1- MÜNAFİQLƏR MÖMİNLƏRİN YANINDAN AYRILIB BAŞQA BİR YOL SEÇİRLƏR. BUNUN QARŞILIĞI CƏHƏNNƏMDİR.
(Nisa surəsi, 115) Hər kəs özünə doğru yol aşkar olandan sonra PEYĞƏMBƏRDƏN ÜZ DÖNDƏRİB MÖMİNLƏRDƏN QEYRİSİNİN YOLUNA UYARSA, ONUN İSTƏDİYİ (ÖZÜNÜN YÖNƏLDİYİ) YOLA YÖNƏLDƏR VƏ CƏHƏNNƏMƏ VARİD EDƏRİK. Ora necə də pis yerdir.
2- MÜSƏLMANLARA ZƏRƏR VERMƏK ÜÇÜN FƏRQLİ SİSTEM, YENİ MƏSCİD QURURLAR VƏ ÖZ AĞILLARINA GÖRƏ YAXŞILIQ İDDİASI İLƏ ORTAYA ÇIXIRLAR
(Tövbə surəsi, 107) Zərər vurmaq, küfr etmək, MÖMİNLƏRIN ARASINA TƏFRİQƏ SALMAQ MƏQSƏDİLƏ ƏVVƏLCƏDƏN ALLAHA VƏ ONUN ELÇİSİNƏ QARŞI MÜHARİBƏ EDƏN KİMSƏNİ GÖZLƏMƏK ÜÇÜN MƏSCİD TİKƏNLƏR, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”(– deyə) and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.
3- MÜNAFİQLƏR MÜSƏLMANLARIN DAĞILIB AYRILMALARINI İSTƏYİRLƏR. MÜSƏLMANLARIN YANINDA OLARKƏN İNFAQ ETMƏLƏRİ ONLARA ƏZAB VERİR.
(Münafiqun surəsi, 7) ONLAR: “ALLAHIN PEYĞƏMBƏRİ YANINDA OLANLARA BİR ŞEY VERMƏYİN Kİ, DAĞILIB GETSİNLƏR!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
4- MÜNAFİQLƏR MÜSƏLMANLARIN ƏLEYHİNDƏ DANIŞIR, YAZILAR YAZIR, İNSANLARI QIZIŞDIRMAĞA ÇALIŞIRLAR, LAKİN ƏSLA MÜVƏFFƏQİYYƏT ƏLDƏ EDƏ BİLMƏZLƏR
(Əhzab surəsi, 60) Əgər münafiqlər, qəlblərində mərəz olanlar və MƏDİNƏDƏ QƏSDƏN YALAN ŞAYİƏLƏR YAYANLAR (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.
5- ELÇİYƏ İTAƏTİN MÖMİNLƏRƏ İTKİ GƏTİRDİYİNİ İDDİA EDİRLƏR, AMMA ALLAH ONLARIN YALANLARINI PUÇA ÇIXARIR
(Əraf surəsi, 90) Tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: “ƏGƏR (DİNİNİZİ ATIB) ŞÜEYBIN ARDINCA GETSƏNİZ, ŞÜBHƏSİZ Kİ, (ÇOX BÖYÜK) ZİYANA UĞRAMIŞ OLARSINIZ!
6- MÜSƏLMANLARA PİSLİK TOXUNMASINA SEVİNİRLƏR, ÖZ AĞILLARINA GÖRƏ MÜSƏLMANLARIN ƏLEYHİNƏ DANIŞIRLAR
(Ali İmran surəsi, 118) Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. ONLAR SİZƏ QARŞI FƏSAD TÖRƏTMƏKDƏN ƏL ÇƏKMƏZLƏR, SİZİN SIXINTIYA DÜŞMƏYİNİZİ İSTƏYƏRLƏR. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
7- MÜSƏLMANLAR HAQQINDA MƏLUMAT TOPLAYIB TƏRƏFDARLARINA XƏBƏR DAŞIYIRLAR. MÜSƏLMANLARIN MƏLUMAT TOPLANACAQ HEÇ BIR GİZLİ TƏRƏFİ OLMADIĞI ÜÇÜN BÖHTANLAR ATIRLAR.
(Tövbə surəsi, 47) Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsa idilər, yalnız İÇİNİZDƏ POZUNTUNU (FƏSADI) ARTIRAR VƏ SİZİ FİTNƏYƏ UĞRATMAQ ÜÇÜN ARANIZA SOXULARDILAR. İçinizdə onlara QULAQ ASANLAR da vardır. Allah zalımları tanıyandır.
(Maidə surəsi, 41) Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də SƏNİN YANINA GƏLMƏYƏN BAŞQA BİR CAMAATA HƏVƏSLƏ QULAQ ASANLAR VARDIR. Onlar (haqqı dərk etdikdən) sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!”
8- PEYĞƏMBƏRLƏRİ ELÇİLİYƏ LAYİQ GÖRMƏZLƏR (HAŞA). BEYİNSİZ MÜNAFİQLƏRƏ GÖRƏ YALNIZ ÖZLƏRİ LİDER OLMAĞA LAYİQDİR. HƏR MÜNAFİQ ÖZÜ LİDER OLMAQ İSTƏYİR.
(Bəqərə surəsi, 247) Peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “BİZ HÖKMDARLIĞA DAHA LAYİQ İKƏN VƏ ONA VAR-DÖVLƏT VERİLMƏDİYİ HALDA, O, NECƏ BİZƏ PADŞAH OLA BİLƏR?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir
(Zuxruf surəsi, 31) Onlar dedilər: “MƏGƏR BU QURAN İKİ ŞƏHƏRDƏN OLAN BÖYÜK BİR ADAMA NAZİL EDİLMƏLİ DEYİLDİMİ?"
