Fransa dedikdə ilk olaraq "siyasətdə razılaşma mədəniyyətinə sahib olan, qarışıq idarəetmə formasının müntəzəm işlədiyi və əsrlərdir mükəmməl bir demokratiyanın hakim olduğu bir ölkə" təsəvvürə gəlir. Halbuki Fransadakı vəziyyət heç də zənn edildiyi kimi deyil.
İlk 4 respublika modelindən razı qalmayan və bir hərbi çevrilişlə 5-ci respublika modelinə keçən ölkə son 67 ildə 10 dəfə konstitusiya dəyişikliyinə baş vurub. Bütün bu dəyişikliklərə baxmayaraq, son 30 ildir ki, qarışıq idarəetmə forması tez-tez kilidlənir və rejim sanki iflic olur.
Fransa inqilabından sonra ölkə yüz il ərzində demokratiyadan uzaq qaldı.
Fransa 1789-cu il inqilabından sonra krallıq rejiminə son qoydu. Qısa müddətə bir neçə idarə üsulu yoxlandıqdan sonra 1799-cu ildə respublika quruluşuna keçildi. Lakin bu demokratiya macərası hələ başlamadan əvvəl 1804-cü ildə Birinci İmperatorluğun elan edilməsi ilə sona çatdı. Napoleon Bonapartın özünü imperator elan etməsi ilə başlayan bu dövr 1815-ci ildə yenidən krallığa qayıdana qədər davam etdi. 1830-cu ildə isə İyul Monarxiyası dövrünə keçid oldu. Avropanı bürüyən 1848-ci il inqilabları nəticəsində ölkədə 2-ci respublika quruldu. Bu respublika da hakimiyyəti ələ keçirən III Napoleonun özünü imperator elan etməsi ilə 1852-ci ildə sona çatdı və ölkə bu dəfə də 2-ci imperatorluq dövrünə girdi. Fransanın Prussiyaya məğlub olduğu 1870-ci il 3-cü respublikanın elan olunduğu tarix oldu. İkinci Dünya Müharibəsində nasistlərin Fransanı işğal etməsi və müharibənin sonunda almanların məğlub olması ilə ölkədə 4-cü respublika bərqərar oldu.
Hərbi çevriliş və De Qollun başa keçməsi
Dördüncü respublika dövründə Fransa müstəmləkələrində baş verən azadlıq hərəkatları ilə ölkədə daxili çaxnaşmalar başladı. Xüsusilə də Əlcəzairdəki azadlıq hərəkatı bu ölkədə vəzifələndirilmiş fransız zabitlərinin hökumətin apardığı siyasətə qarşı çıxmalarına səbəb oldu. Əlcəzairdəki zabitlər Fransa hökumətinin yanlış siyasətinin bu müstəmləkə ölkəsini itirməsinə səbəb olacağını bildirərək 1958-ci ildə üsyan etdilər. Korsikada Milli Selamet Komitəsini qurdular və Pyer Pflimlen kabinetini tanımadıqlarını açıqladılar. Bu ağır təzyiq nəticəsində hökumətin müqaviməti qırıldı və baş nazir istefa etdi. Hərbçilərin istəyi ilə 1946-cı ildə səlahiyyətlərinin az olduğunu hesab edərək baş nazirlikdən istefa edərək xəlvətə çəkilmiş, II Dünya Müharibəsi qəhrəmanlarından general Şarl de Qoll başçı təyin edildi. Beləliklə, de Qoll əvvəldən bəri tək adam və hədsiz səlahiyyətlərlə Fransanı idarə etmək arzusuna çatdı.
De Qoll 1 iyun 1958-ci ildə parlamentdən 224-ə qarşı 329 səslə etimad qazandı. 4-cü respublikanın son parlamenti de Qoll üçün qəbul etdiyi 2 qanunla tarix səhnəsindən silindi. Nəticədə 4-cü respublika məclis və hərbi çevrilişlə devrilərək 5-ci respublika elan edildi. Ölkədə qarışıq idarəetmə forması qəbul olundu.
