Dünya miqyasında tanınmış ingilis xəbər agentliyi "Reuters" 16 may 2011-ci il tarixində Paris bürosundan Tom Heneghanın "Müsəlman Yaradılışçılar Darvin əleyhinə Fransa səyahətində" başlıqlı məqaləsinə yer verib. Xəbərdə cənab Adnan Oktarın Fransada Darvinizmi ifşa edən fəaliyyətlər və bunun davamı olaraq Fransadakı konfranslar silsiləsi mövzularına toxunulub. Fransada Darvinistlərin düşdüyü təşvişi təsvir edən xəbərdən əsas məqamlar belə oldu:
Fransanı ilk dəfə qorxutduqdan dörd il sonra müsəlman yaradılışcılar təkamül əleyhinə çıxışlar etmək və Quranın müasir elmi kəşfləri əvvəlcədən bildirdiyini bəyan etmək üçün təkrar olaraq ölkəni gəzirlər ...
İslami yazar Harun Yəhyanın tələbələri həftə sonu Parisdəki İslami mərkəzlərdə dörd ayrı konfrans verdilər və bundan əlavə başqa şəhərlərdə altı konfrans verməyi planlaşdırırlar ...
Müsəlman dünyasının ən əsas yazçılardan biri olan Harun Yəhya 2007-ci ildin yanvar ayında "Yaradılış Atlası" adlı əsərini ölkənin hər bir yerindəki məktəblərə və kitabxanalara çatdırmaqla Fransanı lərzəyə salmışdı.
Təhsil Nazirliyi məktəb müdürlərinə768 səhifədən ibarət olan, parlaq şəkillərlə dolu və bütün canlıların eynilə hal-hazırkı halları ilə Allah tərəfindən yaradıldığını ifadə edən asan oxunaqlı bu böyük kitabın bütün nümumələrinin toplanması və gizlədilməsi təlimatını vermişdi. Bunun ardınca yaradılışçı izahlar ilə təkamül nəzəriyyəsinə meydan oxuyan kiçik, amma getdikcə sayı daha da artan tələbə qrupunun öhdəsindən necə gələcəkləri barədə təlimçiləri öyrətmək üzrə xüsusi bir seminar verdilər ...
2007-ci il oktyabr ayında fransızların dəstəyi ilə Avropa Şurası "Yaradılış Atlası"ndakı yaradılışçı fikirləri elmə və insan hüquqlarına qarşı dini bir hücum olaraq elan etdi ...
Harun Yəhya son illərdə ardıcıl kitablar yazaraq bu düşüncənin - Yaradılış İnancının Yaxın Şərq xaricindəki, xüsusilə beş milyon müsəlman ilə Avropanın ən böyük İslami azlığını ehtiva edən Fransa kimi ölkələrə də yayılmasını təmin etdi.
Fransada az saydakı Müsəlman məktəblərindən biri olan "La Reussite"də çıxış edən Əli Yaradılış Atlasının zorla toplanılmasının 1930-cu illərdə nasistilər tərəfindən həyata keçirilən kitab yandırılması hadisələrinə bənzətdi ...
Adnan Oktar 2008-ci ildə "Reuters"ə Hz. İsanın (ə.s.) gəlişi üçün hazırlıq apardığını söyləmişdi və Hz. İsanın 25 il ərzində, İslamı dünyada hakim etmək və Dəccaliyəti ortadan qaldırmaqda Mehdiyə kömək edən bir müsəlman olaraq yer üzərinə qayıdacağını söyləmişdi ...
YARADILŞCI CƏRƏYANIN İKİNCİ DALĞASI
... İkinci mərhələ yanvarda, Paris, Marsel, Lion və müxtəlif şəhərlərdə konfranslarla başladı. Qrup Danimarka, İsveç və Hollandiyada bu ay bənzər konfranslar planlaşdırır ...
La Reussite" konfransında bir müəllim ...
"Müsəlman bir məktəb olaraq bizə müzakirələrdə istifadə edə biləcəyimiz dəyərli materiallar təmin edən insanlar olduğunuz üçün çox minnətdarıq ... Bu, bizim və qürurumuz üçün çox əhəmiyyətlidir"
dedi.
Eyni Xəbər bir çox qəzet və İnformasiya saytında da yayımlandı. Bunlardan bir neçəsi ...
Kanadanın ən böyük gündəlik qəzetlərindən The Vancouver Sun
Harun Yəhya 12 may 2011-ci ildə İstanbulda mətbuat konfransına qatıldı. Fransanı lərzəyə salmasından dörd il sonra ilk dəfə olaraq müsəlman yaradılışcılar təkamülə qarşı izahlarla və Quranın bir çox müasir kəşfi əvvəlcədən bildirdiyini izah edərək ölkəni gəzirlər.
Ərəb dünyasının lider televiziyalarından "Al ArabiyaTV"nin İngiliscə buraxılan xəbər saytı:
"Tapın görək, fransız siniflərinə kim geri qayıtdı? Əlbəttə ki, Misyö Darvin deyil, yaradılışcılardır."