Təbiətdəki mükəmməlliklər, simmetriya, komplekslik, uyğunlaşma, nizam, incəlik, növ və ehtişam ancaq Ağılla var ola bilər. Ancaq üstün bir Ağıl arıya pətək qurma bacarığını, ağcaqanada saniyədə min dəfə qanad çırpma qabiliyyətini verə bilər. Ancaq üstün Ağıl gözlə görülməyən tək bir hüceyrənin içinə bütün texnoloji incəlikləri, fabrikləri, enerji stansiyaları ilə böyük şəhəri yerləşdirə bilər. Ancaq və ancaq üstün bir Ağıl bədənimizdə trilyonlarla olan və dayanmadan çıxarılan zülalı; minlərlə adamın ağlı, imkanları, məlumat və bacarığı ilə də çıxarıla bilməyəcək qədər kompleks və üstün xüsusiyyətlərdəki hüceyrəni yaradar. Bu üstün Ağlın ucalığını görüb təqdir edə bilək deyə incəliklər var edilmişdir.
Bütün kainatda üstün Ağlın varlığı çox aydındır. Allah, Uca Ağlını hər şeydə, hər an dayanmadan bizə göstərir. Xüsusilə elm adamları bunu daha çox yaxından, daha çox açıq görə bilirlər. Bu səbəblə heç bir darvinist, əslində həqiqətən darvinist deyil. Darvinistlərin hamısı, bir hüceyrədəki ağlın təsadüfən var ola bilməyəcəyini əlbəttə ki, bilərlər. Təbiətdəki canlıların da təsadüfən var olmadıqlarının əlbəttə ki, fərqindədirlər. Onları bu həqiqətə razı salmağın heç bir mənası yoxdur. Onlar onsuz da təkamülün məntiqsiz izahlarına əslində inanmırlar. Ağlı başında bir insan üçün, bu mümkün deyil.
Bəzi insanları, nümunələrini saydığımız bütün bu məntiqsizliklərdən asılı edən, pəncəsinə düşdükləri darvinist ideologiyadır. Şumer və qədim Misir dövründən bəri yalnız Allahın açıq-aşkar olan varlığını inkar edə bilmək üçün (Allahı tənzih edirik) inkişaf etdirilmiş azğın təkamül nəzəriyyəsi, hal-hazırda da yalnız bu məqsəd üçün vardır. Bu cür məntiqsiz nəzəriyyənin başqa bir səbəblə müdafiə olunması, başqa bir səbəblə diktator idarəsi şəklində cəmiyyətlərə təkid edilməsi heç bir şəkildə mümkün deyil.
Lakin bəzən darvinizm təhlükəsinin tam olaraq fərqində olmayan, darvinist diktatorluğun təzyiqi altında əzilən, işindən və kariyerasından uzaqlaşmağı gözə ala bilməyən, ətrafındakı insanların hamısı inandığı üçün təkamülə inanan kimi görünmək məcburiyyətində qalan insanlar da olur. Əgər bir insan, həqiqətən vicdanlıdırsa və vicdanının özünə doğru olanı göstərdiyini bilirsə, içində olduğu bu səhvdən dərhal dönməlidir. Səhvdən dönmək üçün heç vaxt gec deyil.
Bəhsi keçən mübahisə proqramlarında və buradakı yazılarda da əsl göstərilmək istənən şey budur: Elmin göstərdiyi həqiqət, Allahın Qüdrətli sənətidir. İnsanlar, bu əhəmiyyətli həqiqətə inanmağa dəvət edilirlər. Bu həqiqəti görmək insanlara böyük hüzur, xoşbəxtlik və nemət gətirəcək. İnsanları elmi daha yaxşı anlamağa, daha təfərrüatlı araşdırmağa sövq edəcək. Elmin gətirdiyi həqiqətlər də Allahın yaratmasının necə təcəlli etdiyini görmələrini təmin edəcək. Allah sevgisiylə, Allah eşqiylə öyrənilən elm, gözəllik, şövq və xoşbəxtlik qaynağı olacaq.
Allah, yoxdan var edəndir. Ən uca adlar Onundur. Şübhəsiz ki, Qüdrətli Allahın, bizim zikrimizə, tərifimizə və imanımıza ehtiyacı yoxdur (Allahı tənzih edirik). O, təriflənmişdir, ucadır. Rəbbimizi tərifləyib ucaltmağa, Ona inanıb zikr etməyə ehtiyacı olan yalnız insandır. Bu səbəbdən Allaha qarşı qürrələnmə, yalnız insanın öz əleyhinə səydir. Qüdrətli Allah ayəsində belə buyurur:
“Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”.” (İbrahim surəsi, 8)
Rəbbimiz başqa ayələrində isə belə bildirir.
Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir. Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc surəsi, 64-65)