Hz. Xızırdan Hz. Mehdiyə qədər ledun (qeyb) elminə sahib olan elçilər
ucgen

Hz. Xızırdan Hz. Mehdiyə qədər ledun (qeyb) elminə sahib olan elçilər

2262

Allah bəzən elçilərini inkar edənlərin və müşriklərin tələlərindən qorumaq, bəzən də insanların imanına vəsilə olması üçün möcüzələr lütf etmişdir. Qurani-kərimdə Allah'ın möcüzələrlə dəstəklədiyi peyğəmbərlərin həyatları və təbliğləri geniş şəkildə xəbər verilmişdir. Peyğəmbərimiz hz. Muhəmməd (səv), hz. Musa, hz. Davud, hz. Süleyman, hz. İbrahim və hz. İsa Rəbbimizin möcüzələr bəxş etdiyi mübarək elçilərindən bəziləridir. Hz. İsanın beşikdə ikən danışması, hz. Musanın əsası ilə dənizi iki yerə ayırması bu möcüzələrdən bəziləridir. Allah'ın peyğəmbərlərə lütf etdiyi möcüzələrlə yanaşı, elçilərinə və bəzi möminlərə verdiyi fərqli elmlər də bu mövzu ilə əlaqədardır. Məsələn, Peyğəmbərimizin (səv) sahib olduğu qeyb məlumatları (Rum surəsi, 1-4), hz. Lutun (Ənbiya surəsi, 74), hz. Zülqərneynin (Kəhf surəsi, 91), hz. Süleyman, hz. Davudun (Nəml surəsi, 16-17), hz. İsanın (Ali-İmran surəsi, 49), hz. Yusifin (Yusif surəsi, 21), hz. Yaqubun (Yusif surəsi, 68), hz. Musanın (Qəsəs surəsi, 14) və hz. Xızırın (Kəhf surəsi, 65) (Quranda bu ad keçmir, ancaq hədislərdə bu mübarək insanın hz. Xızır olduğu bildirilir) sahib olduqları elmlərlə əlaqədar olaraq Quranda müxtəlif məlumatlar verilir. Bunlar Allah'ın digər insanlardan fərqli olaraq, seçdiyi qullarına lütf etdiyi elmlərdir. Qeyd etməliyik ki, bütün elmlərin sahibi uca Allah'dır və O, bu elmləri dilədiyi qullarına öyrədir. Kiminsə hər hansı bir elmə sahib olması özündən asılı deyil. Allah'ın o insana taleyində bir elm lütf etməsinin nəticəsidir. Mələklərin ayədə xəbər verilən, “Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç nə bilmirik! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”(Bəqərə surəsi, 32) şəklindəki sözləri bu həqiqəti açıq şəkildə ifadə edir.

Uca Allah Quranın bir çox ayəsində peyğəmbərlərinə və bəzi elçilərinə xüsusi elmlər lütf etdiyini bildirir. Qeyb məlumatı – elmi ledun kimi üstün elmləri dilədiyi qullarına verən Rəbbimiz bu rəhməti ilə bütün həyatları boyu olduğu kimi, təbliğləri dövründə də elçilərini dəstəkləmişdir.

Elm sahibi olan elçilər:

Hz. Süleymana verilən elmlər

Allah'ın elm verdiyi peyğəmbərlərdən biri hz. Süleymandır. Hz. Süleymana verilən elmlər arasında küləklərin əmrinə verilməsi, cinləri və şeytanları idarə etməsi, qarışqaların söhbətlərini anlaması, quş dilini bilməsi kimi kimsəyə nəsib olmayan üstün elmlər var. Allah küləyi hz. Süleymanın əmrinə vermiş və müxtəlif işlərində bir vasitə kimi istifadə etməsinə imkan yaratmışdır.

