Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, kübar, tərbiyəli, bağışlayıcı, təvəkküllü, səbirli, comərd, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı hesab etməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.
Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın necə olduğunu çox yaxşı bilirlər. Buna baxmayaraq, şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün kimi göstərir. Hətta, gözəl əxlaq yalnız peyğəmbərlərə və səhabələrə xas bir üstünlük olaraq qəbul edilir. Cahiliyyə cəmiyyətinin sahib olduğu bəzi gözəl əxlaq xüsusiyyətləri isə pambıq ipliyinə bağlı kimidir, ən kiçik bir zərbədə qopar. Məsələn, ən ədəbli və etiqadlı bilinən bir insan belə, mənfəətinin zədələnildiyini düşündüyü bir mövzuda hiddətlənə bilər, idarəsiz, kobud və təcavüzkar rəftarlar göstərə bilər. Ən kiçik şeyə belə, səbr etməyi bilməz. Cəmiyyətimizdə insanların əksəriyyəti bu yanlış əxlaq anlayışını daşıyırlar. Əksəriyyət bir-birinə bənzər rəftarlar göstərdiyi üçün cahiliyyə əxlaqının nəticələri olan eqoizm, öz mənfəətlərini qorumaq uğrunda başqalarını əzmək, saxtakarlıq, yalançılıq, ikiüzlülük, mərhəmətsizlik, lağ etmək, həyasızlıq, kobudluq, qısqanclıq və s. çox təbii xüsusiyyətlər kimi görünür. Hətta, bir adam özünü tərifləyərkən "Mən çox tərs, qısqanc və xəsisəm" kimi son dərəcə pis xüsusiyyətləri, sanki şəxsiyyətinin əhəmiyyətli və gözəl hissələriymiş kimi sadalaya bilər. Bu səbəbdən, insanların çox böyük bir qismi, ümumiyyətlə bir-birlərini və özlərini bu mənfi xüsusiyyətləriylə qəbul edirlər.
Hətta, xalq arasında ümumiyyətlə "Bir insan yeddisində nədirsə, yetmişində də odur" ifadəsi istifadə edilir. Bu səhv anlayışa görə, sahib olunan pis xüsusiyyətlərin, xasiyyətlərin, vərdişlərin dəyişməməsi, həyatı boyunca eyni qalması məqbul qarşılanır. Halbuki, daha əvvəl də ifadə etdiyimiz kimi, Allah insanı din fitrətinə uyğun olaraq yaratmışdır. Bu səbəbdən, insanın təbiətində gözəl əxlaqı görməkdən və tətbiq etməkdən zövq alması vardır. Digər yollar isə çətin və insana iztirab verici olanlardır. Tariximizin əhəmiyyətli İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi, "Şüalar" adlı əsərində, imanlı bir həyatın asanlığına və küfrün insan həyatına gətirdiyi çətinliyə belə diqqət çəkir:
"İman və tövhid (Allahın birliyini qəbul etmə) yolu, çox qısa və doğru, müstəqim (düzgün) və asandır. Küfr və inkar yolları çox uzun, müşkül və təhlükəlidir. Demək ki, bu istiqamətli və hikmətli, hər şeydə ən qısa və asan yolda göndərilən bu kainatda, əlbəttə şirk və küfrün həqiqətləri ola bilməz, iman və tövhidin həqiqətləri bu kainata günəş kimi lazımlı və vacibdir. İnsanın əxlaqında ən rahat, ən faydalı, ən qısa, ən etibarlı yol isə, sıratı müstəqim (doğru yol) istiqamətindədir." (Şüalar, s. 490)
Bədiüzzaman bir başqa sözündə də, bu mövzunu bu ifadələrlə açıqlamışdır:
"Küfr yolunda getmək, buzlar üzərində getməkdən daha zəhmətli və daha təhlükəlidir. İman yolu isə suda, havada, piyada getmək və üzmək kimi çox asan və zəhmətsizdir." (Məsnəvisi Nuriyyə s. 71)
İmansız bir həyatda insan bəlkə bəzi zövqlər yaşaya bilər. Amma, bunlar çox qısadır və mütləq ardından iztirab və əziyyəti də gəlir. İnsan nə qədər zənginlik, bolluq, gözəllik, zövq içində yaşasa da, əgər imanı yoxdursa, bunların hamısının bir gün əlindən çıxacağı qorxusu ilə yaşayar. Bütün sahib olduqları ya dünyada qarşılaşdığı bir hadisə ilə əlindən çıxacaq, ya da bir gün ölümlə birlikdə qaçınılmaz olaraq bunlardan uzaqlaşacaq. Yəni, axirətə iman və Allaha təvəkkül olmayan bir yerdə həqiqi dinclik və zövqün yaşanması qətiliklə mümkün olmaz. Səid Nursi, iman və gözəl əxlaq olmadığı halda, insanın necə bir nəticə ilə qarşılaşacağını belə ifadə edir:
"Həyatda əgər iman olmazsa və yaxud üsyan ilə o iman təsir etməzsə, həyat, zahiri və qısacıq bir zövq və ləzzətlə birlikdə, o zövq və ləzzətdən min dəfələrlə çoxlu əzablar, hüznlər, kədərlər verər." (Sözlər s. 151)
Gözəl əxlaq isə, insan üçün ən asan və gözəl olandır. İman yolunu seçən insanlar üçün dünya həyatlarından axirətə kimi bitməyən bir zövq, sevinc və rahatlıq vardır. Hər hansı bir əskiklikləri olsa da, bunun keçici olduğunu, dünyada əskik olan hər şeyin axirətdə sonsuza qədər özlərinə vəd edilmiş olduğu həqiqətinin heç bitməyən şövqünü yaşayarlar. Sonsuz nemətə qovuşa bilmək üçün etmələri lazım olan şey isə çox asandır. Qurana və vicdanlarının əmr etdiklərinə uymaları, Allahın izni ilə onları sonsuz gözəlliklərin və bitməyən nemətlərin məkanı olan cənnətə çatdıracaq.
