“Radikal” qəzetinin internet saytında “Tartışı-Yorum” başlığı altındakı hissədə bir müddətdir Mahmud Cəlaloğlunun bir yazısı yer alır. “Təkamül nəzəriyyəsinə inanılmaz, təkamül nəzəriyyəsi bilinər” başlığı altında nəşr olunan yazıda Cəlaloğlu, təkamülün həyati bir mövzu olduğu, təkamül nəzəriyyəsinin biologiyanın təməli olduğu və hətta təkamülün “isbat edildiyi” kimi xətalara yol vermiş və “meymundan gəldik” iddiasıyla əslində darvinizmin bəsitləşdirildiyini iddia etmişdir. Cəlaloğlunun təkamül mövzusunda xətalara yol verdiyi bu yazısı ilə əlaqədar bu açıqlamalara toxunmaq yerində olacaq:
Cəlaloğlunun “təkamül bəsitləşdirilir” iddiası
Cəlaloğlu yazısı boyunca, təkamül nəzəriyyəsinin müxtəlif təxribatlarla bəsitləşdirildiyindən, “meymunduq insan olduq bəsitliyində bir axmaqlıq” olaraq tanıdıldığından bəhs etməkdədir.
Əvvəlcə hörmətli Cəlaloğluna bu məlumatı verməkdə fayda vardır. Darvinin təkamül nəzəriyyəsi, Darvin dövrünün geridə qalmış və son dərəcə cahilcə elm anlayışı içində irəli sürülmüş, heç bir elmi dəlilə əsaslanmayan, keçmişlərin Şummer və Misirin bütpərəst dinlərini möhkəmləndirmək məqsədiylə ortaya atılmış saxta bir nəzəriyyədir. Sonrakı illərdə elm irəlilədikcə, xüsusilə genetika, mikrobiologiya sahələrində hüceyrənin kompleksliyi ortaya çıxdıqca və paleontologiyada yeni fosillər tapıldıqca və bu fosillərin heç birinin ara fosil olmadığı aydın olunca, təkamül nəzəriyyəsi şiddətli bir zərbə almışdır.
BÜTÜN BUNLARA BAXMAYARAQ, dünyanı hakimiyyəti altına almış DARVİNİST DİKTATORLUĞUN təzyiqi, təsiri və təlqini nəticəsində bu saxta nəzəriyyə, ölkə qanunlarıyla qorunar hala gəlmiş, məktəb dərs kitablarına girmiş, heç bir şəkildə heç bir yerdə doğruluğu “müzakirə edilməməlidir” mövqeyinə gətirilmişdir. Universitet müəllimləri təkamülə qarşı çıxmasınlar deyə təhdid edilmiş, nəzəriyyəni müdafiə etməyənlər məktəblərdən atılmış, işlərindən olmuş, şagirdlər təkamülü sorğuladıqları üçün sinifdə buraxılmışdır. İnsan kimi kompleks və fövqəladə bir varlığı son dərəcə bəsit açıqlayan, yer üzündəki böyük canlı müxtəlifliyinə yalnız “təsadüf” açıqlaması verən bu fövqəladə dərəcədə məntiqsiz nəzəriyyə, bu şiddətli təlqin ilə bir anda bütün dünyanı hegemoniyası altına almışdır.
Bu vəziyyətdə Cəlaloğlunun bəhs etdiklərinin əslində tam əksi baş vermişdir. Uşaqların belə qəhqəhələrlə güləcəyi bəsitlikdəki bu nəzəriyyə, sanki həqiqətən bir elmmiş kimi bütün dünyaya hakim edilmişdir. Dünyaca məşhur professorlar bu axmaq nəzəriyyəni müdafiə edəcək hala gəlmiş, dünyanın ən məşhur nəşrləri darvinizmin, açıq-aşkar saxtakarlıq olduğu aydın olan, dəlillərini günlərlə nəşr etmişlər. Dövlət böyükləri təkamülü tənqid edə bilməz hala gətirilmişlər. Kütlələr bir əsr yarım bu yalan ilə aldadılarkən, Papa öz evində təkamül konfransları verməyə məcbur edilmiş, kilsələr ağlasığmaz bir təzyiq sonrasında Darvindən üzr istəmək məcburiyyətində buraxılmışlar.