(Hud surəsi, 91) Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. BİZ SƏNİ ARAMIZDA ZƏİF (GÜCSÜZ) GÖRÜRÜK. Əgər qəbilən olmasa idi, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.
9- MÜSƏLMANLARI “BİZƏ TƏRƏF GƏL” DEYƏ ÇAĞIRIB ELÇİNİN YANINDAN GETMƏLƏRİNİ İSTƏYİRLƏR
(Əhzab surəsi, 18) Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, QARDAŞLARINA: “BİZƏ TƏRƏF GƏLİN! – DEYƏNLƏRİ DƏ TANIYIR. Döyüşə onların ancaq azı gələr.
10- DAİM ALLAH ADINA AND İÇƏRƏK DANIŞIRLAR, AMMA YALANÇIDIRLAR, ƏXLAQSIZDIRLAR, SÖZ APARIB GƏTİRİRLƏR. ALLAH MÜNAFİQLƏRİN ALÇAQ OLDUĞUNU DEYİR.
(Qaləm surəsi, 10-13) İTAƏT ETMƏ HƏR AND İÇƏNƏ, ALÇAĞA, QEYBƏT EDƏNƏ, SÖZ GƏZDİRƏNƏ XEYRƏ MANE OLANA, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya.
11- MÜSƏLMANLARA ÇOX KİN BƏSLƏYİRLƏR. KİNLƏRİ YAZILARINDAN BƏLLİ OLUR. İLLƏRLƏ KİNLƏRİNİ İÇLƏRİNDƏ SAXLAYIRLAR.
(Ali İmran surəsi, 118) Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar SİZƏ QARŞI FƏSAD TÖRƏTMƏKDƏN ƏL ÇƏKMƏZLƏR, SİZİN SIXINTIYA DÜŞMƏYİNİZİ İSTƏYƏRLƏR. DÜŞMƏNÇİLİKLƏRİ ONLARIN AĞIZLARINDAN (ÇIXAN SÖZLƏRDƏN) BƏLLİDIR. KÖKSLƏRINDƏ GİZLƏTDİKLƏRI (DÜŞMƏNÇİLİK) İSƏ DAHA BÖYÜKDÜR. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
(Ali İmran surəsi, 119) Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə SİZƏ QARŞI QƏZƏBLƏRİNDƏN BARMAQLARINI GƏMİRİRLƏR. DE: “ACIĞINIZDAN ÖLÜN!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.
12- MÜSƏLMANLARA, XÜSUSİLƏ DƏ ELÇİYƏ HƏSƏD APARIRLAR. ELÇİNİN ƏTRAFINDA ONU SEVƏN İNSANLAR OLMASINA, YEDİYİNƏ, İÇDİYİNƏ, GEYİNDİYİNƏ, HƏYATININ HƏR ANINA HƏSƏD APARIRLAR.
(Tövbə surəsi, 50) SƏNƏ BİR YAXŞILIQ (ZƏFƏR, QƏNİMƏT) NƏSİB OLSA, ONLARIN HALI PİS OLAR. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” - deyər və sevincək halda dönüb gedərlər.
13- MÜSƏLMANLARIN PEYĞƏMBƏRƏ TABE OLDUQLARI ÜÇÜN ZƏRƏR GÖRDÜKLƏRİNİ (ÖLDÜKLƏRİNİ) İDDİA EDƏCƏK QƏDƏR AXMAQDIRLAR.
(Ali İmran surəsi, 168) OTURAN VƏ QARDAŞLARI HAQQINDA: “ƏGƏR ONLAR SÖZÜMÜZƏ QULAQ ASSA İDİLƏR, ÖLDÜRÜLMƏZDİLƏR”, - DEYƏNLƏRƏ (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!
14- MÜSƏLMANLARI TƏRK EDİB KÜFRÜ ÖZLƏRİNƏ DOST BİLİR VƏ GÜCLÜ HESAB EDİRLƏR.
(Nisa surəsi, 139) O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!
15- İSLAM ÜÇÜN ŞÖVQLÜ OLMADIQLARI HALDA, KÜFR MÖVZULARINDA MÜNAFİQLƏR ÇOX ŞÖVQLÜ OLURLAR
(Maidə surəsi, 62) Onların bir çoxunu GÜNAH İŞLƏMƏYƏ, DÜŞMƏNÇİLİK ETMƏYƏ VƏ HARAM YEMƏYƏ TƏLƏSƏN GÖRƏRSƏN. Onların gördüyü işlər necə də pisdir!
16- ELÇİNİN VƏ MÜSƏLMANLARIN DA ÖZLƏRİ KİMİ AZĞIN OLMASINI İSTƏYİRLƏR. ELÇİNİN TƏBLİĞ ETDİYİ DİNİ YOX, ÖZ MƏNTİQLƏRİNƏ UYĞUN DİN İSTƏYİRLƏR.
(Nisa surəsi, 113) (Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, ONLARIN BİR DƏSTƏSİ SƏNİ DÜZ YOLDAN AZDIRMAQ NİYYƏTİNDƏ OLACAQDI.
(Nisa surəsi, 89) Onlar ÖZLƏRİ KAFİR OLDUQLARI KİMİ, SİZİN DƏ KAFİR OLUB ÖZLƏRİ İLƏ BƏRABƏR OLMAĞINIZI İSTƏYiRLƏR. … Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun.