SARKOZİ: “ÖZÜMÜZÜ DİNDƏN MƏHRUM ETMƏK DƏLİLİKDİR VƏ MƏDƏNİYYƏTİMİZ İLƏ DÜŞÜNCƏMİZƏ QARŞI SƏHV ETMİŞ OLARIQ”
Aydınlanmanın, yəni materializmin və din əxlaqına qarşı fəlsəfi axınların, çıxış yeri və sanki mərkəzi olaraq qəbul edilən Fransa, çox gözəl və müsbət dəyişiklik dövrünü yaşayır. Bu böyük mədəni dəyişiklik Hörmətli Adnan Oktarın nəhəng əsəri “Yaradılış Atlası”nın Fransaya çatması ilə başladı. Yaradılış Atlası ilə tanış olan fransızlar, Atlasda yer alan və darvinizmi elmi olaraq yerlə bir edən gerçəkləri gördükdən sonra, təxminən bir əsr yarımdır aldadılmış olduqları gerçəyini qavrayıb din əxlaqına yönəlməyə başladılar. Bu yönəlişin ilk göstəricilərindən biri, “Science Actualités” adlı Fransız elmi saytı tərəfindən aparılan anket oldu. Bu anketin nəticələrinə görə, bir zamanların ən darvinist ölkəsində fikri bir inqilab reallaşmış və darvinizmə inanların sayında ciddi bir eniş yaşanmışdı.
Anketdə, insanların təkamüllə meydana gəlmədiyinə inananların nisbəti 92%, təkamülə inananların nisbəti isə 5% olaraq çıxdı. Fransız mətbuatında və internet saytlarında yer alan xəbərlər isə, xüsusilə gənc əhalinin Yaradılış gerçəyinə inanıb müdafiə etməyə başladığını və bu dəyişiklikdə Hörmətli Adnan Oktarın elmi işlərinin böyük təsiri olduğunu ortaya qoydu. Bir çox fransız qəzet və jurnalında, “Yaradılış Atlası”nın Fransaya çatması “Fransız tarixinin ən böyük məğlubiyyəti olaraq” xarakterizə edilərkən, məşhur “Politis” jurnalı çox əhəmiyyətli bir nöqtəyə diqqət çəkməkdə idi: Bu da Fransız məktəblərində başlayan dəyişiklik və Fransız gəncliyinin oyanışı idi. Jurnalın, 18-24 oktyabr 2007-ci il tarixli sayında sərlövhə mövzusu “DARVİNƏ QARŞI YARADILIŞÇI HÜCUM” idi. Və xəbərdə “Yaradılış Atlası”nın ölkədə yayılmasının ardından, universitet tələbələrinin artıq təkamül nəzəriyyəsini araşdırmağa başladığı ətraflı olaraq izah edilirdi:
“Universitetlər bu vəziyyəti çox gec dərk etdilər. Şagirdlərinin bir gün özlərinə bu suallarla (təkamül nəzəriyyəsini çürüdən suallar) hücuma keçəcəyini heç gözləmirdilər”.
Bir Paris liseyində həyat və yer elmləri müəllimi olan Adeline Lecot isə mövzu haqqındakı düşüncələrini Fransanın tanınmış elm jurnalı “Science et Vie”yə (dekabr 2007) belə danışırdı:
“... (təkamülə) qarşı çıxışları əvvəlkinə görə daha kəskinləşdi. İki sinfimdə çox qatı beş anti-təkamülçü şagirdim var. Bəziləri çox yaxşı şagirddirlər. CAVABLARINI, İNTERNETDƏ TAPDIQLARI HARUN YƏHYAYA AİD DƏLİLLƏRİ İSTİNAD ALARAQ DAHA CƏSARƏTLİ ŞƏKİLDƏ DƏLİLLƏNDİRİRLƏR”.
“Le Figaro”nun (18 oktyabr 2007) mövzu ilə əlaqədar şərhi isə belə idi:
“İllərdir ABŞ-ı yandırıb yaxan insanın yaradılışı müzakirəsi, FRANSIZ MƏKTƏBLƏRİNİ DƏ SİLKƏLƏMƏYƏ BAŞLADI”.
Bir əsrdən çoxdur dinsizliyin və din əxlaqından uzaq həyatın mərkəzi olan Fransanın yaşadığı köklü dəyişikliyin ən son göstəricilərindən biri isə Papanın Fransa ziyarəti əsnasında yaşananlar oldu. “Le Figaro”da, “Notr Damda gənclərin coşğusu” başlığı ilə verilən xəbərdə, FRANSADA 50.000 GƏNCİN PAPANI DİNLƏMƏYƏ GƏLDİYİ deyilirdi.
“Ürəyinizi açın”, “Yaşıdlarınıza gözəl söz deyin”, “Allaha şahid olun”, “Qorxmayın, cəsur olun” şəklində afişalar daşıyan 50 min gənc, Papanın danışığından sonra da bütün gecəni dua edərək keçirdi. Ertəsi səhər isə, Notr Dam kilsəsinin qarşısında 250.000 adam vardı.
Bütün bunlardan başqa, Sarkozininn Papanı Elysee Sarayında qəbulu əsnasında etdiyi açıqlamalar da olduqca əhəmiyyətli idi. Qəzetlərdə, “Sarkozi inanclı bir insan olduğunu yenidən vurğuladı” şəklində şərh edilən bu hadisə, həm Sarkozinin son zamanlarda çox diqqət çəkən dinə və dindarlara qarşı hörmətli, Allaha qarşı sevgi dolu açıqlamalarını, həm də dünyəvilik mövzusundakı düşüncələrini yenidən gündəmə gətirirdi. Sarkozi danışığında bunları söylədi:
“Televiziyada katolik din adamları ilə görüşündə inanclı bir insan olduğunu təkrarlayan və ekran qarşısında xaç işarəsi edən Sarkozi isə, fikir atası olduğu “müsbət dünyəvilik” anlayışını Papa hüzurunda bir daha müdafiə etdi. Sarkozi belə danışdı: “FRANSA XRİSTİAN KÖKLƏRİNİ QƏBUL EDİR. DÜNYƏVİLİYƏ HÖRMƏT ÇƏRÇİVƏSİNDƏ DİNLƏRLƏ DİALOQ QURMAQ DEMOKRATİYA ÜÇÜN QANUNİDİR. ÖZÜMÜZÜ DİNDƏN MƏHRUM ETMƏK DƏLİLİK VƏ MƏDƏNİYYƏTİMİZ İLƏ DÜŞÜNCƏMİZƏ QARŞI SƏHV OLAR. Buna görə buna müsbət dünyəvilik demişdim”.
Fransız mətbuatında, “Sarkozinin dinin ictimai sahədəki rolunun artmasını müdafiə etdiyi” şəkilində yayılan xəbərdə, Sosialist senator Jean Luc Melenchonun “Fransa dövləti tarixində ilk dəfə bir papa ilə Fransa prezidentinin ortaq mövqe mənimsədikləri” şərhinə də yer verildi. Xəbərlərdə, Sarkozinin dünyəvilik və din əxlaqı ilə bağlı açıqlamaları belə sıralanır:
SARKOZİ:
“FRANSA XRİSTİAN KÖKLƏRİNİ QƏBUL EDİR. DÜNYƏVİLİYƏ HÖRMƏT ÇƏRÇİVƏSİNDƏ DİNLƏRLƏ DİALOQ QURMAQ DEMOKRATİYA ÜÇÜN QANUNİDİR”.
“Zaman” qəzeti, 13 sentyabr 2008
“Le Figaro” qəzeti, 13 sentyabr 2008
“Radikal” qəzeti, 13 sentyabr 2008