Şosedə gedən avtomobilləri düşünün… Hər birinin içində fərqli mədəniyyətlərdən gələn, fərqli işlərdə çalışan, xarakterləri ayrı, aldıqları təhsilləri, tipləri, qısası, hər şeyləri bir-birindən fərqli olan insanlar vardır.
Bu avtomobillərdən iki dənəsinin yol üzərində bir qəza ilə qarşılaşdıqlarını fərz edək. Qəza edən avtomobilin içində yaralı olduğu aydın görünən bir adam huşsuz bir halda olsun... Bu vəziyyətdə avtomobillərdən biri yalnız yoluna baxıb davam edərkən, digəri, avtomobilini dərhal dayandırıb yaralı olan adama kömək edərək onu ən yaxın xəstəxanaya çatdırmağa və əlindən gəldiyi qədər kömək etməyə çalışar…
Bu iki adam arasındakı ən əhəmiyyətli fərq, birinin vicdanının səsinə qulaq asması, digərinin isə vicdanını dinləməməsidir. Aralarındakı mədəniyyət, təhsil, iş, irq, soy və s. fərqinin isə əslində heç bir əhəmiyyəti yoxdur. Hər insan, istisna olmayaraq həyatı boyunca, doğruları söyləyən bu səsə yəni, vicdana sahibdir. Səhv bir hərəkət edərkən, günah işləyərkən və düşdüyü hər xətada vicdanı ona mütləq doğru olanı söyləyər. İnsanın vicdanının səsini aydınlaşdırması isə son dərəcə asandır. Çünki, bir hadisə qarşısında insana doğru olanı söyləyən vicdan, daim içində ilk eşitdiyi səsdir. İnsan bu ilk səsə uyduğu halda isə rahatlıq və dinclik içində bir həyat yaşayar. Əks halda isə, yəni bu səsə qulaq asmayıb nəfsinə uyğun bəhanələr axtarmağa, özünə bəraət qazandırmağa çalışarsa, bu vəziyyətdə də içindən çıxa bilməyəcəyi çətinliklərlə, şiddətli bir vicdan əzabı ilə birlikdə yaşamaq məcburiyyətində qalar.
Bu səbəblə, vicdanın varlığı Allahın insanlara verdiyi çox böyük bir asanlıq və nemətdir. Bu nemətin qiymətini bilən və vicdanını dinləyən insan, hər vəziyyətdə doğrunu səhvdən ayıran, Allahın razı olacağı, dünyada və axirətdə qurtuluşunu təmin edən bir anlayışa da sahib olar. Allah insanın qurtuluşunun yalnız vicdanını dinləməklə mümkün olduğunu belə bildirir:
Ayədə bildirilən "Nəfsini günahdan təmizləyən mütləq nicat tapacaqdır" ifadəsi, vicdanına uyan adamın dinclik tapdığını açıq bir şəkildə ortaya qoyur.
Vicdanının əmrlərinə uymayan insanların vəziyyəti isə, ayələrin davamında belə xəbər verilir.
Allahın bəyəndiyi əxlaqı yaşamayan bir insanın vicdanı daima yaxşını, doğrunu və gözəl olanı əmr etməyə davam edər, bunun nəticəsində isə insanın daxilində bir qarşıdurma olar. Bilərəkdən vicdansızlıq etmənin əzabı gecə-gündüz insanın yaxasını buraxmaz. Bu isə, insan üçün dünyada və axirətdə böyük bir fəlakət gətirər.
Hər insanın həyatında "şanssızlıq", "mənfilik", "tərslik" kimi görünən bir çox hadisə meydana gəlir. Bunlar bir insanın bütün həyatına təsir edəcək qədər şiddətli görünən və ya gündəlik həyat içində qarşılaşılan kiçik hadisələr ola bilər. Quran əxlaqını yaşamayan insanlar, ən kiçiyindən ən böyüyünə qədər nəfslərinin xoşlanmadığı bu cür hadisələrlə qarşılaşdıqlarında çətinlik, narahatlıq, bədbəxtlik, gərginlik və qorxu hiss edərlər. Halbuki, bu onların çox əhəmiyyətli bir həqiqətdən xəbərsiz yaşadıqlarının nəticəsində öz özlərinə yaşatdıqları bir zülmdür. Allahın bir ayəsində bildirdiyi kimi "Allah insanlara zülm etməz, insanlar öz özlərinə zülm edərlər". Allaha iman etməyən və ya iman etdiyi halda Allahın bildirdiyi həqiqətləri görməməzlikdən gələrək yaşamağı seçən insanların dünyada aldıqları qarşılıq, həmişə narahatlıq, kədər və şübhə içində yaşamaq, bir çox qorxuya və zəifliyə sahib olmaqdır.
Həqiqəti bilənlər üçün isə dünya həyatında qorxu, narahatlıq və ya bədbəxtliyə səbəb ola biləcək heç bir şey yoxdur. Çünki iman edənlər hər hadisənin Allahın qədərdə yaratdığını, hər şeyin Allah Qatındakı Lövhü Məhfuz adlı kitabda olduğunu və özlərinin də, digər bütün insanlar kimi qədərin (qismətinin) tamaşaçısı olduqlarını bilərlər. Allahın yaratdığı hadisələrin özləri üçün hər vaxt gözəlliklə nəticələnəcəyini, Allahın saleh qullarının qədərini ən hikmətli və özləri üçün ən xeyirli şəkildə yaratdığını əsla unutmazlar.
İnsanların böyük bir hissəsi tale həqiqətini bilərlər, amma tale ilə əlaqədar səhv anlayışlara sahibdirlər. Məsələn, yalnız insanın saç rəngi, boyunun uzunluğu, hansı ana və ataya sahib olacağı kimi müəyyən mövzuların insanın taleyində olduğunu, digər mövzularda isə, əgər çox böyük səylə çalışar və əzm göstərərlərsə talelərini dəyişdirə biləcəklərini zənn edərlər. Halbuki, həqiqət budur: Bir insanın hər anı, bütün həyatı, həyatı boyunca qarşılaşdığı və qarşılaşacağı hər hadisə, hər söhbət, hər baxış, hər səs taleyindədir. Məsələn, indi bu kitabın bu sətirlərini oxuyan adamın qədərində (taleyində) bu günün bu saatında bu sətirləri oxumaq onsuz da vardır. Allah bu anı, siz daha yaradılmadan milyonlarla il əvvəl də bilir. Bəlkə, bu kitabı oxuyana qədər insan bir çox hadisə yaşamışdır. Məsələn, kitabı oxumağa başlayacaqkən qapı döyülmüş və bir yoldaşı gəlmişdir. Beləcə kitabı oxuması üç saat sonraya təxirə salınmışdır. Əlinə kitabı götürüb də həmin anda qapının çalması, qapını açdığında yoldaşının gülən üzü, "salam" deməsi, kitabı oxuma vaxtının üç saat təxirə salınması hərfi-hərfinə, siz bunları yaşamadan əvvəl Allahın yaddaşında, sizin, yoldaşınızın və bu kitabın qədərində təyin olunmuşdur. Allah bir ayəsində bu mövzunu belə bildirir:
Allah zamandan və məkandan münəzzəhdir. Zamana və məkana tabe olan isə insandır. Bu səbəblə, bizim üçün keçmiş, bu an və gələcək olan Allahın Qatında bir andır. Məsələn, bir sonrakı ad günümüz bizim üçün gələcək olan bir andır. Həqiqətdə isə o an Allah Qatında olub bitmişdir, Allah o anı bilir. Yəni bizim bir sonrakı ad günümüzdə nə geyinəcəyimizi, kimlərlə birlikdə olacağımızı, o gün nə edəcəyimizi Allah bu anda bilir. Eyni şəkildə, iki il, üç il, on il, qırx il sonra nə edəcəyimizi də Allah bu anda ən incə təfsilatına qədər əhatə etmişdir. Allah tək bir insanın həyatının bütün günlərini, hətta bütün dəqiqələrini, saniyələrini tək bir an olaraq bildiyi kimi, kainat var olduğundan bəri yaşamış olan milyardlarla insanın və bundan sonra yaşayacaq olan bütün insanların həyatlarının hər saniyəsinə də tək bir an olaraq hakimdir. Allah sonsuz uzun zamanı sonsuz qısa zaman içində, yəni tək bir anda yaratmışdır.
İnsanın Allahın bu sonsuz elminin şüurunda olması və qədərinin (taleyinin) bir tamaşaçısı olduğunu bilməsi isə onun üçün böyük bir nemət və asanlıqdır. Haqqıyla iman edən, səmimiyyətlə Allaha təslim olan bir mömin, özü üçün hazırlanmış olan qədərini (taleyini) ibrət götürərək, həyəcanla, şükrlə və hər an təvəkkül edərək kürsüsünə oturub bir filmi izləyən insanın rahatlığı kimi güvən və sevinc içində izləyər.
Allahı dost və vəkil qəbul edən və Allahın yaratdığı hər hadisədən, hər görünüş və hər danışmadan razı olan bir insan, qədərindən (taleyindən) də razıdır. Allah insanları sınamaq üçün qədərlərində (taleyində) fərqli hadisələr və görünüşlər yarada bilər. Bunlar bəzən ürküdücü, bəzən çətinlik və sıxıntı kimi görünə bilər. Ancaq bu hadisələrin hər biri Allah Qatında ən incə təfsilatlarına qədər planlı və gizlidir. Məsələn, Hz. Yusif heç bir günahı olmadığı halda illərlə zindanda qalmışdır. Bu onun qədərindədir. Lakin Hz. Yusif Allahın yaratdığı qədərə məmnuniyyət və sevinclə təslim olduğu üçün həbs ona bir çətinlik və sıxıntı kimi deyil, əksinə bir çox nemətin və gözəlliyin qapısını açan bir hadisə olaraq görünmüşdür. Bir sözlə, belə bir çətinlik anını asanlıqların və rahatlığın olduğu bir mühitlə müqayisə edən mömin nemətlərin zövqünə daha şiddətlə çatar. Hər gün bir gül bağçası görən bir insanın bu bağçadan alacağı zövq ilə illərcə beton divardan başqa bir şey görməyən bir insanın gül bağçasından alacağı zövq əlbəttə ki, çox fərqlidir. Çətinliyi, çirkinliyi bilən bir insan rahatlıqdan və gözəllikdən daha çox zövq alacaq və ya, qədərində Hz. Yusuf kimi haqsızlığa, çətinliyə, zindan kimi bir mühitə səbr edən bir insan bunun axirətdə özünə Allahdan bir məmnuniyyət və əcr olaraq dönəcəyini düşünərək qədərinə sevinər. Nəticədə, qədərində olanı yaşadığını və özü daxil olmaq üzrə heç bir yaradılmış varlığın onun qədərinin (taleyinin) önünə keçə bilməyəcəyini, qədərindəki tək bir saniyəni belə dəyişdirə bilməyəcəyini bilər və qədərinə təslimiyyətin rahatlığını yaşayar.
Qədərə təslim olan bir mömin, əlbəttə ki, hər mövqedə bacardığının ən çoxunu edərək səy göstərər. Məsələn, xəstələnən bir insan, əlbəttə ki, həkimə gedəcək, dərmanlarını alacaq və xəstəliyi ilə əlaqədar hər şeyə diqqət yetirəcək. Ancaq bunları edərkən getdiyi həkimin, aldığı dərmanların və müalicəsinin nəticəsinin də Allahın yaratdığı qədərdə (taleyində) olduğunu bilərəkdən davranar. Bu səbəblə, heç bir zaman bədbəxtliyə, təlaşa, çətinliyə və ya pessimizmə qapılmaz. Allahın onun üçün dilədiyinin ən xeyirlisi olduğunu bilmənin hüzur və güvəncini yaşayar. İnsanın hər hadisədə bir xeyir olduğuna iman etməsi son dərəcə əhəmiyyətli bir mövzudur.
Möminlər şər kimi görünən hadisələrdə belə onun özləri üçün böyük bir xeyir olduğuna iman edər və Allaha təvəkkül edərlər. Bu, yalnız möminlərə xas bir xüsusiyyətdir. Peyğəmbər Əfəndimiz bir hədisində bu mövzunu belə ifadə etmişdir:
"Mömin adamın vəziyyəti çox çaşdırıcıdır. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət yalnız möminə xasdır, başqasına deyil. Ona məmnun olacağı bir şey gəlsə şükr edər, bu isə xeyirdir, bir zərər gəlsə səbr edər, bu da xeyirdir." (Muslim, Zuhd 64, 2999)
Allah bütün kainatın tək hakimi, sonsuz güc sahibidir. Bu həqiqəti bilən və haqqıyla görə bilən bir insan üçün onsuz da Allaha təslim olaraq təvəkkül etməkdən başqa bir yol yoxdur. Çünki bir insanın qarşılaşdığı hər hadisə, hər insan, hər söhbət, hər səs, Allahın nəzarəti altındadır. Peyğəmbər Əfəndimizin də açıqladığı kimi, Allahdan gələn hər şey mömin üçün gözəllik və xeyirdir. Möminlərin bu həqiqətin şüurunda olaraq yaşadıqları təvəkkül anlayışını Allah bir ayəsində belə bildirir:
Allaha təvəkkül etməyərək hər şeyi öz güclərinin və nəzarətlərinin altında olduğunu zənn edənlərsə, daim qorxu, hüzn, narahatlıq və pessimizm içində olarlar. Bu, bir filmi izləyən insanın sanki filmin sonunu dəyişdirə biləcəkmiş kimi həyəcana və çaxnaşmaya düşməsinə bənzəyir. Belə bir qorxu nə qədər yersiz və gərəksizdirsə, qədərini izləyən bir insanın da qarşılaşdıqları qarşısında bənzər hisslərə qapılması gərəksiz və yersizdir. Məsələn, günahsız bir insana böhtan atanlar Allahın idarəsindəki varlıqlardır və Allah insanı sınamaq üçün bu hadisələri yaradır. Bunlara səbr etdiyi təqdirdə, Allahın razılığını, cənnətini və rəhmətini qazanmağı ümid edən mömin üçün kədərlənib sıxılacağı heç bir səbəb olmaz. Bundan başqa, Allah möminlərə həmişə köməyini göndərər və onlara işlərində asanlıq yaradar. Bu, Allahın qəti bir vədidir. Allah bir ayəsində haqsızlığa uğrayanlar üçün belə buyurub:
Bu halda Allahın gücünü, köməyini və dostluğunu bilən möminlər üçün təvəkkül və təslimiyyət tək yoldur, yolların ən gözəli və ən asanıdır. Əks halda, insan qaldıra bilməyəcəyi ağır bir yükün altına girər. Bədiüzzaman Səid Nursi bir sözündə insanın təvəkkül etmədiyi təqdirdə öz özünü necə bir çətinlik içinə salacağını belə ifadə edir:
"İnsan zəifdir, bəlaları çoxdur, kasıbdır, ehtiyacı daha çoxdur, həyat yükü çox ağırdır. Əgər Qədiri-Zülcəlala üz tutub təvəkkül etməzsə və etimad edib təslim olmazsa, vicdanı daim əzab içində qalar. Səmərəsiz məşəqqətlər, əzablar, təəssüflər onu boğar. Ya sərxoş, ya da canavar edər." (Sözlər, s. 29)
Ayrıca, bunu açıqlamaq lazımdır ki, burada izah edilənlər insanların özlərini və ya bir-birlərini təsəlli etmələri, çətinliklər qarşısında düşünərək özlərini təlqin etmələri üçün verilən məlumatlar deyil. Bunlar Allahın yaradışının və dünya həyatının həqiqi üzüdür. Məhz əksinə inanan və ya əksinə davranan insan özünü aldatmış və yanıltmış olar. Bu səbəbdən, cahiliyyə insanı ən varlı və ən rahat günlərində belə təvəkkülsüzlüyün çətinlik və gərginliyini yaşayarkən, həqiqətlərə iman edən bir mömin hər nə şərtdə olursa olsun, dinin insanlara gətirdiyi asanlığı, sevinci və rahatlığı yaşayar.
Allah Quranda möminlər üçün belə bildirir:
Diqqət yetirsəz görərsiniz ki, insanların böyük bir hissəsi həyatları boyunca həmişə bəzilərinin məmnuniyyətini, razılığını və sevgisini qazanmağa çalışarlar. Dostlarının, müdirlərinin, iş yoldaşlarının, sayt sakinlərinin, tamaşaçılarının, uşaqlarının… Belə bir anlayışda olan insanın həyat şəklindən geyiminə, danışma üslubundan dinlədiyi musiqiyə qədər hər şeyində bəyənməsi hədəflənən biri vardır. Bu, bir çox istiqamətdən çox çətin, darıxdırıcı, yorucu və bezdirici bir həyatdır. Hər şeydən əvvəl, başqa insanların məmnuniyyətini axtaran bir insan, vicdanını çox zaman təzyiq altına saxlamaq vəziyyətində qalacaq. Məsələn, yeni tanış olduğu bir yoldaş qrupundan kənarlaşmamaq, özünü qəbul etdirə bilmək üçün, bu insanlarda gördüyü səhv rəftarları söyləməyə, onları xəbərdar etməyə çəkinər. Tək qalmaq və ətrafındakıları itirmə qorxusu ilə həyatı boyunca vicdanının əmr etdiklərindən qaçar. Bu, əvvəlcə onda vicdani sıxıntı meydana gətirərkən, bir müddət sonra vicdanı tamamilə zəifləyər və artıq doğru ilə yanlışı, yaxşı ilə pisi, gözəl ilə çirkini ayırd edə bilməyəcək vəziyyətə gələr.
Eyni zamanda, bir çox insanı məmnun etmək üçün çalışan bir adamın digər bir çətinliyi isə, birini məmnun edərkən digərini hirsləndirmə ehtimalıdır. Bir insan yoldaşlarını məmnun edərkən ailəsini, ailəsini məmnun edərkən yoldaşlarını hirsləndirib itirə bilər. Ya da ki, müdirinin gözünə girmək üçün əlindən gələni edən bir insan iş yoldaşlarının nifrətini qazana bilər. Bütün bunların nəticəsində isə belə bir insanın həyatında hər vəziyyətdə narahatlıq, sıxıntı və məmnuniyyətsizlik olacağı açıqdır.
Halbuki, səmimi bir Müsəlman yalnız Allahın məmnuniyyətini qazanmağa çalışar. Onun üçün ətrafındakı insanların nə deyəcəyi deyil, Allahın əmr etdikləri əhəmiyyətlidir. Allahın razılığını axtarmaq və ona görə hərəkət etmək isə hər zaman düzgün olan yoldur. Allah bir ayəsində, yalnız Allahın razılığını axtaranla, bir-biriylə yola getməyən bir çox şərikli başçısı (ağası) olan bir adamın vəziyyəti arasındakı fərqi belə bildirir:
Ayədə ifadə edildiyi kimi insanın yaşayışına uyğun olan yalnız Allahın məmnuniyyəti üzərində qurulmuş bir həyatdır. Səid Nursi də Allahın razılığını qazanmaq üçün cəhd göstərmənin həmişə çox asan bir həyat gətirəcəyini belə açıqlamışdır:
"Əməlinizdə İlahi razılıq olmalıdır. Əgər O razı olsa, bütün dünya küssə əhəmiyyəti yoxdur. Əgər O qəbul etsə, bütün xalq rədd etsə təsiri yoxdur. O razı olduqdan və qəbul etdikdən sonra istəsə və hikməti tələb etsə, sizlər istəmək tələbində olmadığınız halda, xalqlara qəbul etdirər. Onları da razı edər." (Lemələr, s. 154)
Bədiüzzamanın bu təfəkkürü son dərəcə əhəmiyyətlidir, həqiqi ixlas və səmimiyyətin də açarıdır. İnsan ancaq Rəbbimizin razılığını axtararaq həqiqi səmimi dindar ola bilər. Əgər etdiyi işlərdə insanların və ya başqa varlıqların razılığını gözləyirsə, o zaman, şübhəsiz, bu işin içində riyakarlıq olar. Riyakar bir quruluş isə insanı həm dünyada, həm də axirətdə zərərə salar. Başlıca olaraq, insanların razılığını axtaranlar gözlədikləri qarşılığı heç bir zaman görə bilməzlər. Bir insanın gözünə girmək və ona sanki "yaramaq" üçün çalışırlar, amma qarşılarındakı insan onların bu səylərini təqdir edə bilməz. Onsuz etsə belə özü də aciz və yazıq bir insandır. Hər şeyin tək hakimi və sahibi olan Allah Onun (Allahın) razılığını qazanmaq üçün çalışanları isə sonsuz cənnəti ilə müjdələyər ki, cənnət insanın nəfsinin arzu etdiyi hər şeyin hazır olduğu bir məkandır. Allah yalnız Onun razılığına, lütfünə uyanların qurtuluşa çatacağını belə bildirmişdir:
Yalnız Allahın razılığına uymaq hər insana dünyada və axirətdə ən asan, ən gözəl və ən sevinc dolu həyatı gətirəcək.
Cahiliyyə cəmiyyətlərində insanlar, ümumiyyətlə, öz istək və mənfəətlərini ön planda tutar, hər zaman "Əvvəl mənim rahatlığım, zövqüm, hüzurum gəlir" düşüncəsiylə hərəkət edərlər. Fədakarlıq isə bu insanların nəfsinə çox çətin gəlir. Eqoist rəftarlar fəallıq kimi görülərkən, fədakarlıq, ümumiyyətlə, saflıq kimi şərh olunar. Halbuki, Allaha iman edən və Allahın məmnuniyyətini qazanmaqdan ötrü fədakarlıq edən biri üçün fədakarlıq həm böyük bir qazancdır, həm də son dərəcə asan bir ibadətdir.
Möminlərin fədakarlıq anlayışlarını Allah belə xəbər verir:
Etdiyi fədakarlığın qarşılığında ayələrdə bildirildiyi kimi Allahın razılığını və "parıltılı bir işıq və sevinc" duyacağı axirət nemətlərini qazanacağını bilən bir mömin üçün fəda etdiklərinin heç bir əhəmiyyəti qalmaz. Keçici, qısa və əskikliklərlə dolu bir həyatda insanın ən sevdiyi mal varlığının belə Allahın məmnuniyyətinin və bunun qarşılığında verəcəyi cənnət həyatının yanında heç bir dəyəri və gözəlliyi yoxdur. Buna iman edən möminlər etdikləri fədakarlıq nə qədər böyük olursa olsun, nə bir təqdir gözləyərlər, nə də digər insanları minnət altında qoyarlar.