Arxasında hərbi güc olan de Qoll və hökuməti hal-hazırki diktatorların səlahiyyətlərini geridə qoyan iki qanunla gücləndirildi. Bu qanunlardan birincisi də Qoll hökumətinə altı ay ərzində “hədsiz səlahiyyət” verilməsi idi. Nə qədər də bu hədsiz səlahiyyətlər “hökumətin parlament qarşısında siyasi olaraq məsuliyyət daşıdığını, qanunvericiliklə icra hakimiyyəti arasında qüvvələr müxtəlifliyi prinsipinin əsas götürülməsi, Fransa İnqilabının əsasını təşkil edən 1789-cu il İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi ilə 1946-cı il konstitusiyasının “başlanğıc” bölməsində bildirilən əsas hüquq və azadlıqların müdafiəsi yolunda məhkəmənin müstəqil qalması hökmlərinə bağlı qalmaq” kimi şərtlərlə verilmişsə də, mühit tamamilə çevriliş mühiti idi və demokratiya müddətli olaraq təxirə salınmışdı.
Hökumət qanunvericilik səlahiyyətlərini də üstünə götürdüyü bu müddət ərzində Fransa üçün vacib hesab etdiyi bütün tədbirləri həyata keçirmək gücünə sahib oldu. İkinci qanun isə de Qoll hökumətinə qanunvericilik səlahiyyətindən sonra təsis etmək imkanlarını da təmin etdi. Başqa sözlə desək, hökumət parlamentin konstitusiyanı təsis etmək səlahiyətini də öz üzərinə götürdü. Buna görə də hal-hazırki konstitusiya de Qollun çevriliş nəticəsində əldə etdiyi və sanki diktatorluq imkanlarına çatdığı dövrdə təsis edilmiş konstitusiyadır. Nəticədə qarışıq idarəetmə forması Fransada demokratiyanın inkişaf etməsi ilə xalq tərəfindən seçilərək yaranmadı. Hakimiyyəti əlinə almaq istəyən hərbçilərin zor tətbiqi ilə yuxarıdan aşağı gətirildi.
De Qolldan sonra qarışıq idarəetmə forması işləməyib
De Qollun istefası və ondan sonra gələn Pompidunun 1974-cü ildə ölümündən sonra Fransa siyasəti bir-birinə girdi. D’Esten, Mitteran, Şirak, Jospen, Balladur Fransanı tək əldən idarə edəcək prezident səlahiyyətləri üçün mübarizəyə başladılar. Sağcı Şirak d’Esteni partiya rəhbərinə qarşı dəstəkləyərək prezident etdi. Sonra o ikinci dəfə seçilməsin deyə qazana bilməyəcəyini bildiyi halda namizəd oldu və səslərini bölüb sosialist Mitteranın qalib olmasını təmin etdi. Beləliklə, Şirak sosialist prezident Jiskarın məğlub olmasını və onun xələfi olan Mitteranın seçilməsini təmin etdi. Mitteran isə əvvəlcə partiyasından olan Rokardı baş nazir etdi. Ancaq onu özünə təhlükə kimi görərək cəld vəzifədən azad etdi. Sol cəbhənin baş nazirlərindən Pyer Bereqovua korrupsiya cinayətlərində adının hallanması, intiqam və xəyanət dolu siyasi çəkişmələrə görə intihar etdi.
