Axır zaman və hz. Mehdi (ə.s)-ə aid işarə edən ayələr arasında əbcəd hesablamaları hicri 1400-cü illərə işarə edən bir çox ayələr vardır

Sonrakı səhifələrdə ayələrin işarə edən hissələrinin əbcəd hesablarını verəcəyik. Bu əbcəd hesablarının verdiyi tarixlər müəyyən bir dövrə işarə edir.

Bu tarixlər Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi axır zaman əlamətlərinin bir-birinin ardınca reallaşdığı dövrə aiddir.

Ayələrdə bildirilən həqiqətləri fikirləşsək, Rəbbimizin bu ayələrlə axır zamanda reallaşacaq hadisələrlə bağlı işarələri xəbər verdiyini görərik. (Doğrusunu Allah bilir)

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir!  (Yunus surəsi, 25)

Bu ayədə keçən "...və  istədiyini doğru yola yönəldər ..." cümləsindəki ərəbcə hərflərin əbcəd hesabı Hicri 1422–ci il tarixini verir. Bu tarix  Miladi 2001-ci ilə uyğun gəlir.

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir”. (Bəqərə surəsi, 247)

Bu ayədəki "Allah sizə Talutu hökmdar göndərdi." cümləsindəki ərəbcə hərflərin əbcəd hesabının cəmi 1420-ci ili verir. Hicri 1420–ci il tarixi isə miladi təqvimi ilə 1999–cu ildir. Bu əbcəd hesabı hz. Mehdinin çıxışına yaxın bir dövrə diqqət çəkir. (Doğrusunu Allah bilir).

Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saf surəsi, 9)

Allah bu ayəsində dinini bütün dinlərə üstün qılacağını, İslam əxlaqını dünyaya hakim edəcəyini müjdələyir. Bu ayədə keçən "…onu bütün dinlərdən üstün etmək üçün…" cümləsinin əbcəd hesabının cəmi 1410–cu il tarixi verir. Bu tarix miladi ilə 1989–cu ildir. Allahın, İslam əxlaqının hakimiyyətini müjdələdiyi bir ayənin əlaqədar olan bir hissəsinin əbcəd hesabının Peyğəmbərimiz (s.ə.v) -in və İslam alimlərinin diqqət çəkdiyi hicri 1400–cü il tarixə işarə etməyi, Allahın bu vədinin yaxınlaşdığına dair bir müjdə olaraq qiymətləndirilə bilər.

Quranda, axır zamanın hicri 1400-cü illərdə yaşanacağına işarə edən bir çox ayələr vardır. Bu ayələrdən bəziləri və orada keçən bəzi cümlələrin əbcəd hesabı belədir:

“Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki ondan əvvəl onlar açıq-aşkar zəlalət içində idilər.” (Ali İmran surəsi, 164)

 ...Ondan əvvəl  onlar açıq-aşkar bir zəlalət içində idilər...
Əbcəd hesabı: HİCRİ: 1434–cü il,  MİLADİ: 2012–ci il

 

Savadsızlara (ümmi ərəblərə) özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın )ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.” (Cümə surəsi, 2)

 

... Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər...

Əbcəd hesabı: HİCRİ: 1434–cu il, MİLADİ: 2012–ci il

 

“Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir, o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.” (Nur surəsi, 35)

 

... nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir...

Əbcəd hesabı: HİCRİ: 1410–cu il, MİLADİ: 1989–cu il

 

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir" (Nur surəsi, 55)


... “yaxşı (saleh əməl) işlər görənləri”... “yer üzünün varisləri” edəcək...

Əbcəd hesabı: HİCRİ: 1434 –cü il, MİLADİ: 2013–cü il

 

“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan ixtiyar sahiblərinə (əmr sahiblərinə) . Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.(Nisa surəsi, 59)

 
Ey iman edənlər, Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan ixtiyar sahiblərinə...

Əbcəd hesabı: HİCRİ: 1405–ci il, MİLADİ: 1985–ci il

 

“Şübhəsiz ki, Rəbbin sənə  bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!” (Duha surəsi, 5)

 

 Rəbbin sənə verəcək, beləcə sən məmnun qalacaqsan.

Əbcəd hesabı: HİCRİ: 1427-ci il, MİLADİ: 2007-ci il

 

Bax belə... Həqiqətən Allah, kafirlərin hiyləlisini boşa çıxarandır. (Ənfal surəsi, 18)

 

 Bax belə... Həqiqətən Allah, kafirlərin hiyləsini boşa çıxarandır.

Əbcəd hesabı: HİCRİ:1440-cı il MİLADİ: 2018-ci il

 

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 33)

 

 ...elçisini hidayətlə göndərən Odur.

Əbcəd hesabı: HİCRİ: 1426-cı il, MİLADİ: 2005-ci il

 

Rəbbimiz, içlərindən onlara bir elçi göndər, onlara ayələrini oxusun, kitabı və hikməti öyrətsin və onları təmizləsin. Şübhəsiz, Sən güclü və üstün olansan, hökm və hikmət sahibisən. (Bəqərə surəsi, 129)

 

Rəbbimiz, içlərindən onlara bir elçi göndər...

Əbcəd hesabı: HİCRİ: 1400-cü il, MİLADİ: 1979-cu il

 

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək, yaxın qələbə, yaxın bir fəth. Möminləri müjdələ. (Saff surəsi, 13)

 

Allahdan kömək və zəfər (nüsrət), yaxın bir fəth...

Əbcəd hesabı: HİCRİ: 1402-ci il, MİLADİ:1981-ci il

Keçmişdəki bəzi İslam alimləri, əbcəd üsulu ilə ayələrə baxaraq bir çox hadisənin tarixini əvvəlcədən təxmin etmişdilər. Bu gün də Quranda keçən bəzi ayələrə baxdıqda, bu ayələrin mənalarının bəzi tarixlərə işarə etdiyini görərik. Bu ayələrdə bəhs edilən hadisələrin əbcəd hesablarının müəyyən tarixlərdə reallaşdığını gördükdə isə, ayələrin həmin hadisəyə gizli işarə edə biləcəyini anlayarıq. (Doğrusunu Allah bilir)

Sonrakı səhifələrdə bəzi ayələrin müəyyən hissələrinin əbcəd hesablarını verəcəyik. Bu əbcəd hesablamalarının işarə etdiyi tarixlərdəki hadisələrə və həmin ayələrin məzmunlarına baxdıqda, arada  çox əhəmiyyətli bağlılıq təşkil edən işarələr görərik. Yəni əbcədlərin işarə etdiyi tarixlərdəki hadisələrin məzmunu, hesablanan ayələrin məzmunu ilə uyğun gəlir.

 

“Kitab əhlindən elə kimsə yoxdur ki, (İsanın ölümündən) ölümündən əvvəl ona (Hz. İsa (ə.s)-a) iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır.” (Nisa surəsi, 159)

 

... Kitab Əhlindən elə kimsə yoxdur ki, (İsanın ölümündən) ölümündən əvvəl ona (Hz. İsa (ə.s)-a) iman gətirməsin..."

Əbcəd hesabı: HİCRİ: 1439-cu il, MİLADİ: 2017- ci il

Yuxarıdakı ayədə hz. İsanın ölümündən əvvəl bütün Kitab Əhlinin ona inanacağı xəbər verilir. Bu hadisənin ancaq axır zamanda, hz. İsanın ikinci dəfə yer üzünə gəlişində reallaşa biləcəyini kitabın əvvəlində də izah etmişdik. Eyni ayənin yuxarıda ifadə edilmiş hissəsinin əbcəd hesabının bizə göstərdiyi tarix isə 2017-ci ildir. Bu rəqəmin hz. İsanın yer üzünə təkrar gələcəyi və ya yer üzündə yaşayacağı bir tarixə işarə edir. (Doğrusunu Allah bilir) Aşağıdakı əbcəd hesablarının da bənzər şəkildə hz. İsanın yer üzündə olacağı tarixlərə işarə edə bilər.

“Şübhəsiz O (İsa) qiyamət saatı üçün bir əlamətdir (elmdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Budur, düz yol!.” (Zuxruf surəsi, 61)


"Şübhəsiz O (İsa) qiyamət saatı üçün bir əlamətdir (elmdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın..."

Əbcəd hesabı: HİCRİ: 1440-cı il,  MİLADİ: 2018-ci il

 

"Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?" (Əraf surəsi, 63)

 

... qorxmanız və rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə...

Əbcəd hesabı: HİCRİ: 1433-cü il, MİLADİ: 2011-ci il

Aşağıda olan əbcəd hesablarının nəticəsində məlum olan tarixlər müəyyən bir dövrə işarə edir. Kitabın əvvəlindən bu yana izah etdiyimiz kimi, bu tarixlər Peyğəmbərimiz (s.ə.v) -in bildirdiyi axır zamanın əlamətlərinin bir-birinin ardınca reallaşdığı zamana aiddir. Ayələrdə bildirilən həqiqətləri fikirləşdikdə, Rəbbimizin bu ayələrlə axır zamanda reallaşacaq olan hadisələrlə bağlı işarələri bizə xəbər verdiyini görərik.

“Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.” (Yunus surəsi, 25)

... istədiyini doğru yola yönəldir!...

Əbcəd hesabı: HİCRİ :1422-ci il, MİLADİ: 2001-ci il

 

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi (təyin etdi)!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir”. (Bəqərə surəsi, 247)

 

" Allah Talutu sizə hökmdar göndərdi."

Əbcəd hesabı: HİCRİ: 1420-ci il,  MİLADİ: 1999-cu il

 

Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki ondan əvvəl onlar açıq-aşkar zəlalət içində idilər.”. (Ali İmran surəsi, 164)

 

...ondan əvvəl isə onlar açıq-aşkar bir zəlalət (azğınlıq içində idilər...

Əbcəd hesabı: HİCRİ: 1434-cü il, MİLADİ: 2012-ci il

 

Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın )ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. (Cümmuə surəsi, 2)

 

... Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər...

Əbcəd hesabı: HİCRİ: 1434-cü il, MİLADİ: 2012-ci il

 

Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək üçün Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saf surəsi, 9)


... (İslam) dinini bütün dinlərdən üstün etmək üçün...

Əbcəd hesabı: HİCRİ: 1410-cu il, MİLADİ: 1989-cu il

 

Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir, o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)

 

... nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir....

Əbcəd hesabı: HİCRİ:1410-cu il, MİLADİ: 1989-cu il

 

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir" (Nur surəsi, 55)

 

... “yaxşı (saleh əməl) işlər görənləri”... “yer üzünün varisləri” edəcək...

Əbcəd hesabı: HİCRİ: 1434-cü il, MİLADİ: 2013-cü il

 

Əvvəl də qeyd etdiyimiz kimi bu ayənin axır zamanda, Allahın Quran əxlaqını yer üzünə hakim edəcəyi dövrə işarə edir. Eyni ayənin içindən mövzu ilə əlaqədar olan hissənin əbcəd hesabının yaxın bir tarixi verməsi isə, Allahın bu vədinin yaxınlaşdığını bildirir, bunu da bir müjdə olaraq qiymətləndirə bilərik.

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”. (Əraf surəsi, 128)

 

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbr edin ...

Əbcəd hesabı: HİCRİ: 1400-cü il, MİLADİ: 1979-cu il

 

“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan ixtiyar sahiblərinə (əmr sahiblərinə) . Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.(Nisa surəsi, 59)

 

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan ixtiyar sahiblərinə (əmr sahiblərinə)...

Əbcəd hesabı: HİCRİ: 1405-ci il, MİLADİ: 1985-ci il

 

O kəslər ki, Rəbbinə Üzünü diləyərək səbr edər, namazı doğru-düzgün qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyər (infak edər) və pisliyi yaxşılıqla dəf edərlər. Onlar üçün Axirət yurdu....(Rad surəsi, 22 )

 

...namazı doğru-düzgün qılarlar, özlərinə ruzi olaraq verdiklərimizdən infaq edərlər...

Əbcəd hesabı: HİCRİ: 1429-cu il, MİLADİ: 2008-ci il

 

Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. (Duha surəsi, 5)


Əbcəd hesabı: HİCRİ: 1427-ci il, MİLADİ: 2007-ci il

 

Həqiqətən Allahın Kitabını oxuyanlar, namazı doğru-düzgün qılanlar və özlərinə ruzi olaraq verdiklərimizdən gizli və açıq infaq edənlər, qəti olaraq zərərə uğramayacaq bir ticarəti ümid edə bilərlər. (Fatir surəsi, 29)

 

...namazı doğru-düzgün qılanlar,onlara verdiyimiz ruzidən gizli və aşkar infaq edərlər...

Əbcəd hesabı: HİCRİ: 1429-cu il, MİLADİ: 2008-ci il

 

“(Səba qəbiləsi ilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.) " (Səba surəsi, 18)

 

...orada gediş-gəliş yaratmışdıq, " Oralarda gecələr və gündüzlər arxayın (təhlükəsizlik içində) gəzib dolaşın!"...

Əbcəd hesabı: HİCRİ: 1422-ci il, MİLADİ: 2001-ci il

 

Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi (sizin dediklərinizə itaət etsəydi) çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.!”  (Hucurat surəsi, 7)

 

... Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır....

Əbcəd hesabı: HİCRİ: 1408-ci il, MİLADİ: 1988-ci il

 

Beləcə, Rəbbin səni seçəcək, səni adlı-sanlı edəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir. (Yusuf surəsi, 6)

 

...Beləcə Rəbbin səni adlı-sanlı edəcək, ...

Əbcəd hesabı: HİCRİ: 1443-cü il, MİLADİ: 2021-ci il

 

        Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini hidayətlə (doğru yol göstərən rəhbərlə və haqq din ilə) göndərən Odur. (Tövbə surəsi, 33)

 

...elçisini hidayətlə göndərən Odur.

Əbcəd hesabı: HİCRİ: 1426-cı il, MİLADİ: 2005-ci il

 

Beləliklə, Yusufa yer üzündə hökmranlıq (güc və iqtidar) verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik.” (Yusif surəsi, 56)

 

...Biz yer üzündə Yusufa güc və imkan (iqtidar) verdik...

Əbcəd hesabı: HİCRİ:1419-cu il, MİLADİ: 1998-ci il

 

Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar (müntəzəm )(şəkildə) yerbəyer edildilər.  (Nəml surəsi, 17)

 

Süleymanın cinlərdən insanlardan və quşlardan ibarət orduları toplandı...

Əbcəd hesabı: HİCRİ: 1433-cü il, MİLADİ:2011-ci il

 

“Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. (Kəhf surəsi, 84)

 

Əbcəd hesabı: HİCRİ: 1440-cı il, MİLADİ: 2018-ci il

 

Elə isə kafirlərə itaət etmə və onlara (Quranla) böyük bir cihad et. (Furqan surəsi, 52)

 

Əbcəd hesabı: HİCRİ:1400-cü il, MİLADİ:1979-cu il

 Yuxarıdakı ayələrdən inkarçı düşüncəyə qarşı fikri mübarizə aparmağın əhəmiyyəti və bu mübarizə zamanı Rəbbimizin saleh qullarını Öz köməyi ilə dəstəkləyəcəyi aydın olur. Ayələrin əbcəd hesablarının verdiyi tarixlər isə, bu fikri mübarizənin başladığı dövrə işarə edə bilər. Necə ki, kitabın əvvəlki səhifələrində qeyd etdiyimiz axır zaman əlamətləri olaraq bildirilən hadisələrin başlanğıc tarixinin də, hicri 1400-cü il olması, belə bir işarə olması ehtimalını daha da gücləndirir. Aşağıdakı ayədə də müsəlmanların çətinlik içində yaşadığı bir dövrə də işarə edə bilər. Həm müsəlmanların, həm də bütün dünyadakı insanlarının 1980-cı illərdən etibarən yaşadıqları çətinlik və əzablara, yer üzündə meydana gələn qarışıqlıq və xaosa dair bir çox baş verən hadisələri kitabın əvvəlki səhifələrində qeyd etmişik. Bu çətin, keşməkeşli dövrün axır zamanın ilk hissəsi olduğunu, hz. İsanın təkrar yer üzünə gəlişindən sonra bu dövrün bitəcəyini və əmin-amanlıq, rahatlıq, barış, bolluq, bərəkət, gözəllik dolu bir Qızıl Dövrün başlayacağını da müjdələmişdik.

Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. (O vaxt) onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan var idi. (Bəqərə surəsi, 49)


...Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan var idi

Əbcəd hesabı: HİCRİ: 1406-cı il, MİLADİ:1985-ci il

 

RİSALEİ NUR TƏLƏBƏLƏRİNDƏN ƏHMƏD FEYZİ KUL ƏFƏNDİNİN AXIR ZAMANLA BAĞLI BƏZİ ƏBCƏD HESABLARI

Mərhum Əhməd Feyzi Kul "Maidet-ül Quran və Hazinet-ül Bürhan" adlı əsərində axır zamana aid bəzi əbcədlər vermişdir, onlardan bəziləri belədir:

Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. (Duha surəsi, 5)

Əbcəd hesabı:
vav hərfi atiflə 2015-ci il, vav hərfi atifsiz 2009-cu il

 

Sənin zikrini (şanını) ucaltmadıqmı? (İnşirah (Şərh) surəsi, 4)

 

Əbcəd hesabı:  2009-cu il

“Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (Mücadilə surəsi, 21)

 

Əbcəd hesabı:  2010-cu il

 

“Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir.!” (Yusif surəsi, 21)

 

Əbcəd hesabı:  2014-cü il

 

“Bizim əsgərlərimizin (möminlərin) mütləq qələbəsi labüddür”.!” (Saffat surəsi, 173)

 

Əbcəd hesabı:  1994-cü il

 

“Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz..”  (Bəqərə surəsi, 216)

 

"...Əsa ən təkrəhuu şəyən və huvə xəyirin (ləkum)..."


Əbcəd hesabı:  2010-2050-ci il

 

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz  nurunu tamamlayar. (Tövbə surəsi, 32)

 

Əbcəd hesabı:  HİCRİ 1423-cü il,  MİLADİ 2002-ci il