Təhrif olunmuş Tövratı əzbər bilən və dindar yəhudi olan Xristofor Kolumbun ən böyük arzusu Qüdsdəki Süleyman məbədini bərpa etmək idi. O, həyatının ən vacib qərarını verib yola çıxarkən macəra arxasınca qaça bilərdimi? Klassik izahatlarda tez-tez rast gəlinən pul və şöhrət ehtirası bu cür abid – zahid bir yəhudinin belə bir səfərə nə üçün çıxdığını açıqlamaq üçün yetərli sayıla bilərmi? Şübhəsiz ki, xeyr. Kolumbun "müqəddəs və sionist" məqsədi müxtəlif yəhudi qaynaqlarında vurğulanır. David M. Einhorn belə deyir: "Kolumb Yeni Dünya üçün ayrılırdı. Əslində, Yeni Dünyanın varlığını əvvəlki araşdırmalardan bilirdi. Əsas məqsədi isə güclü yəhudi dostları üçün bir yer tapmaq idi". “Amerikan The New Republic” jurnalında dərc olunan məqalədə yəhudi tarixçisi Simon Vizental da Kolumbun İspaniyadan sürgün edilən yəhudilərə yeni yurd tapmaq üçün yola çıxdığını bildirirdi. Buna görə də, Kolombun əsas məqsədlərindən biri Osmanlı (yəni İslam) əleyhinə cəbhə yaratmaq və Qüdsdəki Müqəddəs Süleyman məbədini bərpa etmək üçün maliyyə əldə etmək idi:
Kolumbun səfərinin məqsədləri:
1. Xristian Kral Presviter İoanna çataraq Osmanlıya qarşı ikinci cəbhə yaratmaq.
2. Müqəddəs yerləri xilas edərək Süleyman məbədini yenidən inşa etmək... Kolumbun 1481-ci ildə tutduğu gündəliyində İosif Flaviydən hissələr var. Flaviyin qeydləri arasında “Ophir” ölkəsindən (Qızıl ölkə) bəhs edilir. O, zəngin qızıl yataqları olan bu ölkədən çıxaracağı qızıl və almaz ilə Süleyman məbədini bərpa etməyi düşünürdü.
Bunlar Kolumbun səfərinin əhəmiyyətli metafizik ölçü olduğunu göstərir. Bunun bəzi işarələri də vardır. "Yəhudi Ensiklopediyası" Kolumbdan bəhs edərkən, onun yola çıxarkən maraqlı bir yəhudi ənənəsini də tətbiq etdiyini bildirir: Kolumb bütün hazırlıqların tamamlanmasına baxmayaraq, bir gün də əlavə gözləmişdir. Ensiklopediya Kolumbun yola çıxmaq istəmədiyi günün yəhudi təqviminə görə Ov ayının doqquzu gününə təsadüf etdiyinə diqqət çəkir. Çünki Ov ayının doqquzu günü Süleyman məbədinin dağıdıldığı gündür və həmin gün yəhudilər oruc tutaraq məbədin dağılmasının yasını tuturlar. Kolumb müqəddəs səfərinin tarixini də müqəddəs yəhudi və Süleyman məbədi ilə əlaqədar ənənələrinə görə təyin etmişdir. Məbədin dağıdıldığı günü dini qaydalara uyğun olaraq yas tutaraq keçirən Kolumb səhəri gün Yeni Dünyaya doğru istiqamət götürmüşdür...
Kolumbun Yeni Dünyaya qədəm qoyduğu 12 oktyabr 1492-ci il tarixi də yəhudi təqvimində əhəmiyyətli gün hesab edilir: 21 Tişri 5253, yəni Sukkotun son günü, Xoşana raba. Bununla, Kolumbun iki böyük hədəfinin olduğu ortaya çıxır: yəhudilər üçün yaxşı torpaq tapmaq və yeni qənimətlər əldə edərək Məsihin yer üzünə çıxış əlaməti sayılan Süleyman məbədini inşa etmək üçün güc toplamaq... Kolumbun səfərini kimlərin təşkil etdiyini, kimlərin bu iş üçün "lobbi" qurduqlarını araşdırdığımızda isə səfərin müqəddəs məqsədlər üçün təşkil edilmiş mütəşəkkil və planlı bir hərəkət olduğu aydın olur.
Kolumbun arxasındakı yəhudilər
Kolumbun səfəri bir gündə qərar verilmiş bir səfər deyildi və ola da bilməzdi. Çünki okeana çıxaraq Qərbə doğru irəliləmək son dərəcə riskli iş idi. Kral və Kraliçanın buna icazə verməsi, bu iş üçün maliyyə ayırmağı qəbul etməsi "lobbi" səylərinin nəticəsində olmuşdu. Kral və xüsusilə də Kraliçanı Kolumbu dəstəkləməyə razı salanlar isə yəhudilər idi. Kolumbun ən böyük dəstəkçiləri (görünüşcə xristianlığı qəbul etmiş yəhudi) olan Luis de Santaqnel, Qabriel Sançez və don İshak Abrabanel idi. Bundan başqa, Kolumb yəhudi olan Avraam Ben Şmuel Zakutonun çəkdiyi astroloji xəritələrindən və onun şagirdi olan başqa bir soydaşının - Jozef Veçinhonun astroloji xəritələrindən, istiqamət tapma cihazlarından faydalandı. Bu şəxslərə baxdığımız zaman maraqlı həqiqətlərlə qarşılaşırıq...
