Yəmənlilər ədalətin, gözəl əxlaqın və dürüstlüyün hakim olduğu bir həyata layiqdirlər. Yəməndə bunun ən çox əhəmiyyət qazandığı sahələrdən biri isə siyasətdir. Çünki siyasətçi çox izdihamlı bir insan cəmiyyətinin məsuliyyətini öhdəsinə götürən, özündən çıxış yolu və xidmət gözlənilən bir insandır. Bu şəxs ədalətlə hökm verməli, insanlar arasında ayrıseçkilik etməməli, ehtiyac içində olan insanları görüb dərhal bu ehtiyacları təmin etməyə çalışmalıdır. Xidmət edərkən hər zaman mütəxəssis kadrlarla birlikdə çalışmalı, işi əhlinə verməlidir. Axsaqlıqları, getməyən və tıxanan nöqtələri dərhal görməli, bu mövzularda həddindən çox həll üsulları göstərməməli, sürətli manevrlər edə bilməlidir. Təcili olanı görə bilməli və xidməti gecikdirmədən yerinə yetirməlidir.
Lakin dövrümüzdə siyasət bəzi insanlar üçün bir xidmət sahəsi deyil, mənfəətə əsaslanan bir iş qoluna çevrilmişdir. Siyasətdə məqsəd sadəcə məqam əldə etmək və bu məqamı hər şərt və vəziyyətdə qorumaq, mümkünsə daha üstün məqamlara çıxmaqdan ibarətdir. Belə olan təqdirdə isə hədəfə qovuşmaq üçün edilən hər cür saxtakarlıq, əxlaqsızlıq normal qarşılanmağa başlanır.
Dünyanın hər ölkəsində belə hadisələrlə qarşılaşmaq mümkündür. Vəzifəsindən sui-istifadə edənlərin, bazarı yönləndirərək şəxsi mənfəətini təmin edənlərin yüzlərlə örnəyi var. Məsələn, diktatorluqla idarə edilən bir çox ölkədə xalq çox böyük bir səfalət içində yaşayıb, aclıq, susuzluq və yoluxucu xəstəliklərlə mübarizə apararkən, başdakı idarəçilər çox böyük bir zənginlik və rifah içində yaşayırlar. İraqdakı, Suriyada və Tunisdəki keçmiş rəhbərlik sistemləri bu mövzuda çox açıq örnəklərdir. Zairənin keçmiş lideri Mobutu xüsusi təyyarəsi ilə hər ay Fransadan bərbərini gətizdirərkən, xalqı tək bir çörək üçün küçələrdə boğuşur. Mobutu ölkəsinin bütün yeraltı və almaz qaynaqlarını mənimsəmiş, qərb ölkələrinin istifadəsinə vermiş, lakin qəbilə qarşıdurmaları içində mübarizə aparan xalqını görməzlikdən gəlmişdi.
Bu cür rəhbərlik sistemlərinə Quran əxlaqının yaşanmadığı mühitlərdə rast gəlmək mümkündür. Çünki dinin olmadığı bir mühitdə insanlar üçün ədalətin, yardımlaşmanın, mərhəmətin, sevginin, hörmətin, dürüstlüyün bir mənası yoxdur, hər kəs öz mənfəəti üçün cəhd edir və bu mövzuda çox həris davranır. Allah bir ayəsində bu insanların yaratdıqları təhlükəyə belə diqqət çəkmişdir:
O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.(Bəqərə surəsi, 205)
Göründüğü kimi, Qurana təslim olunmadığı müddətcə, yuxarıdakı ayədə bəhsi keçən insanlar var olacaqlar. Halbuki, vicdanlı və Allah'dan qorxan insanların idarə etdiyi bir ölkədə heç kimin başqa birinə haqsızlıq etməsinə icazə verilməz, hər cür ehtiyac təmin edilər, davamlı yeni xidmətlər və həll üsulları təşkil edilər.
İslam əxlaqını yaşayan insanlar hər cür xidməti qarşılıqsız edirlər. Allah rizası üçün edilən xidmətin, əməyin, yardımın qarşılığı isə dünyada deyil, axirətdə gözlənir. İnsanlar Allah'ın dinini təbliğ etmək üçün göndərilən elçilərə tarix boyu bəzi iftiralar atmışlar. Elçilərin insanları Allah'a ibadət etməyə, dini yaşamağa dəvət etmələrinin arxasında həmişə başqa bir səbəb axtarmışlar. Ayədə elçilərin qövmlərinə bunu xatırlatdıqları bildirilir:
Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız?(Hud surəsi, 51)
İqtidardakı rəhbərliklərin ətrafında olan mənfəətçi qruplar arasındakı münasibətlər sıx-sıx dünya siyasətində gündəmə gələn bir mövzudur. Bu mənfəətçi qruplar Yəməndə olduğu kimi, bəzən tayfalar şəklində, bəzən mafiya, bəzən də çoxmillətli şirkətlər şəklində mövcud ola bilir və ya Yaxın Şərqdə sıx-sıx göründüyü kimi, liderin ailəsi və yaxın qohumları da mənfəətçi qrupa çevrilə bilir.
İslam əxlaqının yaşanmadığı, məqam və vəzifələrin xüsusiyyət və bacarıqlara görə müəyyən edilmədiyi belə ölkələrdə əhəmiyyətli bir məqama çatan şəxsin edəcəyi şey də dərhal yaxınlarını, tanışlarını ən yuxarı vəzifələrə gətirmək, onları qorumaq və inkişaf etdirmək olur. Bu səbəbdən də bir çox partiya və siyasətçi üçün “kadrlaşma” fəaliyyətləri çox böyük əhəmiyyət daşıyır. Yenə millətin mənfəəti düşünülmür, xidmət birinci planda yer almır, şəxsi və siyasi seçimlər ön plana çıxır. Bu anlayışın bir nəticəsi olaraq da xidmət ehtiyac içində olan şəhərlərdə, kəndlərdə deyil, seçim bölgələrində çoxalır. Bir kəndin elektriki, suyu yox ikən və ya daha başqa təcili ehtiyacları varkən, onun bu ehtiyacını ödəmək yerinə, kampaniyaya dəstək verəcəyi düşünülən çevrələrin ehtiyacı, mənfəətləri güdülür.
Göründüyü kimi, istər Yəmənin, istərsə dünyanın başqa bir guşəsində olsun, Quran əxlaqının yaşanmaması dünya şərtlərində ola biləcək hər cür azğın hərəkətə göz yuman rəhbərlik sistemlərinin varlığının da səbəbidir.
Məhz bütün bu azğın anlayışların, əxlaqsızlıqların əsl səbəbi din əxlaqının yaşanmamasıdır. İnsanlar Allah'dan qorxmadıqları üçün ədalətli, mərhəmətli və vicdanlı davranmırlar. Axirtədə hesab verəcəklərini düşünmədikləri üçün hər cür zülmü və əxlaqsızlığı edə bilirlər. Buna görə belə bir zülm mühitini dağıtmaq, insanları aydın və parlaq bir gələcəyə qovuşdurmaq istəyən hər insan Quran əxlaqını yaşamalı və yaşatmalıdır. Allah'ın gözəl əxlaq mövzusundakı əmrlərinin insanlara çatdırılması, bunların yaşanmasının təşviq edilməsi, əks davranışlardan isə bütün insanların çəkindirilməsi hər müsəlmanın üzərinə düşən ən böyük vəzifələrdən biridir. Bunu görməzlikdən gələn və ya üzərinə düşən vəzifələri ertələyən, məsuliyyətlərini başqalarının üzərinə atan şəxslər axirətdə bu laqeydliklərinin hesabını verməməkdən çəkinməlidirlər.
Adnan Oktarın National Yemen'də nəşr olunan məqaləsi:
http://nationalyemen.com/2014/07/14/political-life-in-yemen/