“Dəngə” TV, 3 iyul, 2008
Adnan Oktar: …Kürd problemi tamamilə süni şəkildə ortaya çıxarıldı, mənim uşaqlığımda, gəncliyimdə bir çox kürd dostum var idi. Heç kimin ağlından belə keçməzdi. Bizim kürd qohumlarımız olmuşdur. Kimsənin ağlından keçməzdi. Mənim ustadım Səid Nursi həzrətləri kürddür. Canım kimi sevirəm. Çox möhtəşəm bir insandır. Bu əsrin ən mükəmməl insanıdır. Ən böyük alimlər yenə kürdlərdən çıxmışdır. Kürd alimlərdən çıxmışdır. Türkiyənin ən gözəl əxlaqlı, ən əfəndi insanlarındandır kürdlər. Yəni qonaqpərvərdirlər, sevgi doludurlar. Hörmətdən çox zövq alırlar. Ləyaqətli insandırlar. Bütün Anadolu xalqı belədir ümumiyyətlə. Amma mən həqiqətən kürd qardaşlarımda bunu lap çox gördüm. Çox əfəndi və dindardır ümumiyyətlə; Anadolu xalqı kimi çox dindardır onlar da. Ancaq içlərindən əhəmiyyətli alimlərin çıxması çox vacibdir. Bu Allahın bir işarəsidir. Ona görə mən kürd qardaşlarımı canım kimi sevirəm. Çox hörmət edirəm. Bütün Türkiyə kimi, bütün Türk aləmi kimi, bütün İslam aləmi kimi onların da rahatlamasını, hüzur içində olmalarını, iqtisadi rifah içərisində olmalarını və evlərində, bağçalarında, tarlalarında hüzur içində yaşamalarını çox istəyirəm.
“Ərzincan Can” TV, 14 iyul, 2008
Adnan Oktar: O belə həll edilir. Deyilir ki, “Dünyəvilikdən dönmək əsla mümkün deyil. Marksistlər, ateistlər, ŞİƏSİYLƏ, SÜNNİSİYLƏ, KÜRDÜYLƏ, ÇƏRKƏZİYLƏ, LAZIYLA HAMIMIZ BİR QARDAŞIQ. Bir bütünük. Bunun belə olduğu qətidir. Hər kəsin hüququ, qanunu çox ciddi qorunacaq…
”MardinKanal 47”, 28 iyul, 2008
Adnan Oktar: Hamısı, Şanlıurfa, Diyarbəkir, Siirt, Tillo məsələn, Səid Nursi Həzrətlərinin vətənidir. Orada mənim canım qardaşlarımın olduğunu bilirəm. Hamısını çox sevirəm. ORADAKI KÜRDLƏR, ƏRƏBLƏR, SEYİDLƏR, TÜRKLƏR, LAZLAR HAMISI, MƏNİM QARDAŞIMDIR VƏ MƏNİM ÜÇÜN HAMISI TÜRKdür. Hamısı mənim qardaşımdır, canımdır. EYNİ BAYRAĞIN ALTINDA, TƏK MİLLƏT OLARAQ, TƏK VÜCUD OLARAQ İNŞALLAH, QARDAŞIQ. Amma Allah bizi qövm-qövm yaratmışdır, Quranda da var, bir çox qövmdən də ola bilərik; heç bir fərqi yoxdur. Üstünlük ancaq təqva ilədir. Allah qatında da ən yaxşı olanınız deyir Cənabi-Allah; şeytandan Allaha sığınıram ən təqva olanınızdır deyir. Bütün məsələ təqva olmaqda və səmimi olmaqdadır. Allah, şeytandan Allaha sığınıram, “Ancaq səmimi olan qullarım xilas olar” deyir. Mənim oradakı qardaşlarım hər qövmdən ola bilər, mənə nə. Mən onların gözəl əxlaqına baxıram və bu bayraq altında, bu vətənin vətəndaşı olaraq “mən türkəm” deyir, mən o adamın alnından öpürəm. Yəni mövzu bitmişdir. |