Xurafatçı məntiqin zinət əşyalarına qadağa qoymaq məntiqinin əksinə, Allah Qurandakı ayələrdə bəzək əşyalarını və zinətləri iman gətirənlər üçün yaratdığını, hətta məscidlərə baxımlı və gözəl geyimlərlə getmək lazım olduğunu bildirir:
Allah bir ayədə “De ki: "Allah'ın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" deyə bildirərək Allah'ın halal buyurduğu zinət əşyalarını belə haram edəcək bir zehniyyətin ortaya çıxacağını xəbər verir. Ayənin davamında isə "De ki: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur.” Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32) ifadəsi ilə zinət və bəzək əşyalarını müsəlmanlara dünyada verilmiş gözəl nemət olduğu vurğulanır, axirətdə isə yalnız onlara aid olacağı ifadə edilərək bu gözəlliklərə ən çox iman gətirənlərin layiq olduğu bildirilir. Allah bu gözəllikləri iman sahiblərinə layiq gördüyü halda, xurafatçıların bunu müsəlmanlara qadağan etməsi Quran zehniyyəti ilə nə qədər ziddiyyət təşkil etdiyinin digər dəlilidir.
Zinət sözünün bəzək olaraq istifadə edildiyi bir başqa ayə isə belədir:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allah’ın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız. (Əraf surəsi, 26)