Əlif, Lam, Ra! (Bu) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik.(İbrahim surəsi, 1)

• Daima vicdanınızın səsini dinləyərək hərəkət etməyi,

• Özünüz, ananız, atanız, yaxınlarınız əleyhində də olsa daima ədalətli olmağı,

• Tolerant və bağışlayan olmağı,

• Möminlərə qarşı şəfqətli və mərhəmətli olmağı,

• Təkəbbürdən uzaq olmağı,

• Əmanət əhli olmağı,

• Salama ən gözəl şəkildə qarşılıq verməyi,

• Qəzəbinizə hakim olmağı,

• Bilmədiyiniz məsələlərdə mübahisə etməməyi,

• İnsanlara göstəriş etməkdən çəkinməyi,

• Üstünlükdəki tək meyarın təqva olduğunu,

• Nəfsin hər zaman pisliyi əmr etdiyini,

• Hər an xeyir iş görməyə çalışmağı,

• Allahdan gücümüzün çatdığı qədər qorxmağı,

• Allahın rizasını və məmnuniyyətini hər şeydən önəmli görməyi,

• Ancaq Allahdan qorxub çəkinməyimiz lazım olduğunu,

• Yaxşılığı əmr edib pis işlərdən çəkindirməyi,

• Heç kimin başqasının günahını yüklənə bilməyəcəyini,

• Özündən razıları Allahın sevmədiyini,

• Namazlara həssas olmağı,

• Lağ etməməyi,

• Qeybət etməməyi və edilməsinə izin verməməyi,

• Allaha qəlbən bağlı olmağı,

• Allah üçün səbir etməyi,

• Sağ və sol tərəfimizdəki yazıcıların hər şeyi yazdığını,

• Süizəndən çəkinməyi, zənn və təxminlə hərəkət etməməyi,

• Hər zaman Quranı əsas alaraq düşünməyi,

• Möminlər üçün kədərlənəcək, ümidsizliyə, sıxıntıya düşəcək heç bir şeyin olmadığını,

• Nemətlərlə öyünməməyi,

• Hər biləndən daha yaxşı bir bilən olduğunu və bilənlərdən soruşmağı,

• Ayrılığa düşməməyi, möminlər arasındakı birliyin çox önəmli olduğunu,

• Dində məcburiyyət olmadığını, möminlərin işinin təkcə öyüdlə xatırlatma olduğunu,

• Mühit və şəraitdən asılı olmayaraq, nə olursa olsun, əxlaqınızdan, dinə və ibadətlərinizə olan həssaslığınızdan güzəştə getməməyi,

• Hər işinizdə Allaha yönəlib dönməyi,

• Sahibinizin Allah olduğunu, bütün bunları Onu razı etmək üçün etdiyinizi, ücrətinizin yalnız Allaha aid olduğunu

SİZ ƏSLA UNUTMAYIN.