Dərhal səfərbərlik elan edilməlidir. Qısa müddət ərzində əsgər sayının artırılması və əsgərlərin Cənub-şərqdə, şəhər içində də cəbhə boyu düzülməsi PKK-ya böyük zərbə olacaq.
PKK-ya qarşı mübarizədə ən diqqət çəkən adlardan biri olan Adnan Oktar ''PKK bəlasına qarşı təcili alınmalı tədbirlər'' başlıqlı əhəmiyyətli məqalə dərc etdi. Məqalədə ən diqqət çəkən məsələlərdən biri təcili səfərbərlik elanıdır, həmçinin, məqalədə Türkiyədəki təhsil sistemi haqqında da əhəmiyyətli açıqlamalara yer verilir.
PKK ilə müzakirə prosesi adlanan proses də PKK-nın əsla silahı tərk etməyəcəyini, daha da güclənərək və silahlanaraq hücumlarına yaxın zamanda yenidən başlayacağını, şəhərlərdə silah yığıb əsgərlərini yenilədiyinə və şəhər daxilində qurularaq sahə hakimiyyətini təmin etdiyini daima dilə gətirmişdik. Bu müddət ərzində bəzi xəbərdarlıqlarımızın nəzərə alınmaması indiki dövrdə ölkəmizin qarşılaşdığı dəhşətli vəziyyəti ortaya çıxarıb. Lakin, əlbəttə, heç bir şey üçün gec deyil və türk dövləti PKK terror təşkilatını susduracaq və onu yolundan döndərəcək olduqca böyük gücə malikdir. Lakin keçmişdəki rifah sistemini bərpa edə bilmək üçün PKK hücumlarının yenidən başladığı bu günlərdə aşağıdakı tədbirlər təcili şəkildə alınmalı və tətbiq edilməlidir.
“Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”.(Ənfal surəsi, 60)
Əsl problem: Təhsil sistemi
Çar rejimi Rusiyada hakim və güclü bir sistem ikən, Lenin və yanındakı bir neçə tərəfdarın müdafiə etdiyi marksist zehniyyət ciddi bir təhdid olaraq görünməmişdi. Lakin bu zehniyyət gözlənilməyən bir anda çar rejimini dağıdacaq, bütün Rusiyaya kommunizmi hakim edəcək və milyonlarla şəxsin ölümünə səbəb olacaq şəkildə gücləndi. Bunun ən böyük səbəbi Lenin və tərəfdarlarının azğın da olsa bir ideologiyaya sahib olmaları, Çar Rusiyasının isə sayca çox şəxs tərəfindən dəstəklənməsinə baxmayaraq, hərhansı bir ideologiyanın olmaması idi.Kommunist-anarxist PKK-nın da fəaliyyətlərinə kiçik bir jurnal çıxararaq başladıqlarını xatırlayaq.
Stalinist ideologiya ilə ortaya çıxmış bu azğın təşkilat indi daha da qüvvətlənmiş, ABŞ-dan dəstək alan vəziyyətə gəlmişdir. Bunun tək səbəbi isə təşkilatın azğın da olsa, bir ideologiyaya sahib olması və bu ideologiya üçün vuruşmasıdır.Millətimizin izdihamlar şəklində türk bayraqları ilə terrora qarşı birlik nümayişləri keçirməsi gözəldir.
Lakin Türkiyədə fəlsəfi və ideoloji mənada bir mübarizə şəkli olmadığı müddətcə, PKK kimi təşkilatlar bu izdihamlardan təsirlənməyəcəklər. Çünki marksizm onsuz da daima izdihama, əksəriyyətə meydan oxuyub. Belə ki, qarşılarındakı sayca çox olan cəmiyyət marksist terroristlərə mane olmaq üçün kifayət deyil.
Terroristlərə mane olmaq, daha doğrusu zehinlərindəki yanlış inancı tamamilə yox etmək ancaq ideoloji bir çalışma ilə mümkündür. Marksizmin ideoloji mənşəyi tamam saxtakarlıq olan darvinizmdir. Darvinizmin isə elmi dəlillərlə çökdürülməsi çox asandır. Lakin çox təəssüf ki, ölkəmizin məktəblərində darvinizm adətən bir gerçəkmiş kimi öyrədilir və PKK-nın dağda aldığı təhsili öz uşaqlarımız məktəblərdə alır. PKK siə bu səbəbdən müdafi etdiyi azğın fəlsəfədən şübhə etmir, öz müdafiə etdiyi fəlsəfənin məktəblərdə demək olar ki, hər dərsdə elmi bir gerçəkmiş kimi öyrədildiyini görür. Bu dəhşətli vəziyyət PKK-nın ideologiyasını yox edəcək bir gənclik yetişdirmək bir yana qalsın, əksinə onlara dəstək olur. Verilən bu təhsil nəticəsində Türkiyədə universitetlərimizin böyük əksəriyyəti solçuluğa meyillidirlər.
Bu mövzuya diqqət verilməlidir. Türkiyənin başında bir bəla var. Bunun başlıca səbəbi dərslərdə “atamız mikrob” deyilməsi, canlıların yaradılışının təsadüflərlə olduğunun iddia edilməsidir. Yəni açıq şəkildə “Allah yoxdur” deyilir və Allaha meydan oxunulur. (Allahı tənzih edirik) Bu davam etdiyi müddətcə Allah ölkəmizin üzərindəki bu böyük bəlanı götürməyə bilər. Məktəblərdə təkamül bir liberal təhsil olaraq öyrədilməyə davam edə bilər, amma mütləq elmi dəlillər ilə buna cavab da verilməlidir.Tələbələr təkamülün bir cəfəngiyyat olduğunu, heç bir yönləndirmə olmadan sadəcə fosillərə və digər elmi dəlillərə baxaraq anlaya bilməlidirlər.Təkamülə elmi cavab vermək bacarığına sahib olmadığı üçün altdan-altdan təkamülə təslim olmuş və ya “təkamül qalmışdır ki?” deyərək bir kənara çəkilmiş şəxslər bu elmi mübarizəni həyata keçirə bilməzlər.
Bunun üçün həmin elmi mübarizəni haqqı ilə aparacaq şəxslər fəaliyyətdə olmalıdlrar. Bunun üçün daima dəstəyimiz hazırdır.
Yenə bunun üçün məktəb tədrisində ediləcək dəyişiklik ilə birlikdə TRT-nın və dövlətin bütün nəşr orqanlarının da xüsusilə fəaliyyətə keçməsi və bu elmi çalışma üçün bütün imkanlarının səfərbər edilməsi gözlənilir. Gənclərimiz ancaq və ancaq marksist ideologiyaya elmi olaraq cavab verə bildikləri, milli və mənəvi dəyərləri güclü şəkildə yetişdirildikləri müddətcə PKK-nın ideologiyasına qarşı çıxa bilərlər. PKK da ancaq və ancaq ideologiyası məhv edildiyi təqdirdə sona çatacaq.
Unudulmamalıdır: Bir terroristin həyatı çətindir. O geniş imkanlarla, zənginliklə, gələcəyinə dair vədlərlə aldadılmamışdır. Onu terrorist edən tək səbəb ona verilən və inandığı azğın fəlsəfədir. PKK bu təhsil fəlsəfəsinə hər əlinə düşən fürsətdə təhsil düşərgələri və təbliğatlarla davam edir. Türk dövləti çox sürətli davranmalı və ideologiya ilə cavab verəcək bir sistem formalaşdırmalıdır. Əks təqdirdə PKK-nın sabit mənada yox edilməsi mümkün olmayacaq.
“Dağlar hərəkət edən qum yığını olacaq” ayəsi Qəndil dağı üçün də keçərlidir.
Adnan Oktarın 18 avqust 2015-ci il tarixli A9 reportajından
Adnan Oktar: Mənə Qəndilin dağlarını göstər.
Bəli, bu cür dağlıq, amma hər yeri mağara deyil, hər yerində mağara yoxdur, bir hissəsi düz dağlar. Sıldırımlı qayaların olduğu sahə ayrı, yəni mağaraların olduğu bölgələr ayrıdır. Oraları bircə əməliyyatla dümdüz, buxar edəcəksən.
Dövlət, hökumət PKK problemini bu dəfə kökündən həll etsin. O boyda Silvana 700 nəfər nə deməkdir. Allah, Allah. Lazımdırsa 7000 nəfər, lazımdırsa 70 min nəfər göndər. Bax, “bilən bilir” deyir. “Cənab Adnan Oktar olacaq dedisə, demək ki, o Qəndil düzənlik olacaq” deyir. “Çünki infrastruktur üçün lazımi araşdırma aparılmış və işlər görülmüşdür” deyir.
Bir daha göstər. Bir bildiyimiz olmasa, söyləmərik.
Böyük dağın yarısı gedir, dağ yeriməyə başlayır. “Didilmiş yun kimi” deyir ayədə, görürsənmi? “Rəngli yunlar kimi olacağını” deyir. Rəngarəng, sarı, qara, ağ, tam bir yun topası kimi, elə deyilmi? Qoyun yununa bənzəmirmi? Eynilə qoyun yunu, ayədə də eynisini söyləyir. Hamısında bir rəng ahəngi yaranır.
Şeytandan Allaha sığınıram: “Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. “ (Qariə surəsi / 5)
Şeytandan Allaha sığınıram: “Ve tekûnul cibâlu kel’ ıhnil menfûş.” “Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. (Qariə surəsi / 5)
Bir də göstər.
Allah deyir ki, “Dağları hərəkətə keçirəcəyimiz gün.” Bax, dağlar yeriyir və “rəngli yunlar kimi dağılacaq” deyir. Baxın, görürsünüz. “Dağlar hərəkət edən qum yığını olacaq” deyir. Bax, bu qum yığını, görürsünüzmü? Bax, qum yığını, amma eynilə qoyun yunu kimi, elə deyil? Ayədə açıqlandığı kimi, eynilə qoyun yunu, təbii ki rəngli, “rəngli yunlar kimi” deyir. Eynisi, baxan qoyun yunu zənn edər.
“Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. “ (Qariə surəsi / 5)
“O gün Biz dağları hərəkətə gətirəcəyik.” (Kəhf surəsi / 47)
“Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.” (Nəbə surəsi / 20) Yəni bir görüntü.
“Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. “ (Qariə surəsi / 5) Məhz o gün gəldi artıq, inşaAllah. Bir də qiyamətdə olacaq.
http://www.sonyorumhaber.com/haber/gundem/adnan-oktardan-pkkyi-bitirecek-acil-onlemler-/23260.html