Son dərəcə axmaq, bəsit və adi bir yalan, darvinist diktatorluğun təzyiqi ilə məhz bu şəkildə saxta bir elm tabusuna çevrilmişdir. Bir yalan illərcə insanlara təlqin edilmişdir. İnsanlar bir əsr yarım bu yalana inandırılmaq məcburiyyətində qalmışlar. Çünki darvinizm, əksəriyyətini masonların meydana gətirdiyi bir birliyin təsiri ilə dünyaya hakim edilməyə çalışılan azğın bir dindir. Elmiliklə əlaqəsi yoxdur.
Bu səbəbdən Cəlaloğlunun “bəsitləşdirilmə” iddiasına qatılmaq mümkün deyil. Ortada, tam əksinə, bir saxtakarlığın elm kimi göstərilməsi və kütlə aldanışına çevrilməsi vəziyyəti vardır.
Cəlaloğlunun, Darvinin səyahətdən sonra əhəmiyyətli elmi kəşfini etdiyi iddiası:
Cəlaloğlu, Darvinin Biql (Beagle) gəmisi ilə etdiyi səfər sonrasında möhtəşəm kəşflər etdiyini və təkamül fikirini bu şəkildə inkişaf etdirdiyini zənn etmiş ola bilər. Halbuki, Darvinin Biql (Beagle) gəmisində etdiyi budur: Darvin, sərxoş tayfalarla birlikdə aylarla sürən gəmi səfərində nərələr ataraq bir macəraya getmişdir. Orada çiçək böcək yığmış, onlara baxmaq zəhmətini belə çəkməmiş, onları da bir kənara atmışdır. (Öz avtobioqrafiyasında bunu oxumaq mümkündür). İnsanların elmi araşdırma zənn etdikləri şey, Darvinin dənizçi tayfalarıyla şərab içib sərxoş olduğu bir gəmi səyahətindən ibarətdir. Daha sonra Darvin, mason olan babasının azğın fikirlərini böyük bir kəşfmiş kimi ortaya atmış və insanları bütpərəst bir dinə sürümüşdür.
Darvinistlərin iddiaları əgər doğru olsaydı, fosil qeydlərində şəkildə göründüyü kimi anormal şəkildə inkişaf etmiş, bir çox qəribə canlının izlərinə rast gəlinməli idi. Ancaq 150 ildir aparılan tədqiqatlar nəticəsində belə bir fosilə heç rast gəlinməmişdir. Tam əksinə əldə edilən bütün fosillər, bütün canlıların, mövcud olduqları ilk andan etibarən qüsursuz və əskiksiz olduqlarını və heç dəyişmədiklərini yəni yaradıldıqlarını göstərir.
Nə bu səyahətdə, nə də sonrakılarda Darvinin əlində elmi heç bir tapıntı və dəlil yoxdur. O yalnız, mason babası Erasmus Darvindən miras qalan bir azğınlığı davam etdirmişdir. Darvin, hüceyrənin o dövrdə içi su dolu bir kürəcik olduğunu zənn etmişdir. Genetika elmindən xəbəri yox idi. Elektron mikroskopunu tanımazdı. Tək bildiyi şey vardır, iddiasının doğru çıxa bilməsi üçün ara fosilin lazım olduğu. Lakin belə bir şeyin yer üzündə tapılmadığını da bilirdi. Ona görə “gələcək nəsillərin” bu tapıla bilməyən xəyali aralıq formaları tapacaqlarını, ƏKS HALDA NƏZƏRİYYƏSİNİN ÇÖKMÜŞ OLACAĞINI açıqca söyləmişdir. Darvinin bu sözləri belədir:
“Əgər həqiqətən növlər digər növlərdən yavaş-yavaş inkişaf edərək meydana çıxmışdırsa, nə üçün saysız-hesabsız keçid formalarına rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysız-hesabsız keçid formaları olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox təbəqəsində onları tapa bilmirik... Nə üçün hər geoloji forma və hər təbəqə belə keçidlərlə dolu deyil?... Bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq”. (Charles Darvin, The Origin of Species, səh. 172, 280)
Hazırda, tam da Darvinin etiraf etdiyi kimi, ARA FOSİL DEYƏ BİR ŞEY YOXDUR. darvinistlər şok içindədirlər. Darvinin kəhanəti doğru çıxmışdır. Buna əlavə olaraq inkişaf edən elm təbii seleksiyanın təkamülləşdirici gücü olmadığını, canlıların genetik strukturlarının fövqəladə dərəcədə kompleks olduğunu, bu mükəmməl quruluşa heç bir şəkildə təsadüfi bir müdaxilənin edilə bilməyəcəyini və yeni bir genetik məlumat əlavə oluna bilməyəcəyini və canlılığın cansız maddələrdən əsla meydana gələ bilməyəcəyini də ortaya çıxarmışdır. Bunlar Darvinin heç bilmədikləridir. Həmçinin fosil qeydlərinin ardından bəlkə də darvinistlərin yaşadığı ən böyük məğlubiyyət HEÇ BİR ZÜLALI YARADA BİLMƏDİKLƏRİNDƏ olmuşdur. Laboratoriyada yarada bilmədikləri zülalın -yəni hüceyrənin təməl quruluş daşının- şüursuz bir mühitdə TƏSADÜFƏN YARANMASI QEYRİ-MÜMKÜNDÜR. Məhz bütün bu gerçəklər darvinizmin çöküşü olmuşdur.
Cəlaloğlunun, darvinizmin, “meymundan gəldik” ifadəsiylə sadələşdirildiyi iddiası:
Cəlaloğlu ətraflarındakı insanların darvinizmi və Darvini “Darvin deyə bir ağılsız!”, “Ey əhali, baxın, biz meymuna nə qədər də bənzəyirik o zaman biz meymundan meydana gəldik” iddiası ilə bəsitləşdirdiklərini, bunun da müxtəlif təxribatlarla reallaşdırıldığını iddia edir. Halbuki, bu, bir yalandır. Ortada təxribat filan yoxdur. İnsanlara yalnız son illərdə bilmədikləri gerçəklər izah edilmişdir. Onlara illərlə aldadıldıqları isbat edilmişdir. Darvinizmin bir yalan olduğu, yalnız təbliğat ilə dəstəklənməyə çalışıldığı, darvinistlərin -vəziyyətdən xilas olmaq üçün- saxta dəlillər hazırladıqları, heç bir ara fosil tapılmadığı halda insanları “ara fosil tapdıq” “itmiş halqa tapıldı” şəklindəki yalanlar ilə aldatmağa çalışdıqları izah edilmişdir. İnsanlar özlərindən illərlə gizlədilimiş olan 100 milyon fosili görmüşlər. Özləri şəxsən, sərgilər də əlləriylə bu qalıqlara toxunmuşlar və canlıların milyon illər ərzində HEÇ DƏYİŞMƏDİKLƏRİNİ anlamışlar. Artıq onları aldatmaq qeyri-mümkündür.
Cəlaloğlunun şikayət etdiyi mövzu əslində insanların məlumatlanmış olmaqlarıdır. Darvinistlər darvinizm axmaqlığının insanlar tərəfindən ortaya çıxarıldığını anlamışlar. Buna görə darvinizmin bəsitləşdirilməsi kimi bir bəhanə ilə bu vəziyyətdən duyduqları sıxıntını dilə gətirməkdədirlər. Halbuki, darvinizm bəsitləşdirilməmiş, yalnız darvinizmin bəsit və saxta üzü ortaya çıxarılmışdır.
Darvinizm, “təsadüfən palçıqlı suda ilk hüceyrə meydana gəldi” iddiasıyla ortaya çıxan bir nəzəriyyədir. Bütün canlı müxtəlifliyinin təsadüfən, şüursuz, nəzarətsiz hadisələrlə meydana gəldiyini müdafiə edir. Canlılardakı qanad, üzgəc, lələk, quyruq ... və s. kimi fövqəladə strukturların varlığını yalnız kor təsadüflərlə əlaqələndirir. Və Cəlaloğlu nə qədər qarşı çıxsa da, darvinizm, “sırf meymuna bənzəyir deyə insanın meymundan gəldiyini” iddia edir. Darvinizm, bundan daha kompleks bir şey deyil.
Darvinistlər darvinizmin bu bəsit məntiqinin ortaya çıxmasına görə çaşqınlıq və narahatlıq içində son vaxtlarda “meymunlar əslində əcdadımız deyil, əmioğulularımızdırlar” iddiasına sığınırlar. Halbuki, bu da eyni yalanın parçasıdır. Məgər, darvinizm, “insan primatlardan gəlir” dedikdə daha fərqli bir mənamı çıxır? Ha meymun, ha primat, necə bir fərq ola bilər ki? Bu eyni köhnə, yalan və azğın iddia deyilmi? “İnsanın əcdadı primat” və ya “insanın əcdadı primatla eyni” deyildikdə bu saxta nəzəriyyə, elmi halamı gəlmiş olur? Əlbəttə ki, xeyr. Bu, çirkin bir söz oyununu istifadə edərək eyni yalana davam etməkdən başqa bir şey deyil. Bu yalnız insanlarımızı alçaltmaqdır və yaraşmayan hərəkətdir.
Nəticə:
Çox güman ki, hörmətli Cəlaloğlunun narahatlığı indiki vaxtda qarşılaşdığı ani darvinist məğlubiyyətdən qaynaqlanır. Darvinizmi təkidlə elmi bir nəzəriyyə kimi göstərməyə çalışmaqları, nəzəriyyənin “bir neçə kiçik nöqtə xaricində” tamamilə isbat edildiyini iddia etmələri, insanların bu köhnə nəzəriyyə ilə lağ etmələrindən şikayətçi olmaları bu məğlubiyyətin əlamətləridir. Çünki darvinistlərin heç gözləmədikləri bir vəziyyət reallaşmışdır. Darvinizmə yeganə dəlilləri verməli olan paleontologiya elmi, HEÇ BİR ARA FOSİL VERMƏMİŞDİR. 100 milyon fosil əldə edilmişdir və bunların HAMISI YARADILIŞI İSBAT ETMİŞDİR. Fosillərin hamısı mükəmməl canlılara aiddir. Bu fosillərdə heç bir çatışmazlıq, nöqsan, yarı inkişaf etmiş, qəribə quruluş yoxdur. Həm də bu fosillərin olduqca böyük bir qismi, dövrümüzdəki canlıların eynisidir. MİLYONLARLA İL ƏRZİNDƏ CANLILAR DƏYİŞMƏMİŞLƏR. Yəni TƏKAMÜL YOXDUR.
Darvinistlər bu dəhşətli dəlil qarşısında çıxış yolunu fosilləri GİZLƏTMƏKDƏ tapmışlar. (Darvinistlər bunu daha əvvəl də etmişlər. 540 milyon illik Kambri dövrü fosillərini darvinizmə ciddi bir zərbə vurduğu üçün tam 70 İL GİZLƏTMİŞLƏR). Ancaq fosillərin gizlədildiyi yerdən çıxarılması, ən böyük şokun səbəbi olmuşdur. Xüsusilə, ölkəmizdə olmaqla dünyanın bütün ölkələrində darvinist yalana qarşı şiddətli bir oyanış başlamışdır. İnsanlar artıq darvinizmi qəbul etməmək bir tərəfə, bu saxta və köhnə nəzəriyyəni ələ salıb lağ edir. Cəlaloğlunun darvinizm ilə lağ edən universitet müəllimlərindən, şagirdlərdən hətta öz qohumlarından şikayətlənməyinin də səbəbi məhz budur. Darvinistlər, artıq insanların gerçək elmi dəlillərə qarşı məlumatlanmasının önünə keçə bilmirlər.
Dolayısilə bu saxta nəzəriyyənin bütün fırıldaqları ortaya çıxarılmışdır. İndiki vaxtda bu yalanın müdafiəçiliyini etmək, nə darvinistlərə, nə də darvinizmə tərəfdar qazandırmayacaq. Hörmətli Cəlaloğluna bütün bunları həqiqi bir baxışla qiymətləndirməsini və darvinizmin saxta bir yalan olduğunu qəbul etməsini tövsiyə edirik.