PKK-nın demokratikləşmə yalanı
ucgen

PKK-nın demokratikləşmə yalanı

2339

Kommunist terror təşkilatı PKK mətbuata açıqlamalarında dünya ictimaiyyətini aldatmaq üçün «demokratik millət, demokratik dəyişiklik, azadlıq, sülh» kimi Qərbin xoşuna gələcək  ifadələri xüsusilə tez-tez dilə gətirir. PKK bu şəkildə «sizin etibar edə biləcəyiniz tək demokratik, dünyəvi quruluş bizik» yalanını asanlıqla danışır.

PKK əslində son bir əsrdir ki, digər bütün kommunistlərin istifadə etdiyi üslubu eynilə təkrar edir. Aşağıdakı nümunələrə nəzər yetirdikdə eynilə PKK kimi «demokratik millət, sosializmi qurmaq, dünyəvilik, əzilənlərin qorunması, xalqların qardaşlığı, işçiləri siyasi partiyası olmaq» sözləri ilə qurulmuş dövlətlərin əsl üzləri göz qabağındadır.

Vyetnam Demokratik Respublikası

1945-ci ildə Vyetnamın şimalında Xo Şi Min rəhbərliyində tək partiyalı kommunist dövlət- Vyetnam Demokratik Respublikası quruldu. Xo Şi Min rejimi 1960-cı illərdə guya demokratiyanı cənuba yaymaq məqsədilə cənubi Vyetnamda Milli Qurtuluş Cəbhəsi, yəni Vyetkonq partizanlarına dəstək vermək qərarı aldı. Vyetkonq Cənubi Vyetnam hakimiyyətini devirərək bütün ölkəni kommunist idarəçilik altında birləşdirməyi planlaşdırırdı. Bu çəkişməyə ABŞ, Çin və Rusiyanın da qoşulması ilə başlayan Vyetnam müharibəsi təqribən 1,4 milyon insanın ölməsinə, 2 milyona yaxın insanın isə yaralanmasına səbəb oldu.

Bolqarıstan Xalq Respublikası

1946-ci ildə Bolqarıstan İşçi Partiyasının rəhbəri Dimitrov keçirilən seçkilərdə sədr seçildi. Daha sonra sosial demokratlarla İşçi Partiyalılar Bolqarıstan Xalq Respublikasının qurulduğunu elan etdilər. «İşçi hüquqları, sosial demokratlıq, demokratikləşmə, xalqçılıq» vədi verərkən Bolqarıstan da ruhsuz, azadlıqların məhdudlaşdırıldığı və demokratiyanın olmadığı tək partiyalı kommunist idarəçiliyə keçdi. 1990-cı ildə Sovet İttifaqının dağılması ilə bu ölkədəki kommunist rejim sona çatdı.

Koreya Demokratik Xalq Respublikası

1948-ci ildə iki hissəyə bölünmüş Koreyanın şimalında Koreya Demokratik Xalq Respublikası quruldu. Adında «demokratik» sözü olan ölkədə azadlıqlar yoxdur. Ölkəyə dünyanın ən qapalı, azadlığın ən az və təzyiqlərin ən çox olduğu kommunist diktatura rejimi hakimdir. Çuçxe olaraq tərif edilən, öz-özünə yetərlilik prinsipinə əsaslanan bu kommunist rejim «xalqın düşüncədə və siyasətdə müstəqil» olduğunu müdafiə edir. Ancaq real vəziyyət odur ki, xalq sanki nəhəng üstü açıq həbsxanada yaşayır.

Rumıniya Xalq Respublikası

Kommunist çuçxe idarəçiliyini tətbiq etmək istəyən bir başqa insan da yenə kommunist rejim diktatoru Çauşesku olmuşdur. 1947-ci ildə qurulmuş kommunist Rumıniya Xalq Respublikasında 1965-ci ildə hakimiyyətə gələn Çauşesku bu sərt rejimi tətbiq etməyə çalışmışdır. Çauşesku Rumıniya İşçi Partiyasının birinci katibi olduğu zaman ilk işi olaraq partiyanın adını «Rumıniya Kommunist Partiyası» olaraq dəyişdirmiş, ölkənin adını da «Rumıniya Sosialist Respublikası» elan etmişdir. 1989-cu ildəki Rumıniya inqilabı ilə bu kommunist diktatorluq rejimi sona çatmışdır.

Alman Demokratik Respublikası

II Dünya Müharibəsindən sonra 1949-cu ildə Sovet İttifaqının nəzarəti altındakı Şərqi Almaniyada sosialist rejim quruldu. Almaniya Kommunist Partiyası və Sosial Demokrat fraksiyaların birləşməsindən meydana gələn “Almaniya Sosialist Birlik Partiyası” hakimiyyətə gəldi və ölkənin adı “Alman Demokratik Respublikası”  elan edildi. “Demokratik” adı ilə qurulan şərqi Almaniyada heç vaxt demokratiya olmadı. 1953-cü ildə başlayan tətillər SSRİ ordusunun yardımı ilə zorakılıqla yatırıldı. Təqribən 3 milyon insanın Qərbi Almaniyaya qaçmasından sonra köçün qarşısını almaq üçün 13 avqust 1961-ci ildə Şərqi Berlini Qərbdən ayıran Berlin Divarı tikildi. Bu utanc divarı guya demokratik idarəçilik siyasətinin əks olunması idi və ölkə sanki nəhəng həbsxanaya çevrildi.

Totalitar rejim altındakı Şərqi Almaniyanın qərb dünyası ilə münasibətləri tamamilə kəsildi. Qərb sənət, keyfiyyət, iqtisadi rifah və estetika baxımından inkişaf edərkən «ultra sekulyarizmi qurmaq» iddiasındakı Şərq infrastruktursuz, sənətsiz, ruhsuz və ölü ölkə görüntüsünə büründü. 1990-cu ildə iki Almaniyanın birləşməsinə qədər guya demokratik olan bu ölkə Avropanın düz mərkəzində olmasına baxmayaraq, rahatlığa, azadlığa, demokratiyaya ac yaşadı. Demokratik Alman Respublikasının gizli servisi Stasinin tərkibində 274 min agent fəaliyyət göstərirdi. Stasi Gizli Servisi Cili, Efiopiya, Kuba, Anqola, Mozambik, Suriya kimi onlarla ölkədə gizli servislərinin yaradılmasına kömək etdi. Bu ölkələrin gizli servislərinə kommunist işgəncə üsul və taktikaları öyrətdi.

Demokratik Kampuçiya

Qırmızı Kmerler Kambocada hakimiyyətə gəldikləri 1975-1979-cu il tarixləri arasında dövlətin rejimini «kənd təsərrüfatı sosializmi/kənd kommunizmi» olaraq adlandırdıqları rejimə çevirdilər. Pol Pot yeni sosialist cərəyanla ortaya çıxdığını və demokratik ölkə qurmaq istədiyini bildirirdi. Yeni və bəzəkli ifadələrlə ortaya çıxmaqdan xoşları gələn kommunistlərin «kənd təsərrüfatı sosializmi» adını verdikləri sistem təməldə maoculuq və stalinizmə əsaslanırdı. Kənd kommunizmini tətbiq edən Mao və kollektivizasiyanı ilk olaraq həyata keçirən Stalinin idealları istiqamətində kənd təsərrüfatı sosializmi fikri yaranmışdı. Yeni rejim ölkənin adını da "Demokratik Kampuçiya" olaraq elan etdi. Demokratik olduğunu iddia edən Qırmızı Kxmer rejimi ilk iş olaraq müxalif qırğınına başladı. Pol Potun hakimiyyətdə qaldığı 4 il ərzində Kamboca mənbələrinə görə, 7 milyonluq əhalinin 3 milyon 300 mini qətlə yetirildi. Məcburi əmək, işgəncə, böyük miqyaslı edamlar və qeyri-kafi qidalanma kimi səbəblərdən ümumi əhalinin təqribən yarısına yaxınının həyatını itirdiyi bu dövr "Kamboca Soyqırımı" adı ilə xatırlanır.

Albaniya Xalq Respublikası

Ənvər Xoca da Albaniyada sosializmi inşa etdiyini müdafiə edirdi. Xocanın marksist, leninist, stalinist, maocu xətdə ölkəni təkbaşına idarə etdiyi 41 illik dövr ərzində "Albaniya Xalq Respublikası" dünyadakı ilk ateist dövlət oldu. Xocanın partiyası, qulağa xoş gələn adı ilə "Albaniya Əmək Partiyası" isə 45 il ərzində ölkədəki yeganə siyasi partiya olaraq hakimiyyətdə qaldı.

Federal Demokratik Nepal Respublikası

1996-cu ildən sonra Nepalda mövcud rejimi dəyişdirərək ölkəyə kommunizmi gətirmək istəyən maocu partizanlar 2006-cı ilə qədər bir çox terror aktına imza atdılar. Təqribən 13 min insan bu terror aktları nəticəsində həyatını itirdi. Başlayan sülh danışıqları və amnistiya aktından sonra maoist hərəkət təşkilatlanmasını daha da inkişaf etdirdi. 2007-ci il seçkilərində parlamentdə dörddə birlik mandat əldə edən maocular demokratikləşmənin əskik olduğunu söyləyərək hökumətdən ayrıldılar. 2008-ci ildəki Konstitusiya Məclisi seçkilərində üstünlüyü əldə edən maocular Nepal Xaqanlığını devirərək yerinə kommunist "Federal Demokratik Nepal Respublikasını" qurdular.

Nəticə

PKK-nın «demokratikləşmə yalanı» altında etmək istədiyi, tarixdəki digər nümunələrdə də olduğu kimi, kommunist dövlət qurmaqdır.

Terror təşkilatı olan PKK marksist-leninist-stalinist ideologiyadan istifadə edərək törətdiyi terror aktları ilə Türkiyədə təxminən 40 min insanın həyatını itirməsinə yol açmışdır. Adının açılışı "Kürdüstan Fəhlə Partiyası" olan terror təşkilatının hədəfi marksist-leninist təməldə müstəqil kommunist dövlət qurmaqdır.

Belə ki, PKK lideri Abdullah Öcalan kitablarında bu həqiqəti bu şəkildə dilə gətirir: "PKK MARKSİZM-LENİNİZM ənənəsinə uyğun inkişaf etmişdir. Bundan sonrası məlumdur ki, ətlə dırnaq kimi bir-birindən ayrılmayan bu irs üzərində formalaşacaq". (Kürdüstanda Xalq Qəhrəmanlığı, s. 78)

PKK həm Türkiyə, həm də Suriyada (PYD adı altında) özünə müxalif olan bütün partiyalara zorakılıq yolu ilə mane olmuş, liderlərinə sui-qəsdlər təşkil etmiş, bir çoxunu da bölgədən sürgün etmişdir. Şimali İraq Kürd Bölgəsinin rəhbəri  Bərzani də PKK tərəfindən davamlı olaraq təhdid edilir. PKK-nın status qazanacağı təqdirdə isə bu marksist-leninist-stalinist quruluş, eynilə Pol Pot dövrü kimi qətliamlara, Vyetnam və Şərqi Almaniya nümunələrində olduğu kimi, dünyanın bir çox ölkəsindəki kommunist hərəkatları dəstəkləməyi sürətləndirəcək.

Dolayısilə ABŞ Yaxın Şərqdə yeni bir Pol Pot, yeni Şimali Koreyanın yaranmasına səbəb olacaq siyasətlərə əsla yol verməməlidir.

Adnan Oktarın Jefferson Corner'də dərc olunan məqaləsi:

http://www.jeffersoncorner.com/the-pkks-deception-about-being-democratic/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr