Ənkəbut surəsi, 68 (Qurandan kənar hökm uyduranların yeri cəhənnəmdir)
ucgen

Ənkəbut surəsi, 68 (Qurandan kənar hökm uyduranların yeri cəhənnəmdir)

1504

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti
(15 mart 2013; 11:00)

Ənkəbut surəsi 68-ci ayə. Şeytandan Allaha sığınıram. "Allah barəsində yalan uydurub iftira atanlardan və ya özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kimdir? Cəhənnəmdə inkar edənlər üçün yermi yoxdur?" (Ənkəbut surəsi, 68)

Adnan Oktar: “Allah barəsində yalan uydurub iftira atan”, nə deməkdir? "Peyğəmbər (s.ə.v) belə dedi" deyə hədis uydurur. Allah adından yalan danışır. Bu, haramdır. Allah Quranda bunu söyləyir. "Özünə haqq gəldikdə onu yalan sayan kəsdən", Quranın hökmünü söyləyirik, onu da yalan sayır. "Elə şey yoxdur" deyir. "Allah söyləyir" deyirik. "Elə şey yoxdur" deyir. "Allah: “Quran kifayətdir” deyir” deyirəm. "Yox, elə şey yoxdur" deyir. Bunu da yalan sayır. Allah: "Daha zalım kimdir?" deyir. "Ən zalım olan odur" deyir. Yəni cəhənnəmin dibinə gedəcək tiplər onlardır, mənasında deyir. Yəni müşriklər, mövhumatçılar. "Cəhənnəmdə inkar edənlər üçün yermi yoxdur?" Allah bunu inkar etmək kimi qəbul edir. İnkar edir onsuz da, Allahın hökmünü dəyişdirir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr