Suriya, İraq, Türkiyə və İrana yayılmış kürdlər Yaxın Şərqdəki qarşıdurma mühitindən ən çox zərər görən xalqlardan biridir.
İstər İraqda, istər də Suriyada ərəb millətçiliyi və kommunizmi əsas alan BƏƏS rejimləri uzun illər kürdləri yox saydı, hətta qətliamla nəticələnən bir şiddət tətbiq etdilər. “Birlik, azadlıq və sosializm” şüarı ilə yola çıxan BƏƏS partiyasının hədəfi Yaxın Şərqdə tək bir ərəb dövləti qurmaqdı. BƏƏS rəhbərləri kürdlər kimi ərəb olmayan ünsürləri həmişə bu hədəflərinin önündəki bir maneə olaraq gördü. Bu səbəbdən Suriyadakı kürdlər yox sayıldı, təzyiqçi rəhbərlik onlara bir kimlik verməyi belə çox gördü. İraqdakı BƏƏS rəhbərliyinin 1988-ci ildə Hələbdə kürdlərə qarşı zəhərli qaz istifadə edərək gerçəkləşdirdiyi qətliam isə hələ də hafizələrdədir.
Türkiyədəki kürd vətəndaşların ötən illərdə yaşadıqları sıxıntılar da BƏƏS-ə bənzər kommunist bir dərin dövlət zehniyyətinin məhsuludur. Türkiyədə həyata keçirilən istintaq nəticəsində İstanbul 13. Ağır Cəza Məhkəməsi bunun silahlı bir terror təşkilatı olduğuna hökm etdi. İddia haqqında son qərarı Ali Məhkəmə verəcək, mühakimə edilənlərin hamısını Türkiyənin keçmişində yaşananlardan məsul tutmaq əlbəttə mümkün deyil. Lakin Türkiyənin yaxın keçmişi qaranlıq kommunist bir dərin dövlət sisteminin başda kürdlər olmaqla, bütün millətimizə çəkdirdiyi əzablarla doludur... Əsl qəribə olan isə PKK terror təşkilatının da iddia edilən Ergenekon sistemi lə ideoloji olaraq qohum olmasıdır. PKK-nın marksist-leninist-stalinist bir təşkilat kimi əsas məqsədi kommunist kürd dövləti qura bilməkdir. İddia edilən Ergenekon terror təşkilatı da Türkiyədəki bütün radikal sol təşkilatları təşkil edən əsas sistemdir.
PKK ortaya çıxdığı gündən bəri həmişə leninist terror metodlarını istifadə etdi: Kürdlərin haqlarını müdafiə etdiyi iddiasında olan PKK terror təşkilatı əksərən kürdlərin yaşadığıc cənub-şərqi Anadoludakı sahələrə hücum etdi, mühəndisləri və işçiləri qaçırdı, iş maşınlarını yandırdı. Məktəblərə hücum edib müəllimləri şəhid etdi, məktəbləri, kursları yandırdı. Bölgədə xidmətdə olan polis və əsgərləri şəhid etdi.
PKK bu hərəkatları edərkən kommunist lider Leninin “Bizi maraqlandıran fakt silahlı mübarizədir... bu mübarizə şəxslərə, liderlərə, ordu və polislərə sui-qəsd etməyi hədəf alır”1) şəklindəki strategiyasını əsas alırdı. Onsuzda PKK lideri Öcalan da məsum insanları qətl etməyi bir təbliğat üsulu olaraq gördüyünü belə açıqlamışdı:
“…Bu mövzuda Ho Shi Minh, l944-cü illərdən əvvəlki Vietnam şərtlərində;...Nə bir partizan döyüşünü və nə də xalqın ayaqlanmasını başlada bilərik. Lakin bunları hazırlamaq üçün silahlı təbliğat aparmağa ehtyiacımız vardır” deyir. (2)
BƏƏS, iddia edilən Ergenekon və ya PKK və bütün kommunist sistemlərin silahlı mübarizəni normal görmələrinin yeganə səbəbi darvinizmdir. BƏƏS də iddia edilən Ergenekon da PKK da işçilərinə darvinizmi öyrətmək üçün böyük diqqət göstərmişdir. Belə ki, kommunist liderlər Darvinin fikirlərini çox bəyəndiklərinə dair bir çox fikir bildiriblər. Məsələn, Stalin: “Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik:
(3) Mao isə Çin sosializminin təməli, Darvinə və təkamül nəzəriyyəsinə əsaslandığını söyləmişdir.(4)
Eyni şəkildə PKK terror təşkilatının lideri Abdullah Öcalan da təkamül nəzəriyyəsinin qurucusu Çarlis Darvinə və onun saxta nəzəriyyəsinə olan heyranlığını sıxlıqla dilə gətirir. Bunlardan biri belədir:
“Dialektikanın bu qanununda olan teziz və antitezis sintezdə varlıqlarını daha zəngin şəkildə davam etdirir, bütün kainat bu qanunu təsdiq edir.” (5)
Kommunist təşkiların düşərgələrində, məktəblərində darvinizm təhsili alan işçilərin zehnində darvinist baxışı sürətlə yerləşir. Darvinist-materialist təlimdən keçirilən şəxs həyatı bir mübarizə sahəsi, insanı isə bir heyvan olaraq görməyə başlayır. Əxlaqi dəyərləri, dini inancları, şəfqət, mərhəmət, sevgi, fədakarlıq kimi uca dəyərləri - haşa - bir zəiflik və xəstəlik olaraq qəbul edir. Bu azğın inanca görə bir insanı ödürmək təbii seçimin- yəni güclü olanın ayaqda qalmaq üçün zəif olanı aradan qaldırması fikrinin –adi bir üsuludur. Darvinizimin saxta ideoloji qanunlarına bir inanc sistemi olaraq bağlanmağa başlanılır. Bu təməl forma təmin edildikdən sonra artıq o şəxsi əlinə silah verib qarşıdurmaya göndərmək asandır. Zehninə yerləşmiş bu azğın inancla leninizmin tələbini yerinə yetirəcək. Ya öldürəcək, ya da öləcək. Bu fikri onsuz da ideologiya olaraq qəbul etmişdir, son dərəcə də asan görür və asan tətbiq edir. Elə bu anlayış səbəbindən Yaxın Şərqdə BƏƏS-çilər kürdləri, PKK türkləri rahatlıqla öldürə bilmişdir.
Əİ partiyası hökuməti iqtidara gəldiyindən indiyə qədər kürd mənşəli vətəndaşlarımıza haq və azadlıqlar gətirən tənzimləmələr edir. Məsələn yaxın keçmişə qədər kürd kəlməsini istifadə etmək belə mümkün deyilkən, bu gün kürdcə dövlət televiziyası mövcuddur. Belə ki, PKK Anadoluda və Şimali İraqda silahlı qüvvələri ilə hazır vəziyyətdə dayanıb və əvvəlkindən daha çox qan tökəcəyinə dair təhdidlər etməyə davam edir. İstər Türkiyə, istər bölgənin digər ölkələri PKK ilə mübarizənin sadəcə silah ilə mümkün olmadığını artıq bilməlidir. BƏƏS kimi, iddia edilən Ergenekon kimi, PKK kimi təşkilatlar silahla, qınamalarla, aciz bir siyasət ilə yenilməz. İdeologiya yalnız və yalnız fikir və ideologiya ilə yenilər. Başqa heç bir yolu yoxdur. Bunun üçün anti-darvinist və anti-materialist elmi fəaliyyət göstərilməlidir. Dünyanın, demək olar ki, hər yerindəki təhsil qurumlarında kommunist ideologiyanın təməl dayaq nöqtəsi olan təkamül nəzəriyyəsi məcburi olaraq öyrədilir. Darvinizim durduqca kommunist təhlükə də varlığını davam etdirəcək. Bəladan qurtulmaq üçün tək şərt darvinizmi tamamilə fikri olaraq yox etməkdir. Həmçinin unudulmamalıdır ki, anti-darvinist elmi fəaliyyətlər sadəcə Türkiyədəki deyil, dünyadakı kommunist təhlükəni aradan qaldıracaq.
İstinadlar:
1. Vladimir I. Lenin, 30 Eylül 1906, Proletari, Nr. 5, erisyay@kurtuluscephesi.com
2. Abdullah Öcalan, Seçme Yazılar, 1. cilt, s. 21
3. Kent Hovind, The False Religion of Evolution, http://www.hsv.tis.net/….ke4vol/evolve/ndxng.html
4. Mehnert, Kampf um Mao’s Erbe, Deutsche Verlags-Anstalt, 1977
5. Bölücü örgüt lideri Abdullah Öcalan’ın 2004 yılında yayınlanan, “Bir Halkı Savunmak” isimli kitabının “Doğal Toplum” bölümünden alıntı
Adnan Oktarın Daily Mail'də yayımlanan məqaləsi: