“MƏNİM QƏLBİM TƏMİZDİR” DEYƏRƏK DİNİ MƏSULİYYƏTLƏRİNİ TƏXİRƏ SALANLAR BÖYÜK SƏHV  EDİRLƏR
ucgen

“MƏNİM QƏLBİM TƏMİZDİR” DEYƏRƏK DİNİ MƏSULİYYƏTLƏRİNİ TƏXİRƏ SALANLAR BÖYÜK SƏHV EDİRLƏR

861
Allah insanlara dünya həyatının qısa və keçici bir imtahan yeri olduğunu bildirmiş, bu müddət ərzində Öz əmr və tövsiyələri istiqamətində hərəkət etmələri lazım olduğunu onlara xəbər vermişdir. Hər insan Allahın Quranda əmr etdiyi ibadətləri yerinə yetirməklə məsuldur.
Ancaq bəzi insanlar Allahın özlərini məsul etdiyi ibadətləri tətbiq etməmək üçün bir çox bəhanələr uydururlar. Ən çox istifadə etdikləri isə ürəklərinin təmiz olduğu və bu səbəblə də başqa bir şey etmələrinin lazım olmadığı istiqamətindəki bəhanədir.
Halbuki "ürək təmizliyi"nin yeganə ölçüsü Qurandır. Bir insan ancaq Quranda bildirilən ürək təmizliyini yaşayırsa təmiz ürəkli sayıla bilər. Əks halda bir insanın fərdi dəyər və mühakimələri istiqamətində özünü təmiz ürəkli elan etməsinin bir qiyməti yoxdur.
Quran əxlaqına görə ürək təmizliyi və səmimiyyətin ən əhəmiyyətli göstəricisi isə Allahın əmr və tövsiyələrini məmnuniyyətlə yerinə yetirməkdir. Quranda bildirilən əxlaqı tam olaraq tətbiq etməyən adam deməli, Allahdan lazımi qədər qorxub çəkinmir. Lazımi qədər Allahdan qorxub-çəkinməyən və "ürəyim təmizdir" deyərək dindən və Qurandan uzaq qalanların axirətdə çox peşman olacaqları açıq bir həqiqətdir. Çünki cənnətə ancaq Allahın Quranda təmiz ürəkli və səmimi olaraq bildirdiyi insanlar girəcək ki, onlar da Allahın əmr və tövsiyələrini əksiksiz yerinə yetirən, Allah sevgisini və Allah qorxusunu dərin bir şəkildə ürəyində hiss edən və həyatının hər anında Ona yönələn ixlas sahibi möminlərdir.
 
Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. Onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. (Ənfal surəsi, 2-4)
 
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır.  (Rəd surəsi, 27-29)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr