bizəyüzlərlə yazı göndərdilər. Hamısı da "Kiçik uşaqlara müsəllət oldu bu adam. Kiçik gənc qızları kirlətdi, onlarla cinsi əlaqəyə girdi" kimi çirkin böhtanlar yazdılar. Baxın, müsəlmanlara qarşı hər zaman istifadə edilən üsuldur bu, görürsünüzmü? Bədiüzzaman kimi səksən yaşında yaşlı mübarək dindar bir insana belə "Axşam evə qadınlar, nimçə-nimçə paxlavalar və spirtli içki gəlir, Bədiüzzaman səhərə qədər içib bu qadınlarla əylənir" deyib böhtan atırlar və adamlar da buna inanırlar.

O adam da asılacaq, tələm-tələsik iki şey söyləyirlər: Birincisi, adam öldürdüdeyirlər. Kim öldürdü? Pakistan ordusu öldürdü,amma o, təşviq etdi. İkincisi, azyaşlı gənc qızlara da təcavüz etdi deyirlər. Millətin həssas damarıdır cinsilik, qadın, namus, qoruma duyğusu... Onda adamlar deyəcək ki, madam belədir, kiçik uşaqlara təcavüz etdiyinə görə, asın getsin. Elə bir şey olsa belə asılmaz insan, həbs cəzası çəkər, bu cür təbliğ edilməz, bu, böyük bir zülmdür.

Amma müsəlman bir insanı nə hala gətirdilər və səssiz-səmirsiz asdılar. İndi nə oldu, o, cənnətə getdi inşaAllah, amma geridəqalanlar, içiniz kinli, Bangladeşdə o kinlə yaşayacaqsınız. Guya ki, onu şəhid edincə əleyhinə nəsə etdiniz? Ona siz yaxşılıq etdiniz. O cənnətə getdi, inşaAllah. (Adnan Oktar, 13 dekabr 2013, A9 TV)