Bütün bunlarla yanaşı, Allah Öz razılığı üçün fədakarlıq edənlərə dünyada da bolluq və bərəkət vəd edər, Allah yolunda verdiyindən də çoxunu o adama bağışlayar. Allah bu vədini ayələrində belə bildirir:
Allaha və axirətə inanmayanlar üçün hər cür fədakarlıq böyük bir itki, özlərindən və mənfəətlərindən əhəmiyyətli bir əskilmədir. İnancsız olduqları üçün əslində özlərinə böyük qazanc ola biləcək gözəllikləri çirkin və itki olaraq görərlər. Eqoistliyin, malını və pulunu əlində möhkəm-möhkəm tutmağa çalışmanın daim çətinliyini və gərginliyini yaşayarlar. Evlərində oturarkən belə davamlı bir narahatlıq içindədirlər. Əşyalarının köhnəlməsi, yeməklərinin tükənməsi, dostlarının ziyarəti bu insanlar üçün həmişə bir əziyyət və zəhmət mövzusudur. Pis əxlaqları ilə öz özlərinə zülm edər, gözəl əxlaqın gətirəcəyi hüzur və bərəkətdən məhrum qalarlar.
"Qullarından tövbəni qəbul edən, pislikləri bağışlayan və işlədiklərinizi bilən Odur." (Şura Surəsi, 25) ayəsində də bildirildiyi kimi, Allah bağışlayandır. Möminlər də Allahın bəyəndiyi əxlaqa uyğun olan kəslər olaraq birindən pislik gördüklərində bağışlamağı, pisliyi yaxşılıqla uzaqlaşdırmağı seçərlər. Şübhəsiz, bir pislik qarşısında səbr edərək dayanmaq, pislik edən kimsəni bağışlayaraq intiqam ehtirasına qapılmamaq, qəzəbini boğmaq təqva sahibi insanlara xas bir xüsusiyyətdir. Bu rəftarın qarşılığı Allahın məmnuniyyəti və sevgisidir. Allah bir ayəsində belə bildirir:
Pisliklərə qarşı yaxşılıqla cavab verərək bağışlayan adam, eyni zamanda, özü və ətrafı üçün də barış və hüzur dolu bir mühit hazırlamış olar. Bu, əlbəttə ki, davamlı olaraq qarşılıqlı intiqamların alındığı, kin, nifrət, düşmənçilik duyğularının hakim olduğu çətin bir mühitlə müqayisə edilməyəcək qədər asan, dinc və rahat bir mühitdir. İnsan ilk anda qapıldığı hirs və kin duyğularından xilas olmaq üçün bəlkə qısa bir müddət nəfsinin qarşısını almaq, səbir və cəhd göstərmək vəziyyətində qalacaq, amma qarşılığında dostluq, sevgi, hörmət və barış dolu bir ruha və mühitə sahib olacaq. Allah ayələrində möminlərə belə bildirir:
Allah gözəl əxlaqın qarşılığında insanlara gözəl və asan bir həyat təqdim edər. Bağışlayıcı olmayan bir insanın ətrafında həmişə düşmənləri, ona kin və nifrət edən insanlar olarkən, bağışlayıcı insanın dünyada qazandığı qarşılıq dinc, barış dolu bir həyat və səmimi dostlardır.
Qürur və təkəbbür (lovğalanma) bir insana ən çox zülm və çətinlik yaşadan pis əxlaq xüsusiyyətlərindəndir. Təvazökarlıq isə tam əksinə, insana hüzur və rahatlıq gətirər. Qürurlu bir insan hər şeydən əvvəl bütün xüsusiyyətlərini özünə aid zənn edər. Məsələn, zəkasının Allahın ona verdiyi bir nemət olduğunu düşünüb şükr etmək əvəzinə, zəkasıyla öyünər. Bu xüsusiyyətini gözündə böyüdərək ətrafındakıları özündən kiçik görər və alçaldar. Bu xarakterinin bir nəticəsi olaraq ətrafındakı insanlar tərəfindən sevilməz. Bəlkə, qürurlu rəftarlarından ötəri bəzi kəslər yanında əzilib, hörmət göstərə bilərlər. Ancaq qürurlu insana göstərilən hörmət səmimi və həqiqətən o adama hörmət duyulduğu üçün göstərilən bir hörmət deyil, əksinə onun qürurunun, əzəmətinin şərindən xilas ola bilmək üçün tətbiq olunan bir davranış şəklidir. Bu səbəbdən, qürurlu insanların həqiqi, səmimi bir sevgi ilə özlərinə bağlı dostları olmaz. Ətraflarında həmişə özlərinə saxta bir maraq və hörmət göstərən insanlar olar.
Qürurlu insanın öz-özünə etdiyi ən böyük zülmlərdən biri də, ətrafına qarşı həmişə qüsursuz və əskiksiz görünməyə çalışmasıdır. Məsələn, yuxarıda verdiyimiz nümunədə olduğu kimi zəkası ilə qürurlanan bir insan daim ən ağıllı olma iddiasındadır. Əsla səhv etməyi qəbul edə bilməz. Bir səhv etdiyində bunun insanlar tərəfindən fərq edilməməsi üçün əlindən gələni edər, hətta yalan danışaraq çox utanc vəziyyətlərə düşər. Halbuki, insan son dərəcə aciz, əskikliklərə sahib və bu dünya həyatında hər an imtahan olunan bir varlıqdır. Bu səbəbdən, həyatı boyunca bir çox əskikliyi və səhvi olması son dərəcə təbiidir. Bunları digər insanların gözündən gizlətməyə çalışmaq isə son dərəcə mənasız və gərəksizdir. Allahın hər şeyi görən və bilən olması, insanın aciz və əskikliklərlə dolu bir varlıq olduğunu qavraması və insanların gözündə kim olduğunun deyil, əsl Allah Qatındakı yerinin əhəmiyyətli olduğunu bilməsi insanın üzərindəki bu zülmü qaldıraraq yaşadığı həyatı asan və dinc hala gətirər.
İnsanların nəfslərində böyük çətinliyi yaşadan hisslərdən biri isə özünü bəzi xüsusiyyətlərindən ötəri digərlərinə görə daha qiymətli görməsidir. Bu, əslində şeytanın da bir xüsusiyyətidir. Allah Hz. Adəmi yaratdığında şeytana və bütün mələklərə Hz. Adəmin qarşısında səcdə etmələrini əmr etmişdir. Mələklər Allahın gözəl əxlaqla yaratdığı varlıqlar olaraq dərhal səcdə etmişlər. Şeytan isə səcdə etməkdə müqavimət göstərmiş və bəhanə olaraq bunları söyləmişdir:
Ayədə də bildirildiyi kimi, şeytan özünü digər yaradılmışlardan üstün gördüyü üçün Allahın əmrindən çıxa biləcək qədər azğınlaşmışdır.
Quranda özlərini üstün zənn etdikləri üçün azanlardan da bəhs olunmaqdadır. Məsələn, Yəhudi və Xristianlar, "Biz Allahın uşaqlarıyıq və sevdikləriyik..." (Maidə Surəsi, 18) deyərək azmışlar. Ancaq onlar da daxil olmaqla bütün insanlar Allahın yaratdığı aciz varlıqlardır. Hər insan Allaha möhtacdır və Allahın özü üçün yaratdığı qədəri (taleyi) izləyər. Heç bir insan öz-özünə bəzi xüsusiyyətlər qazanıb sonra bunlarla üstünlük qazana bilməz. İnsanların üstünlüyü ancaq Allaha yaxınlıqda, təqvada göstərdikləri səy ilə ölçülə bilər.
Allahın özünü imtiyazlı və üstün zənn edənlərə Quranda verdiyi cavab belədir:
Qüsursuzluq və səhvsizlik iddiası insan üçün çox ağır bir yükdür. İnsanlar arasında da imtiyazlı olmağa çalışarlar, buna görə, hər anlarını yoxlama altında tutarlar, hər an iddialı bir rəftar içində olmağa səy göstərərlər. Məsələn, bir yığıncağa qatıldıqlarında ən təsirli danışanın, ən gözəl geyinənin, ən ağıllı həllər tapanın, ən çox diqqəti üzərində yığanın özləri olmasını istəyərlər. Hər hansı bir birlik içindəykən belə oturmaq üçün seçdikləri yerə qədər bir imtiyaz, fərqlilik, üstünlük havası meydana gətirməyə çalışar, əsla kütləyə və ya o otaqdakı insanlara qaynayıb-qarışmağı qəbul etməzlər. Bunun üçün də hər an "tikan üzərində" kimidirlər. Heç bir hərəkətləri təbii və səmimi olmaz. Etdikləri hər şey iddialarına çata bilmək üçün hesablı və planlı olar. Bunun bir insan üçün nə qədər böyük bir əzab olacağı və o adama nə qədər böyük bir yük yükləyəcəyi isə ortadadır.
Ayrıca, bilinməlidir ki, belə insanlar qürurlanaraq hədəflədikləri heç bir şeyə çata bilməzlər. Qürurlandıqca həm ətraflarından nifrət və əsəbilik qazanarlar, həm də əllərində olanlar alındığında çox böyük bir depresyon yaşayaraq həyata küsərlər. Allah bir ayəsində qürurlanan insanların bir nəticəyə çata bilmədiklərini belə bildirir:
Qürurlu insanlar dünya həyatında heç bir əməllərinə çata bilmədikləri kimi, ən əhəmiyyətli olan Allahın sevgisini də itirərlər. Allah bir ayəsində bunu belə bildirir:
Təvazökar insanlar isə qürurlu insanların yaşadıqları çətinlik və təzyiqləri heç bir zaman yaşamazlar. Əlbəttə ki, hər insan hər şeyin ən gözəlinə sahib olmağı, hər şeyin ən yaxşısını etməyi istəyər. Ancaq bunları dünyəvi ehtiraslarını təmin etmək, insanların gözlərində böyümək və bundan ötrü hörmət görmək üçün edənlər böyük bir yalnışlıq içindədirlər. Təvazökar bir insan isə bunların hamısını Allahı razı etmək və savab qazanmaq üçün istəyər. Bir şeyi bacardığında və ya gözəl bir xüsusiyyətə sahib olduğunda, bunların heç birinin özündən olmadığını, hər birinin Allahın ona lütf etdiyi nemətlər olduğunu bilər. Bunları özünə verən, qədərində (taleyində) özünə müvəffəqiyyət, gözəllik və nemət yaradan Allaha şükr edər. Bu səbəbdən, bunlardan hər hansı birini itirdiyində də bədbəxt olmaz. Bunun da özü üçün bir sınaq olduğunu bilər və təvəkkül edər. Nə müvəffəqiyyətə, nə də müvəffəqiyyətsizliyə, nə gözəlliyə, nə də çirkinliyə sahiblənməz. Hamısının dünya həyatında onu sınamaq üçün yaradılan hadisə və görünüşlər olduğunu bilərək bu inancının ona verdiyi hüzur və rahatlığını yaşayar.
