Benin, Burkina-Faso, Çad, Ekvatorial Qvineya, Qabon, Qvineya, Fildişi Sahili, Kamerun, Komor adaları, Konqo, Mali, Niger, Mərkəzi Afrika Respublikası, Seneqal, Toqo və Yuxarı Volta...
Vətəndaş müharibələri, aclıq və yoluxucu xəstəliklər səbəbindən ölən, əzilən və çətin vəziyyətdə yaşayan, lakin yeraltı sərvətləri ilə çox zəngin olan bu Afrika ölkələrinin ümumi cəhəti Fransanın keçmiş müstəmləkəsi olmasıdır.
Afrikanın bu səhra ölkələrində hələ yeraltı sərvətlər kəşf edilməzkən, Fransa 1960-cı illərdə qəbul etdiyi bir qərarla bu ölkələrin müstəqilliyini tanıdı. Fransanın bu qərarı qəbul etməsinin əsas səbəbi bu ölkələrin insan mənbələrinə ehtiyacı qalmaması və bu ölkələrin daxili işləri ilə məşğul olmağın yüksək maliyyə tələb etməsidir.
Fransa bu ölkələrə siyasi müstəqillik verərkən, yenicə azadlıqlarına qovuşan bu ölkələri mümkün olan qarşıdurmalarda çətin vəziyyətə düşməməsi üçün iqtisadi cəhətdən nəzarət altında saxlamağa çalışmışdır.
Fransa hələ də Cibuti, Seneqal, Qabon, Çad, Mərkəzi Afrika Respublikası və Fildişi Sahilində 6 hərbi baza saxlayaraq Afrikada nüfuzunu davam etdirir. Bu bazalardan başqa Fransa hər cür iqtisadi çətinliyə baxmayaraq, maliyyə dəstəyi üçün 3000 fransız əsgəri göndərdi, lakin əsgərlərini nəzərdə tutduğu tarixdə geri çəkə bilmədi. Mərkəzi Afrika Respublikasında 400 əsgərini 1400-ə qaldırmaq qərarına gəldi. Konqo, Burundi, Ruanda və Somalidə də fransız əsgərləri vardır.
Fransa ilə keçmiş müstəmləkələri arasında ciddi bir iqtisadi və strateji əlaqələr mövcuddur. Nüvə enerjisi bunlardan biridir. Fransa ölkədəki elektrik enerjisinin yüzdə yetmiş beşdən çoxunu nüvə enerjisi ilə təmin edir. Buna görə də Niger və qonşusu Mali Fransa üçün həyati əhəmiyyət kəsb edir. Fransa iqtisadiyyatı ilə 1945-ci illərdə qurulan və keçmiş müstəmləkələrdən ibarət olan Frank İttifaqı (CFA: Communautte Financiere Africaine) iqtisadiyyatları bir-birinə bağlı yaşayırlar. Bu ölkələrin Fransanın nəzarətindən kənar iqtisadi və ya siyasi həmlə etməsi çox çətindir. Yazımıza başlayarkən sadaladığımız ölkələrin hamısı CFA frankı istifadə edir və iqtisadi cəhətdən Fransa ilə birgə hərəkət edirlər.
CFA üzvləri əldə olunan razılaşmalara görə valyuta ehtiyatlarını öz ölkələrinin mərkəzi banklarında deyil, Fransa Milli Bankında saxlamağa məcburdurlar. 1945-1973-cü illər arasında valyuta ehtiyatlarının 100%-ni Fransada saxlamağa məcbur idisə, bu nisbət 1973-cü ildə 65%-ə, 2005-ci ildə aparılan qarşılıqlı razılaşmalarla 55%-ə endirildi. Bu 55%-lik nisbətin üzərinə əlavə 15%-lik valyuta da zəmanət fondu adı altında Fransada tutulur. Eyni zamanda bu ittifaq üzvlərinin ölkə sərhədindən kənarda əldə etdikləri bütün gəlirlər də Fransa Milli Bankında saxlanılır. Yəni bu ölkələrin valyuta gəlirlərinin 90%-lik hissəsi Fransadadır. Eyni zamanda bu ittifaqa üzv olan ölkələrin qızıl ehtiyatları da Fransada saxlanılır.
Keçmiş müstəmləkələrin Fransada 300 milyarddan çox pulunun olduğu təxmin edilir. Frank bölgəsi ölkələri valyuta xərcləmədən bütün pullarını Fransaya yönləndirirlər. Pula ehtiyacları olanda burdakı puldan götürməli olsalar, Zəmanət Fondundakı pulu götürürlər, lakin bunun üçün də Zəmanət Fondundan istifadə etdiklərinə görə faiz ödəyirlər.
CFA olaraq adlandırılan bu iqtisadi birliyin qurulma və sözləşmə bəndlərinə əsasən üzv ölkələrin bu ittifaqı tərk etmələri sərbəstdir. 1960-cı ildən bu günə qədər Afrikanın 26 ölkəsində, 16-sı keçmiş fransız müstəmləkəsi olmaqla 67 hərbi çevriliş həyata keçirildi. Bu çevrilişlərin əsasını isə əsasən avropalı legioner əsgərlər təşkil edirdilər.
Bu gün Fransada, xüsusilə də, milətçi hadisələrlə yanaş,ı mühacirlərə və müsəlman əhaliyə qarşı təzyiq yüksəlsə də böhrandakı Fransanı bu arzu olunmayan, dəyərsiz görünən cəmiyyətlər ayaqda saxlayır. Xüsusilə də, keçmiş müstəmləkələrin Fransa Milli Bankında olan pulları Fransa üçün həyati əhəmiyyətə sahibdir.
Fransa əhalisi yaşlı və yüksək gəlir səbəbindən rahat həyat şəraitinə vərdiş etmişdir. Ölkə böhranda olmasına baxmayaraq, həftəlik iş saatları ən az olan ölkələrdən biridir. Halbuki, xüsusilə də son vaxtlarda ölkədə arzu olunmayan müsəlman əhali dinamik, gənc və işləməyə ehtiyacı vardır. Avropanın ən sıx 3-cü müsəlman cəmiyyəti Fransada yaşayır. Müsəlmanlar ölkə əhalisinin 10%-inə bərabər olan 6 milyon rəqəmi ilə kritik bir əhəmiyyətə sahibdir.
Əgər Fransa gələcəyini işıqlandırmaq, bundan da çox problemlərlə məşğul olmaq istəmirsə, ilk öncə ölkəsindəki mühacirləri və müsəlmanları razı salmalıdır. Radikal terror təşilatları ilə mübarizədə görəcəyi tədbirlərlə müsəlmanların haqlarını yeməkdən səylə çəkinməli, onları çox yaxşı qorumalıdır. Françafrique olaraq adlandırılan siyasətlərinə düzəlişlər edərək “istifadə etmək” yox, “birgə yaşamaq” prinsipinə əsasən daha insansevər bir vəziyyətə gətirilməlidir. Əgər Fransa siyasətini bu istiqamətdə dəyişdirməsə, yəqin ki, Fransanın başı hələ çox ağrıyacaq.
Adnan Oktarın Urdu Times-da yayımlanan məqaləsi