Bundan sonrakı dövrdə Fransa yeni bir terminlə tanış olmağa başladı: Kohabitasiya. Yəni müxtəlif siyasi qrupların prezidentliyi və baş nazirliyi paylaşmaları ilə meydana gələn çəkişmə-kilidlənmə dövrləri. Sosialist prezident Mitteranla sağçı baş nazir Şirak dövründə, 1986-1988-ci illər arasında, yenə Mitteanla sağçı baş nazir Balladur dövründə, 1993-1995-ci illər arasında, prezident Şirakla sosialist baş nazir Jospen dövründə, 1997-2002-ci illər arasında Fransa siyasi mədəniyyəti də, qarışıq idarəetmə forması da tamamilə iflic oldu. Şirak 1995-ci ildə Jospeni keçərək prezident oldu. Lakin Jospen iki il sonra məclisin səs çoxluğunu qazanaraq, rəqibi Şiraka özünü baş nazir təyin etdirdi. Fransızlar xüsusilə Şiraq-Jospen dövrü üçün ölkədə baş verənləri “İflic Dövrü” adlandırmışlar.
Bu dövrlərdə məclis prezidentlərin istədiyi qanunları vermədi, ölkədə iki başlılıq yarandı, bir çox siyasi böhran baş verdi. Kilidlənən və işləməyən bu sistemi dəyişdirib altıncı və yeni respublikanın elan edilməsinin vacibliyini dilə gətirən ziyalıların sayı heç də az deyildi.
Göründüyü kimi, Fransa prezidentli sistemi heç bir rahatlıq gətirməmişdir. Ölkə 40 ildir ki, iqtidarı ələ keçirmək istəyənlərin siyasi oyunlarına meydan olur.
Fransa iqtisadiyyatı qarışıq idarə forması ilə inkişaf etmədi
Son günlərdə dilə gətirilən “Fransız qarışıq idarəetmə forması ilə ölkədə nizam yaradıldı və beləliklə, Fransa 6-cı böyük iqtisadiyyat səviyyəsinə çatdı” iddiası da həqiqətləri ifadə etmir. Fransa krallıq, imperatorluq, müstəmləkəçi dövrlərindən bəri böyük bir iqtisadiyyata sahibdir. Krallıq dövrü olan 1820-ci ildə dünyanın 5-ci böyük iqtisadiyyatı idi. Üçüncü respublikanın elan edildiyi 1870-ci ildən qarışıq idarəetmə formasının elan edildiyi 1950-ci illərə qədər də dünyanın 7-ci böyük iqtisadiyyatı olaraq qarşımıza çıxır. Hər şeydən əvvəl Fransa zənginliyini 1700-cü illərdən sonra başlatdığı müstəmləkə dövrünə borcludur. Kənd təsərrüfatında Avropa birincisi olan ölkə sənayeləşmədə də irəlidədir. Çünki ölkə dəmir və kömür mədənləri baxımından çox zəngindir. Neft, qızıl, boksit, mis baxımından da Fransa zəngindir. Bununla yanaşı, Dünya Mübaribələrindən sonra Amerikadan böyük dəstək və yardım almışdır. Fransa əsrlərdir ki, müstəmləkələri sayəsində ucuz işçi qüvvəsini təmin etmişdir. Faiz və maliyyə sistemini əlində saxlayan böyük ailələr 18-ci əsrdən bəri Fransanı məskən tutmuşlar.
http://en.wikipedia.org/wiki/List_of_regions_by_past_GDP_(PPP)
İqtisadi zənginləşmənin səbəblərini araşdıranda isə qarşımıza çox fərqli bir vəziyyət çıxır. Hal-hazırki böyük iqtisadiyyatların arxasında gizlənən əsas səbəblər uğurlu idarə formaları və ya səmərəli istehsal modelləri deyildir. Dünyanın ən böyük iqtisadiyyatlarının ən əsas sirri dünyanın böyük bir hissəsini xüsusi olaraq kasıblaşdıraraq istismar edilməsidir. Buna görə də müəyyən ölkələrin inkişafına və iqtisadi cəhətdən güclənməsinə icazə verilmişdir. Dünya “Yoxsulluq lobbisi və faiz lobbisi” bütün dünyanın zənginləşməsinə imkan verməmişdir.
http://www.harunyahya.org/tr/Makaleler/198687/Dunya-Fakirlik-Lobisi-
Dünyada ən az 300 milyon kölə əsrlərlə ölümcül vəziyyətdə işləməyə məcbur edilmişdir. Yüzlərlə ölkə işğal edilmiş, qeyri-insani həyat şərtlərinə məcbur edilərək zənginlikləri istismar edilmişdir. Bizim xalqımız isə Osmanlı dövründə də müstəmləkəçi zənginliyin arxasınca qaçmamışdır.
Digər tərəfdən, BMT-nin beş daimi üzvü olan ABŞ, Rusiya, Fransa, İngiltərə və Çin ən çox silah satan ölkələrdir. Silah sənayesi bu dövlətlərin zənginliklərini daha da artırır.
Bizim istədiyimiz iqtisadi inkişaf Allah’ın izni ilə, qəlbində Allah qorxusu, Allah sevgisi, vətən, millət eşqi olan mənəviyyatlı kadrlarla və halal yollarla olacaqdır.
Nəticə
Fransa üsulu qarışıq idarəetmə forması, tamamilə de Qoll üçün seçilərək dizayn edilmiş bir modeldir. Keçmiş general Şarl de Qoll de fakto bir məclis çevrilişi ilə rəhbərliyi ələ keçirdikdən sonra ölkəni tək başına idarə edə biləcəyi konstitusiyanı tərtib etdirmişdir. Etibar etdiyi hərbi, siyasi və ictimai dalğanın da təsiri ilə bu konstitusiyanı referendumda təsdiqlətmişdir. Sistemin bu dövrdə işləməsinin bir səbəbi də ölkənin vətəndaş müharibəsinə qədər gəlib çatdığı bir vəziyyətdə çevrilişlə tətbiq olunmasıdır. Xalqın başqa bir seçimi olmamışdır. Bu dövrü ölkəmizdəki 12 sentyabr və 1982-ci il konstitusiyasının qəbulu dövrünə bənzətmək mümkündür.
Fransada baş verən oxşar hadisələr bu gün prezidentli idarəetmə forması ilə idarə edilən Cənubi Koreya, Braziliya, Argentina, Çili başda olmaqla bütün Afrika, Asiya və Latın Amerikası ölkələrində də yaşanmışdır. Bu ölkələrdə də konstitusiyalar mülki-hərbi çevrilişlərlə tərtib edilmişdir.
Prezidentli sistemin ən geniş yayılmış ünsürləri çevrilişlər, hərbi idarəetmələr, yerli namizədlərin prezidentli sistem adı altında ölkələrini sanki zor tətbiqi ilə idarə etməsi, dövlətin mafiyalaşması, mafiyanın dövlətə hakim olması, sui-qəsdlər, gizli cinayətlər, demokratiyanın dayandırılması və totalitar rejimlər olaraq qarşımıza çıxır.
Fransa Avropa demokratiya mədəniyyətinin içində yaşadığına görə bu dövrləri ən az zərərlə keçirmiş kimi görünür. Lakin Yaxın Şərq başda olmaqla digər ölkələrdə demokratiyaya keçmək heç vaxt təmin edilə bilməyib. Avropanın içində demokratiya Aİ tərəfindən diqqətlə və güclü təzyiqlə qorunur. Lakin digər ölkələrin Aİ kimi bir “nəzarət mexanizmi” qurmaq imkanı yoxdur. Məsələn, Şanqay ölkələrində demokratiyaya nəzarət, qəbul edilmiş insani meyarlar və yüksək demokratik hədəflər olmadığına görə hamısı mafiya dövləti vəziyyətindədir. Buna görə də demokratik rejim olaraq ifadə edilən prezidentli sistemlər həmişə diktatorluq halındadır. Türkiyənin tətbiq etdiyi parlamentli sistemdə isə belə bir təhlükənin meydana gəlmə ehtimalı yoxdur.