Bədiüzzaman da qürurlu və təvazökar insanların həyatları arasındakı fərqi qısaca belə yekunlaşdırır:
"Özünü bəyənən bəlanı tapar, zəhmətə düşər. Özünü bəyənməyən səfanı tapar, rəhmətə gedər." (Məktubat, s. 301)
Cahiliyyə insanları sıxıntıya düşdükdə dərhal yalana müraciət edərlər. Bunu özlərini qurtarmaq üçün asan bir üsul olaraq görərlər. Halbuki, dürüst olmamaq və yalançılıq bir insanın sahib olduğu ən əzab verici istiqamətlərdən biridir. Hər şeydən əvvəl, yalan danışan bir insan hər an yalanının ortaya çıxmasının narahatlığını yaşayıb və bundan ötrü alçalacaq deyə qorxar. Bunun başqa, yalançılığın gətirdiyi vicdan sıxıntısı insanlarda narahat və gərgin bir hala səbəb olar. Hər kəsin bir-birinə yalan danışdığı bir mühit isə son dərəcə səmimiyyətsiz və riyakardır. Hər kəs bir-birinin hər söylədiyindən şübhələnər. Ən sadə mövzularda belə bir-birlərinə güvənə bilməzlər. Bir sözlə, yeni aldıqları paltarın yaraşıb yaraşmadığını soruşduqlarında riyakar bir cavab alacaqlarından əmindirlər. Yalanlar və riyakarlıq üzərinə qurulmuş bir dostluğun isə səmimi bir dostluq ola bilməyəcəyi məlumdur.
Halbuki, dürüstlük, Allahdan qorxan bir insan üçün çox əhəmiyyətlidir. Allah bir ayəsində iman edənlərə dürüstlüyü belə əmr edir:
Dürüstlük və səmimiyyət isə möminlərə çox gözəl, etibarlı, hüzur dolu bir həyat gətirər. Məsələn, səhv edən bir mömin bunu heç bir zaman digərlərindən gizlətməz. Çünki Allahın özünü hər an izlədiyini, gördüyünü və eşitdiyini bilər və Allaha yönələrək tövbə edər. Əgər möminlərin bilməsi lazımdırsa, bunu onlara da ən doğru və dürüst şəkildə izah edər. Möminlərin belə bir dürüstlük qarşısında səmimiyyətini istismar etməyəcəklərini bilər. Əksinə, edilən səhv nə olursa olsun, möminlər o adamın göstərdiyi səmimi və təvazökar rəftardan ötəri son dərəcə məmnun olar və o adama güvənərlər. Peyğəmbər Əfəndimiz (s.ə.v.) də bir hədisində yalan danışmaq ilə əlaqədar olaraq belə buyurmuşdur:
Heç şübhə yoxdur ki, düzgünlük yaxşılığa aparar. Yaxşılıq da cənnətə aparar. Adam doğru söyləyə-söyləyə Allah Qatında sıddıq (doğru sözlü) deyə yazılar. Yalançılıq pisliyə aparar. Pislik də cəhənnəmə aparar. Adam yalan söyləyə-söyləyə Allah Qatında kezzab (çox yalançı) deyə yazılar. (Buxari, Ədəb, 69; Müslim, Birr, 103-104)
Səmimi, sirri olmayan, əsrarəngiz bir mühit təqdim etməyən açıq bir insan çox etibarlıdır və o adamın yanında hər kəs rahatlıq tapar. Belə insanların bir yerdə olduqları bir cəmiyyət isə çox böyük bir nemət və gözəllikdir. İnsanlar bəlkə dürüst davranaraq özlərini hörmətdən salmaqdan, çətinlik yaşamaqdan çəkinərlər, ancaq Allah dürüst və səmimi insanlara çox şən, etibarlı və dinc bir mühit bəxş edər. Onların axirətdə alacaqları qarşılıq isə, daha gözəl və müjdə doludur:
Bu hissədə gözəl əxlaq xüsusiyyətlərindən bir neçə nümunə verilərək əsl asan olanın və insana xoşbəxtlik gətirənin Quran əxlaqının yaşanması olduğu izah edildi. Burada verilən nümunələri çoxaltmaq mümkündür. Çünki hər pis xüsusiyyətindən xilas olaraq bir yaxşılıq daha qazanan adam üçün bir qat daha çox sevinc vəsiləsi meydana gələcək. Məsələn, qısqanc biri qısqanclıqla öz özünü narahat edərkən bütün gözəlliklərdən, gözəl insanlardan, digər insanların müvəffəqiyyətlərindən zövq almağa başlayacaqdır. Məsələn, daha əvvəl qısqanclıq və hirs ilə baxdığı yoldaşının gözəlliyi, bir anda Allahın yaradılışını təriflədiyi, hər gördüyündə nemət olaraq gördüyü bir gözəlliyə və sevincə çevriləcək. Ya da ki, ən kiçik bir hadisədə belə səbirsizlənərək özünə süni olaraq çətinliklər yaşadan bir insan səbrin gözəlliyini və Allah Qatındakı dəyərini öyrənərək yaşadığında, çətin kimi görünən hadisələrdə belə səbr etmənin, təvəkkülün və təslimiyyətin böyük sevincini və dincliyini yaşayar. Bu çətinliklərə səbr göstərdiyində qazanacağı əcri düşünərək sevinci qat-qat artar.
Nəticə olaraq Allaha, Allahın yaratdığı qədərə (taleyə), cənnətin və cəhənnəmin varlığına qəti bir bilgi ilə iman etmək, bir insana ən böyük sevinci, hüzuru, rahatlığı və asanlığı gətirən əhəmiyyətli bir sirrdir. Bunlara çatmaq üçün başqa yollar axtaranlar böyük bir yanılma içindədirlər və iman etmədən bu nemətlərə əsla çata bilməzlər.