Santaqnel Kralın xəzinədarı idi və Kolumbu Kralın qarşısına çıxaran, sonra da onun lehinə Krala təlqinlər edən ən mühüm şəxs idi. Santaqnel Kolumbun səyahətinin maliyyəsi üçün lazım olan pulu özünün asanlıqla tapa biləcəyini Kral və Kraliçaya söyləyərək, onları razı saldı. Həqiqətən də Kolumba xəzinədən 1.140.000 maravedi verərək səfərin maliyyəsini təmin etdi. Kolumb səfərindəki hadisələrlə əlaqədar ilk məktubunu da ona yazdı.
Qabriel Sançez isə İspaniyanın iki krallığından biri olan Araqonun xəzinədarı idi. O da Kolumbu maliyyə cəhətdən təmin edirdi. Kolumbun səfər ilə əlaqədar məktub göndərdiyi ikinci adam da o idi.
İshak Abrabanel isə Kolumba kömək edənlər içində ən mühüm adam idi. Çünki Kolumba çox maliyyə dəstəyi verən Abrabanel, bu köməyindən əlavə, hadisənin metafizik ölçüsünü də hesablayanların başında dururdu. İspaniyadakı yəhudi cəmiyyətinin nümayəndələrindən biri olan Abrabanel məşhur Kabbalist ravvinlərindən olan Jozef Avraam Hayyundan Kobalist və Talmud (yəhudilərin qanun kitabı) təhsili almışdı. (Kabbala: Yəhudi mistisizminin qaynağı. Qərbi elmlərin əsas qaynaqlarından biri kimi qəbul edilir). Abrabanel 1484-cü ildə ölkədə vergi toplamaq işinə nəzarət edirdi. Əhəmiyyətli işlərindən biri Qranadadakı (İspaniya) müsəlmanlara qarşı aparılan döyüşləri maliyyələşdirmək idi. Müsəlman qırğını ilə bitən döyüş Abrabanel tərəfindən verilən 1.5 milyon qızıl duka sayəsində qazanılmışdı. Abrabanel bu siyasi işlərini görərkən, bir tərəfdən də Məsihin gəlişi ilə əlaqədar Kabalistik işlərlə maraqlanırdı. Məsihin zühurunun yaxın olduğunu qarşıya qoyan üç kitab yazdı: Mayeni ha-Yeshuah, Yeshuot Meshiho ve Mashimia Yeshuah. Bu kitablarında Məsihlə əlaqədar kəhanətləri araşdırır və bunlar üzərində şərhlər edirdi.
Məsih gəldiyi zaman bütün yəhudilərin vəd edilmiş torpaqlarda yaşayacağını və Məsihin bütün millətləri İsrailin suverenliyi altında birləşdirəcəyi ilə müjdələdi. Avraam Ben Şmuel Zakuto isə Kolumbun səfərinə Kabalistik güclər qatan başqa bir şəxs idi. Dövrün ən əhəmiyyətli astroloji mütəxəssisi olan Zakuto, eyni zamanda, Kabalist mövzusunda mütəxəssisləşmiş yəhudi idi. Orta əsrlərin ən böyük yəhudi filosofu olan Maimonidesin işlərini və məşhur Kabalist çalışması Sefer ha-Kabbalahı araşdırmışdı. Bunlardan ilham alaraq astrologiya ilə əlaqədar Sefer ha-Yuhassin adlı kitabını yazdı. Kolumb Zakutonun astroloji tapıntılarından faydalanaraq dənizdə yolunu tapmış, hətta bunun sayəsində Yeni Dünyadakı yerlilərə günəşin tutulmasını xəbər verərək onları metafizik gücü olduğuna inandırmışdı. Zakutonun işlərindən faydalanan başqa bir səyyah isə Vasko da Qama oldu. Qamanın səfərinin maraqlı tərəfi də, gəmidəki yol göstəricilərin - xəritəçilərin və tərcüməçilərinin çoxunun yəhudi olması idi.
Zakuto işlərində Zohar və Aqqadah kimi kabalistik yəhudi ənənələrindən istifadə edir və səyahətə çıxan yəhudi dənizçilərə dəstək olurdu. O, işlərinin xristianlarla mübarizə aparan yəhudilərə kömək edəcəyinə ümid etdirdi.
Zakutonun şagirdi olan Jozef Veçinho da yəhudi idi və Yeni Dünyaya səfərə çıxmazdan əvvəl soydaşı olan Kolumbun yanına gedərək onunla tanış olmuş və ona ustası Zakutonun çəkdiyi xəritələri və özünün təkmilləşdirdiyi astronomik vasitələri vermişdi.
Bunlar, Kolumbun çıxdığı səfərin arxasında böyük bir irq həmrəyliyi olduğunu göstərir. Bunun iki böyük məqsədi vardı: Süleyman məbədini yenidən bərpa etmək güc qazanmaq və yəhudilər üçün "yaxşı bir yer" tapmaq. Elə də oldu. Kolumbun kəşf etdiyi "Yeni Dünya" yəhudilər üçün "yaxşı bir yer" və strateji mərkəz oldu.