“Güclü əsən küləyi Süleymana (ram etdik). Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik.” (Ənbiya surəsi, 81)

Quşların hz. Süleymanın xidmətinə verilməsi və ona quşların dilinin öyrədilməsi ayələrdə belə xəbər verilmişdir:

“Süleyman Davuda (peyğəmbərlikdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür”. Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar (müntəzəm şəkildə) yerbəyer edildilər.” (Nəml surəsi, 16-17)

Quşların digər insanların eşidə bilmədiyi xüsusi  dalğa boyunda özünəməxsus danışıqları var. Hz. Süleymana bu tezlikdəki danışığı anlaya biləcək bir elm verilmişdir. Bu, səbəblər daxilində texnoloji imkanla da əldə edilə bilər. Hz. Süleyman quşların bu fərqli tezliklərdəki ünsiyyətini anlaması sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmişdilər (Doğrusunu Allah bilir). Hz. Süleyman quşlardan bəzən xəbər daşımaq, bəzən də kəşfiyyat toplamaq üçün istifadə etmiş və bu şəkildə çox əhəmiyyətli nəticələr əldə etmişdir. Bu elm onun digər ölkələrlə ünsiyyətini asanlaşdırmış, çox çətin bölgələrə rahatlıqla çatmasına imkan vermişdir (Doğrusunu Allah bilir). Allah'ın hz. Süleymana lütf etdiyi bir başqa nemət də bəzi şeytan və cinləri onun xidmətinə verməsidir. Hz. Süleyman əmrinə verilən cin və şeytanlara ordusunda, sənət işlərində və inşa fəaliyyətlərində müxtəlif vəzifələr verərək istifadə etmişdir:

“Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra (yenə) bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, onu Cəhənnəm oduna düçar edirdik”. (Səba surəsi, 12)
“Şeytanlar arasından onun üçün (dəniz sularına dalıb) dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq.” (Ənbiya surəsi, 82)

Hz. Süleyman dalğıc şeytanlardan fərqli şəkildə istifadə edə bilər. Şeytanlar kəşfiyyat, ya da hərbi məqsədli vəzifələr icra edə biləcəkləri kimi, elmi vəzifələr də icra edə bilərdilər. Məsələn, hz. Süleyman onları dənizin altındakı zənginlikləri axtararaq insanların xidmətinə vermək üçün lazımi araşdırmaların aparılmasında da istifadə edə bilərdi (Doğrusunu Allah bilir). Hz. Süleymanın əmrinə şeytanların verilməsi Allah'ın çox böyük bir lütfüdür. Çünki Allah şeytanı imtahan mühitinin bir hissəsi kimi yaratmış və ona bu məqsədlə (müəyyən müddətə) müxtəlif imkanlar və xüsusiyyətlər vermişdir. Bu şəkildə müxtəlif məlumatlara sahib olan bir varlığı əmrində saxlamaq, hz. Süleymana həm digər ölkələrlə olan əlaqələrində, həm də öz ölkəsini idarə etməsində böyük asanlıq təmin etmiş ola bilər (Doğrusunu Allah bilir). Allah hz. Süleymana böyük səltənət, bənzəri görülməmiş bir zənginlik vermiş, üstün elmlərlə onu dəstəkləmişdir. Hz. Süleyman da ona verilən zənginlik və elmlər vasitəsilə böyük ordu və güclü dövlət qurmuşdur. Peyğəmbərimizin (səv) hədislərindən hz. Süleymanın dövlətinin o dövrdə ən güclü dövlət olduğu aydın görünür.

Hz. Süleymanın yanında kitabdan xəbəri olan insan

Quranda hz. Süleyman hekayəsində Səba məlikəsinin taxtının bir göz qırpımında hz.Süleymanın hüzuruna gətirildiyi bildirilir. Ayələrdə taxtı gətirənin “Hz. Süleymanın yanında kitabdan xəbəri olan kimsə” olduğu xəbər verilir:

(Elçinin getməsindən sonra) “(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?” Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə)möhtac deyildir, Səxavətlidir!” (Nəml surəsi, 38-40)

Diqqət yetirsək, ayələrdə xəbər verilən bu insanın “maddəni nəql edə bildiyini” görərik. Taxt həmin andahz. Süleymanın hüzuruna gətirilir. Bundan əlavəhz. Süleymanın bu hadisədən sonrakı sözləri bunun Allah qatından verilən, üstün bir elmlə baş vermişheyrətamiz bir hadisə olduğunu göstərir. Bu insan xüsusi elm verilmiş bir mömin ola bilər (Doğrusunu Allah bilir).

Hz. Davuda verilən hikmət və izahat heyrətamizdir

Uca Allah hz. Süleyman kimi, hz. Davuda da bir çox üstün elm vermişdir. Hz. Süleymanın atası olan hz. Davud Allah'ın ona lütf etdiyi bütün gücü və elmi Allah'ın əmri olan İslam əxlaqını ən gözəl şəkildə təbliğ etmək və bu yolla din əxlaqını yaymaq üçün istifadə etmişdir. Hz. Süleymana lütf edilmiş quşların dilini anlamaq bacarığı hz. Davuda da öyrədilmişdir (Nəml surəsi, 16). Bu elmlə yanaşı, hz. Davud ona verilən anlatımqabiliyyətivasitəsilə təbliği dövründə Allah'ın iznilə hikmətli danışıq üslubundan istifadə etmişdir. Hz. Davuda verilən elm Quranda belə bildirilmişdir:

“Biz Davuda Özümüzdən bir lütf bəxş etdik (və buyurduq:) “Ey dağlar və quşlar! Onunla birlikdə (Allah'ın şəninə) təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq. (Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. (Ey Davud ailəsi) yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”. (Səba surəsi, 10-11)
“Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.” (Sad surəsi, 20)

Hz. Xızıra lütf edilən elm

Allah'ın Quranda “elm sahibi” adlandırdığı hz. Xızır (Quranda bu ad keçmir, ancaq hədislərdə bu insanın Hz. Xızır olduğu bildirilir) “elmi ledun” adı verilən elmin sahibi mübarək bir şəxsdir. Allah'ın seçdiyi insanlara verdiyi xüsusi  elm olan “elmi ledun” (başqa sözlə desək, “qeybin elmi”) sahibi olan insanlar Allah'ın verdiyi ilhamla qeybin məlumatına sahib olan xüsusi insanlardır. Rəbbimizin təqdir etdiyi qədərlə hadisələrin gedişini və gələcəkdəki nəticələrini əvvəlcədən bilir, buna görə hərəkət edirlər. Mövzu ilə əlaqədar bir ayə bu şəkildədir:

“Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər”. (Kəhf surəsi, 65)

Allah hz. Xızıra Öz qatından üstün elm vermişdir. Qurani-kərimdə hz. Musanın hz. Xızırla görüşdüyü, onunla birlikdə səfərə çıxdığı və Rəbbimizin hz. Xızıra vəhy etdiyi elmdən faydalanmaq istədiyi də geniş şəkildə bildirilmişdir (Kəhf surəsi, 66). Hz. Xızır hz. Musa ilə səfərə çıxmağı qəbul etdikdən sonra onlar bir neçə hadisə ilə qarşılaşmışlar. Hz. Musa hz. Xızırın sahib olduğu elmi bilmədiyindən, əvvəlcə onun səhv və qəribə görünən bəzi davranışlarını bəyənməyərək  bunların səbəbini soruşmuşdur. Lakin hz. Xızırdan əsl səbəbləri öyrənincə:

(Xızır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”. (Kəhf surəsi, 78-82)

Quranda hz. Xızırın bu səfərdəki davranışlarından biri belə bildirilir:

“Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün”. (Kəhf surəsi, 71)

Bu hadisədə hz. Xızır bir gəmini deşmişdir. Ancaq bu gəmini deşməsinin bir neçə səbəbi vardı. Quranda hz. Xızırın bu davranışının səbəbi də açıqlanır:

“Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi”.(Kəhf surəsi, 79)

Hz. Xızırın bu davranışının hikmətlərini şərh etmədən əvvəl, onun mərhəmətli xarakteri üzərində dayanmaq lazımdır. Hz. Xızır dərhal yoxsulların köməyinə çatmış, onların çətinliyə düşmələrini, zalım insanlardan zülm görmələrinə mane olmaq istəmişdir. Bu hərəkəti onun yoxsul və ehtiyac içində olanlara qarşı şəfqətli və mərhəmətli xarakterini ortaya qoyur. Allah'ın Rəhman və Rəhim isimlərihz. Xızır üzərində təcəlli edir. Bu, möminləri inkarçılardan ayıran üstün xüsusiyyətdir. Hz. Xızırın gəmini deşdikdə də böyük ağıl, fərasət, bəsirət və irəli fikirlilik dərhal diqqəti çəkir. Çünki gəmi yenidən təmir edildiyində istifadə edilə biləcək şəkildə korlanmışdır. Beləliklə, gəmini görən onu qüsurlu zənn edəcək və ələ keçirməkdən imtina edəcək. Ancaq hökmdarın yoxsulların mallarını qəsb etmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmi sahibləri gəmini asanlıqla yenidən təmir edib, istifadə edə biləcəklər. Səfərləri əsnasında bunun kimi bir neçə hikmətli hadisə ilə qarşılaşan hz. Musa bu hadisələrdən öyüd almış, hz. Xızırın üstün və güclü olan uca Rəbbimizin diləməsi ilə bəzi qeyb məlumatlarına sahib olan xüsusi insan olduğuna şahidlik etmişdir. Bununla yanaşı, hədislərdə İslam alimlərinin müxtəlif şərhlərində və İslamın tarixi qaynaqlarında hz. Xızırın zamanla peyğəmbərlərə və Allah'ın saleh qullarına kömək etdiyinə dair bəzi məlumatlar da qeyd edilir (Doğrusunu Allah bilir).

Quranda hz. Yusif və onun sözlərinin şərhi

Hz. Yusiflə əlaqədar bir çox ayə var. Onun ixlaslı, güclü, bəsirətli, seçkin, xeyirli bir insan olduğu və ona yuxuları yozmaq öyrədilərək elm sahibi olduğu bildirilir. Hz. Yusifə lütf edilən elm Quranda belə xəbər verilir:

Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusifi yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusif surəsi, 21)

Yuxu yozmaqla yanaşı, uca Allah yetkinlik çağına çatdığında Hz. Yusifə mühakimə yürütmək bacarığı  və elm də vermişdir:

(Yusif) yetkinlik çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusif surəsi, 22)

Ayədə keçən “mühakimə yürütmək” də məqsəd hakim olma, Allah'ın kitabına uyğun və ədalətli qərar verə bilmə xüsusiyyətidir. Elm isə kitabın məlumatı, ya da əsaslı məlumat deyə biləcəyimiz hər şeyin dərinliyini  bilmə ola bilər (Doğrusunu Allah bilir). Quranda hz. Yusifin böhtan nəticəsində zindana atıldığında zindan yoldaşlarının yuxularını yozması bu şəkildə bildirilir:

Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, (üzümdən) şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan (dimdikləyib) yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”. (Yusif surəsi 36)
“Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”. (Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona (Yusifi) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. (Yusif surəsi, 41-42)

Zindandakı iki adamdan xilas olan şəxs uzun illər sonra hökmdarın gördüyü  yuxunun yozulmasını  istədiyi zaman hz. Yusifi xatırlamış və onun yanına getmişdir. Beləliklə, hz. Yusif hökmdarın yuxusunu yozmuş və Allah'ın lütf etdiyi bu elm və üstün əxlaqı vəsiləsi ilə zindandan xilas olaraq Misir xəzinələrinin başına keçirilmişdir.

Hz. Yaqubun sahib olduğu elm

Hz. Yaqub təvəkkülü və hər an Allah'ı xatırladan rəftarı ilə nümunə olmuş kamil iman sahibi mübarək bir mömindir. Rəbbimiz “Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allah'ın yanında onlar üçün heç bir faydası olmadı, lakin (bu) Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu (bunu) bilmir”(Yusif surəsi, 68) ayəsi ilə bir çox elçisinə olduğu kimi hz. Yaquba da qatından bir elm verdiyini bildirmişdir. Quranda hz. Yaqubun sahib olduğu elmlərlə əlaqədar olaraq bildirilən nümunələrdən biri uzun illər əvvəl öldüyü düşünüldüyü halda, Allah'ın ona verdiyi elmlə oğlu hz. Yusifin yaşadığını bilməsidir. Bu vəziyyət ayələrdə belə bildirilir:

“Ey oğullarım! Yusif və qardaşından xəbər tutmaq üçün yola düşün, Allah'ın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allah'ın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusif surəsi, 87)

Hz. Yaqubun hz. Yusifin yaşadığından bu dərəcə əmin olmasının bir səbəbi də Allah'ın ona verdiyi xüsusi bir elm ola bilər (Doğrusunu Allah bilir). Belə ki, Hz. Yusifin yanına onun hz. Yusif olduğunu bilmədən gələn və daha sonra bunu öyrənən qardaşları hz. Yaquba hz. Yusifin göndərdiyi köynəyi aparırlar. Bu hadisə qarşısında hz. Yaqubun rəftarı ayələrdə belə bildirilmişdir:

“Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin”. Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allah'dan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm?” (Yusif surəsi, 93-96)

Yuxarıdakı ayələrdə bildirildiyi kimi, ailəsi hz. Yaqubun oğluna olan həsrətindən səhv etdiyini zənn etmişdir. Onların bu düşüncəsinin xatırlatdığı hikmətli bir dərs vardır: Hadisələri yalnız zahirinə, yəni xarici görünüşünə və səbəblərə görə qiymətləndirmək doğru olmaya bilər. Çünki Allah Quranda bəzən xüsusi verilən elmlə edilən hərəkətlərdən danışır. Allah hz. Yaqubun elm sahibi bir qul olduğunu bildirmişdir. Sahib olduğu bu elmə görə göstərdiyi rəftarı ailəsi anlaya bilməmiş, səthi bir dünyagörüşü ilə yaxınlaşaraq onun səhv etdiyini düşünmüşdülər. Burada diqqəti çəkən başqa bir xüsusiyyət də hz. Yusifin əvvəldən söylədiklərinin baş verməsidir. Onun köynəyini atasının üzünə çəkdiklərində atasının narahatlığı aradan qalxmış, gözləri yenidən görməyə başlamışdır. Beləliklə, hz. Yaqub sağlamlığına qovuşmuşdur. Bu da, hər ikisinin də elm sahibi qullar olduqlarını göstərir. Dünya imtahan yeridir və Allah yaradılış məqsədinə uyğun olaraq insanları hidayətə sövq etmək üçün saleh qullarına fərqli qabiliyyət və elmlər verir. Keçmişdə peyğəmbərlərdə olduğu kimi, axırzamanda ikinci dəfə yer üzünə gələcək olan hz. İsanın və bu dövrdə gələcəyi bildirilən hz. Mehdinin də buna bənzər elmlərə sahib olması mütləqdir. Daha əvvəl də qeyd etdiyimiz kimi, uca Allah hz. Süleymana müxtəlif elmlər lütf etmişdir. Hədislərdə və İslam alimlərinin izahlarında hz. Mehdinin də hz. Süleyman kimi xüsusi elmlərə sahib olacağı bildirilir. Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin hz. Süleyman kimi quşların və digər canlıların dilini biləcəyi və insanlardan əlavə cinlər üzərində də hakimiyyəti olacağı bu şəkildə xəbər verilir: Hz. Mehdinin sahib olacağı bu elm “Ledun elmi (qeyb elmi)” olacaqdır. Daha əvvəl də araşdırdığımız kimi, «Kəhf» surəsində hz. Musa ilə hz. Xızır arasında keçən hekayədə də bənzər bir elm bildirilir. Ledun elminə malik olan insan sirləri Allah'ın icazə verdiyi ölçüdə kəşf edəcəyi kimi, bu insanın müxtəlif İlahi sirlərdən də xəbəri olacaq. Bu elmə sahib olan hz. Xızırın hekayəsinin «Kəhf» surəsində izah edilməsi diqqət çəkicidir. Çünki bu surədə izah edilən digər iki hekayə olan Əshabı Kəhf və Zülqərneyn qissələrininhz.Mehdi ilə yaxın əlaqəsinə Peyğəmbərimiz (səv) müxtəlif hədisləri ilə diqqət çəkmişdir. Hz. Musa və hz. Xızır qissəsinin də yenə bu surədə olması, aralarında keçən hadisələrin yuxarıdakı hədislərdə olduğu kimi,hz. Mehdi ilə yaxından əlaqəsi ola biləcəyinə, bundan əlavəhz. Xızırın elminin hz. Mehdidə də olacağına bir işarə ola bilər (Doğrusunu Allah bilir). Böyük İslam alimlərindən Muhyiddin Arabi şərhlərində hz. Mehdinin 9 xüsusiyyətini sayır. Diqqət yetirilsə, bunlar arasında hikmət, anlayış, ledun kimi vəhyi elmə aid xüsusiyyətlər təşkil edir. Muhyiddin Arabinin şərhləri bu şəkildədir:

1.      Bəsirət sahibi olması

2.      İlahi kitabı anlaması

3.      İlahi kəlamın mənasını bilməsi

4.      Təyin edəcəyi insanların hal və hərəkətlərini bilməsi

5.      Hirslənəndə belə mərhəmət və ədalətdən ayrılmaması

6.      Varlıqların siniflərini bilməsi

7.      İşlərin dolaşıq tərəflərini bilməsi

8.      İnsanların ehtiyacını yaxşı anlaması

9.      Xüsusilə öz zamanında ehtiyac hiss edilən qaibi elmlərə malik olması. Çünki ancaq onun sayəsində yeni zühur ediləcək məsələləri həll edə bilər.

Cifr (Əbcəd) elmini bilməsi

Hz.Mehdinin vəhbi elmə aid bir başqa xüsusiyyəti də Allah'ın iznilə əbcəd hesabını və ona aid sirləri bilməsidir. Daşköprülüzadə Əhməd “Mevzuatululum” adlı əsərində (11/246) hz. Mehdinin cifr elminə malik olacağını belə bildirmişdir: “Bəziləri dedilər ki, bu kitabı kamalı vüqüf (yetkinliyə çatmış) axırzamanda hurucu müntəzər hz. Mehdinin (çıxışı gözlənilən hz. Mehdinin) hurucuna həbs olunmuşdur ki (çıxışına həsr edilmişdir ki), onlar cifr elminə vəqf və sirlərinə arif olarlar (bilərlər). Kitabı ənbiyanı salifədən də bu elm varid olmuşdur. (Bu elm keçmiş peyğəmbərlərə verilən kitablardandır)”

O (Hz. Mehdi), təsdiqlənmiş, quş və bütün heyvanların dillərini bilən biridir. Ona görə ədaləti bütün insanlar və cinlər tərəfindən qəbul ediləcək.”

“Həmçinin (Hammad) Kaabdan rəvayət etdi, O dedi ki: O heç kimin bilmədiyi gizli bir vəziyyətə bələd olduğu üçün ona “Mehdi” deyilmişdir...." (Axırzaman Mehdisinin əlamətləri, Əli bin Hüsaməddin əl Muttaki, s.77)

Nəticə

Məqalədə bir qisminə yer verdiyimiz Quranda bildirilən elm sahibi insanların ortaq cəhəti özlərinə lütf edilən elmləri hər zaman Allah yolunda istifadə etmələridir. Tarix boyu bütün elçilər “Sizin ilahınız yalnız Özündən başqa heç bir ilah olmayan Allah'dır. O, elm ilə hər şeyi əhatə edir”(Taha surəsi, 98) ayəsi ilə bildirildiyi kimi, üstün elm sahibi olanın yalnız Allah olduğunu bilərək təbliğ vəzifələrini yerinə yetirmişlər. Allah'ın iznilə yaşadığımız axırzamanda zühur edəcək müqəddəs şəxslər - hz. İsa və hz. Mehdi də sahib olduqları bütün elmləri ən hikmətli şəkildə istifadə edəcək və İslam əxlaqının dünya hakimiyyətinə və beləliklə, ədalətin, sülhün, rifahın və dostluğun hakim olduğu Qızıl dövrə vəsilə olacaqlar. Quran əxlaqının bütün yer üzünə hakim olmasına vəsilə olacaq, müsəlmanlar arasında böyük birlik təmin edəcək müqəddəs elçilərə zəmin hazırlamaq və onlara kömək etmək müsəlmanların  vəzifəsidir. Hz. İsa və hz. Mehdi kimi mübarək şəxslərin yaxınlarından ola bilmək, onlara dəstək olmaq, bütün insanlara istiqamətli xeyirli fəaliyyətlərində onlara kömək etmək bütün inananlar üçün böyük bir nemət və şərəfdir.

MƏNBƏ:

·         Qiyamət Əlamətləri, Bərzənci, s. 188

·         Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman

·         NÖV-DAV, Böyük Lüğət , 558

·         Qiyamət Əlamətləri, 189

·         Hz. Mehdilik və İmamıya, İbrahim Süleymanoğlu, s. 252

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr